Məhkəmə qərarları › İş №3(011)-2131/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2131/2021

25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2131/2021 25.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru Şixəliyev Ruslan Bazarxan oğlunun iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Cəlilabad rayonunun Göytəpə kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, Masallı rayonu Təzə Alvadı kəndində qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu Nobel prospekti 67 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsindən daxil olmuş 25 may 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 25 may 2021-ci il tarixdə, saat 14:45-də Bakı şəhəri Xətai rayonu İ.Orucov küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 25.05.20211-ci il tarixdə Xətai rayonu İ.Orucov küçəsində olan zaman telefonla danışarkən ucadan nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuşdur. Bu zaman ərazidə xidmət aparan iki polis əməkdaşı ona yaxınlaşaraq onu nizam-imtizama dəvət etmiş, o, isə polisin qanuni əmrinə tabe olmayaraq özünü olara təqdim etməmiş, polis şöbəsinə dəvət edildikdə getməkdən imtina etmişdir. Bundan sonra 37-ci polis şöbəsinə gətirilmiş, orada barəsində protokol tərtib edilmişdir. Etdiyi əməldən peşmandır. Gələcəkdə bu cür hallara yol verməyəcək. Qeyd olunan xüsusatların nəzərə alınaraq barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsin xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru Şixəliyev Ruslan Bazarxan oğlu inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-in 535.1-ci maddəsi ilə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru polis leytenantı X1 izahatında göstərdi ki, 25.05.20211-ci il tarixdə Xətai rayonu İ.Orucov küçəsində xidmətdə olarkən bir nəfər şəxsin ictimai asayişi pozaraq nalayiq ifadələrdən istifadə etməklə uca səslə telefonla danışdığını görmüşlər. Onlar ona yaxınlaşıb həmin şəxsi nizam-intizama dəvət etməsinə baxmayaraq o, əməlinə davam etmişdir. Həmin şəxsə özünü təqdim etməsi təklif edilmiş, lakin sonuncu özünü təqdim etməmiş, polis şöbəsinə dəvət etdikdə bundan imtina etmişdir. Bundan sonra, həmin şəxs tərəflərindən polis şöbəsinə gətirilmiş, orada onun Şəxs olması məlum olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru polis kapitanı Şıxəliyev Ruslan Bazarxan oğlunun 25.05.2021-ci il tarixli raportundan görünür ki, 25.05.2021-ci il tarixdə Xətai rayonu İ.Orucov küçəsində xidmətdə olduqları zaman bir nəfər şəxs ucadan danışaraq nalayiq ifadələr işlədərək ictimai asayişi pozduğu üçün ona yaxınlaşıb, onu nizam-intizama dəvət etsələr də, o, əməlini davam etdirərək onların qanuni tələbinə tabe olmamışdır. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru polis kapitanı Şıxəliyev Ruslan Bazarxan oğlunun 25 may 2021-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 25 may 2021-ci il tarixdə saat 14:40 radələrində Bakı şəhəri Xətai rayonu İ.Orucov küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 25 may 2021-ci il tarixdə saat 14:40 radələrində Bakı şəhəri Xətai rayonu İ.Orucov küçəsində polis əməkdaşlarının ictimai asayişi pozmaması və polis şöbəsinə dəvətləri barədə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 25 may 2021-ci il tarixdə saat 14:40-da Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 25 may 2021-ci il tarixdə saat 14:40-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 25 may 2021-ci il tarixdən, saat 14:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar