Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2132/2025 11.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X3, zərərçəkmiş şəxslər X1 və Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 11 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 6 saylı Notariat Kontorunun və 50 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli icra qeydlərinə əsasən Şəxs cəmi 16050 manat tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Lakin borclu icra sənədləri üzrə öhdəliklərini yerinə yetirməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hal-hazırda onun ödəməli olduğu məbləğ 14050 manat təşkil edir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs icra sənədlərinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icrasını tam təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, göstərilənlərə əsasən o, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 6 saylı Notariat Kontorunun və 50 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli icra sənədlərindən xəbəri olmuşdur. Əslində səhv onun özündə olmuşdur ki, bu qədər borcu olmaya-olmaya notariusda həmin sənədlərə imza çəkmişdir. O, ondan xx.xx.2022-ci il tarixdə 5000 manat pul almış və bir il ərzində hər ayın 20-si 500 manat pul qaytarmışdır. O, həmin pulu borca almış, lakin Zərərçəkmiş şəxs həmin pulları faizə çıxmışdır. Elə olmuşdur ki, 2000-3000 manat pul almış, 10 gündən bir 200-300 manat ödəmişdir. Onun həmin şəxsə ödəməli olduğu məbləğ 16000 manat deyil, lakin bəzi səbəblərə görə məcbur qalıb həmin sənədi imzalamışdır. Notariusda təsdiqlənmiş müqaviləyə əsasən həmin şəxslə aralarında 16000 manat borcun qeyd edilməsinə baxmayaraq, yenədə ondan hər ay 250 manat pul əlavə faizə alır. O, neçə dəfə bildirmişdir həmin pulu müqavilədə olan məbləğdən çıxsın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təyin edilmiş aliment borcunu ödəməkdən imtina etmir, sadəcə olaraq maddi imkanı zəif olduğundan icra sənədi üzrə yaranmış aliment borcunu tam olaraq ödəyə bilməmişdir. Beləliklə o, göstərilənlərə əsasən, barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1167/2024 saylı icra sənədi üzrə xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması hər ay 230 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qərara alınmışdır. Lakin icra sənədi üzrə yaranmış borc Şəxs tərəfindən vaxtında ödənilməmişdir. Beləliklə o, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşdığını bildirərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, 6 saylı Notariat Kontorunun xx.xx.2024-cü il və 50 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli icra qeydlərinə əsasən cavabdeh Şəxs ümumilikdə 14050 manat məbləğində pul tutularaq onun xeyrinə ödənilməsi qərara alınmışdır. Lakin icra sənədi üzrə yaranmış borc Şəxs tərəfindən bugünədək tam olaraq ödənilməmişdir. Beləliklə o, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşdığı bildirərək onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri 50 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, cavabdeh Şəxs xx.xx.2023-cü il tarixədək olan müddət üçün vaxtında ödənilməmiş 11000 manat pul və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 11025 manat məbləğində pulun Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir; Bakı şəhəri 6 saylı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, cavabdeh Şəxs vaxtında ödənilməmiş 5000 manat pul və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5025 manat məbləğində pulun Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1167/2024 saylı icra sənədindən görünür ki, Şəxs xx.xx.2014-cü il tarixdə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün bu saziş bağlandığı gündən, yəni 10 avqust 2023-cü il tarixdən hesablanmaqla uşaq yetkinlik yaşına çatanadək hər ay 230 manat sabit pul məbləğində alimentin tutularaq müvafiq ayın sonuncu gününədək X1 adına açdırdığı bank hesabına ödənilməsi, 19 mart 2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə uşaqlar üçün müəyyən edilmiş (2023-cü il üçün 220 manat) məbləğ artarsa (230 manatdan artıq olarsa), ödəniş günü üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə uşaqlar üçün müəyyən edilmiş məbləğdə pul vəsaitinin X1 adına açdırdığı bank hesabına ödənilməsi qərara alınmışdır; icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri 50 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən iş üzrə icraata başlanılmışdır; icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1167/2024 saylı icra sənədinə əsasən iş üzrə icraata başlanılmış, qərar tələbin könüllü icrası barədə bildirişlə borcluya göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin çıxışları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs icra qeydləri və məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəlikləri üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə 6 saylı Notariat Kontorunun və 50 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli icra qeydlərinin, həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1167/2024 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs icra sənədlərində göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədlərinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırır ki, cavabdeh Şəxs Bakı şəhəri 50 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən cəmi 11025 manat məbləğində pulun, Bakı şəhəri 6 saylı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən cəmi 5025 manat pulun tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinin, həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1167/2024 saylı icra sənədinə əsasən ondan xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması hər ay 230 manat sabit pul məbləğində alimentin tutularaq X1 xeyrinə ödənilməsinin qət edilməsinə baxmayaraq, Şəxs tərəfindən bugünədək icra sənədi üzrə olan borc məbləği tam olaraq ödənilməmişdir. Qeyd olunan hallar onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, ona dəfələrlə cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq məktublarının göndərildiyini, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən peşmançılıq çəkməsini (İXM- 32.1.1) və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 11 mart 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 11 mart 2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə və Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2132/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2132/2025
11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver