Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2130/2021 25.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1, tərcüməçi X3, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin sahə inspektoru, polis kapitanı İslam Cəfərovun iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu Binə Atçılıq qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs 01.03.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonu İ.İsmayılov küçəsi ev 6 mənzil 37 ünvanında yerləşən mənzildən X2 məvxus 01 ədəd “Toyota” markalı dəyəri 350 manat olan tikiş aparatını talamaqla oğurlamışdır. Bu barədə Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsi tərəfindən 25 may 2021-ci il tarixdə Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, yaşadığı ünvan 3 ünvanından bacanağı X2 məxsus 01 ədəd “Toyota” markalı tikiş maşınını heç kəsə demədən götürmüş, Sabunçu rayonunun ərazisində yerləşən rus bazarında tanımadığı şəxslərə 50 manata satmışdır. Hazırda zərərçəkmiş şəxs X7 dəymiş ziyan tərəfindən ödənildiyindən onunla barışmış və X5 ona qarşı heç bir şikayət və tələbi də yoxdur. Əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, bacanağı Şəxs ona məxsus dəyəri 350 manat olan “Toyota” markalı tikiş maşını oğurlayıb satmışdır. Hazırda ona dəymiş maddi zərər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur və onunla barışmışdır. Odur ki, Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. (Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir). Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin sahə inspektoru, polis kapitanı İslam Cəfərov izahat verərək göstərdi ki, Şəxs 01.03.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonu İ.İsmayılov küçəsi ev 6 mənzil 37 ünvanında yerləşən mənzildən 02 ədəd “Toyota” markalı birinin dəyəri 350 manat, digərinin isə 270 manat olan tikiş aparatını oğurlamaqla xırda talama inzibati xətasını törətmişdir. Faktla bağlı Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə 25.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhər Xətai RPl-nin 35-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20.04.2021-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd olunmuşdur; 25.05.2021-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 01.03.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonu İ.İsmayılov küçəsi ev 6 mənzil 37 ünvanında yerləşən mənzildən 01ədəd “Toyota” markalı dəyəri 350 manat olan tikiş aparatını oğurlamaqla xırda talama inzibati xətası törətdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilmişdir; 25 may 2021-ci il tarixli ərizədən müəyyən edilir ki, inzibati xəta törətmiş Şəxs tərəfindən törətdiyi inzibati xəta nəticəsində zərərçəkmiş şəxs X2 dəymiş maddi zərəri tam olaraq ödənilmiş, onunla barışmışdır və Şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-cı maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etiraf edici izahati, zərəçəkmiş şəxsin izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43- 48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-2130/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2130/2021
25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver