Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2138/2023 01.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, X1 nümayəndəsi və vəkili Vəkil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə, X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X7 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, 2019-cu ilin dekabr ayının 19-dan Bakı şəhəri 194 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyir. İşlədiyi dövrdə hər hansı bir hüquq pozuntusuna yol verməmişdir. Məktəblərində 145 nəfər işçi heyyəti vardır və onların hər biri ilə qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmışdır və bütün vergilər vaxtı vaxtında ödənilməkdədir. 2022-ci ilin aprel ayında X8 ilə əmək müqaviləsi imzalanmışdır. Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi imzalandıqdan sonra dəfələrlə cəhdlər göstərsələrdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə əmək müqaviləsi bildirişinin qeydiyyata alınması mümkün olmamışdır. Əmək müqaviləsi bildirişinin qeydiyyata alınmamasının səbəbi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminin və gücləndirilmiş elektron imzanın işləməməsi olmuşdur. Daha sonra dəfələrlə vaxtaşırı cəhdlər göstərsə də əmək müqaviləsi bildirişinin qeydiyyata alınması mümkün olmamışdır. Lakin 2022-ci ilin iyun ayında gücləndirilmiş elektron imza və sistemdə olan nasazlıqlar aradan qaldırılmışdır bununla da əmək müqaviləsi bildirişinin qeydiyyata alınması mümkün olmuşdur. Onlardan asılı olan qanunvericiliyin tələbləri tam olaraq yerinə yetirilmişdir. Buna baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi hər hansı obyektiv araşdırma aparmadan 15 may 2023-cü il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək qanunsuz və əsassız olaraq onu 3000 manat inzibati cərimə etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin 15 may 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuzdur və ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin tələblərinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İş materiallarından göründüyü kimi barəsijdə qanunsuz və əsassız qəbul olunan qərar 15 may 2023-cü il tarixdə tərtib olunmuşdur (yəni inzibati xəta hadisənin nəticələri aradan qaldırıldığı gündən 11 ay sonra qəbul olunmuşdur). Bundan başqa xüsusi ilə vurğulamaq lazımdır ki, X4 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinə müraciəti onunla əmək müqaviləsinin bağlanmaması ilə bağlı olmamışdır. Əksinə həmin dövrdə mövcud olan elektron sistemin və elektron imzanın problemlərinin aradan qaldırılması üçün özü tərəfindən dəfələrlə 142 qaynar xəttə müraciətlər olunmuşdur. Beləliklə o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqlarını müdafiə etdiyi X7 tərəfindən X4 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilməklə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 3000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Lakin güman edilən inzibati xəta hadisəsinin 2022-ci ildə törədilməsinə baxmayaraq şəxsin barəsində inzibati tənbeh vermə haqqında qərar 11 aydan artıq müddət keçdikdən sonra tərtib edilmişdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X11 izahat verərək bildirmişdir ki, 194 nömrəli tam orta məktəbin direktoru X7 tərəfindən X4 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi əsas gətirilərək xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 3000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Beləliklə o, göstərilənləri nəzərə X1 vəkili tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayətçinin ərizəsini, X3 nümayəndəsi və vəkili Vəkil və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X6 izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini X13 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 194 nömrəli tam orta məktəbin direktoru X7 tərəfindən X4 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 3000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir; Bakı şəhəri üzrə Təhsil İdarəsinin 194 №li tam orta məktəbinin direktoru Elnarə Zeynalova tərəfindən X10 ünvanlanmış 21 noyabr 2022-ci il tarixli 504 saylı məktubdan görünür ki, məktəbə yeni təyin olunan yeni psixoloq X5 ödəniləcək məbləğin aprel ayı üçün 185.52 manat, may ayı üçün 487 manat, iyun ayı üçün 316.55 manat olacağı bildirilmişdir; əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdən etibarən Bakı şəhəri Z.T.Yusifov adına 194 saylı tam orta məktəbdə psixoloq vəzifəsinə qəbul edilmişdir; Bakı şəhəri üzrə Təhsil İdarəsinin 194 №li tam orta məktəbinin direktoru Elnarə Zeynalova tərəfindən X12 Xidmətinin Bakı şəhər idarəsinin ünvanlanmış 12 dekabr 2022ci il tarixli 507 saylı və 13 mart 2023-cü il tarixli 514 saylı məktublardan görünür ki, xx.xx.2022-ci il tarixdə psixoloqların işə qəbul qəbulu imtahanından uğur qazanan X8 məktəbə psixoloq vəzifəsinə təyin olunmuşdur. Həmin dövrdə elektron imza işləmədiyinə görə, həm də elektron imzada proqramın yenilənmə dövrünə düşdüyünə görə Vüsalə Məmmədovaya xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixi müddətlərində Asan imza da qeyd edə bilməmişlər, ona görə əmək haqqı ödənilməmişdir; Bakı şəhəri Z.T.Yusifov adına 194 saylı tam orta məktəb üzrə 55 №li əmrdən çıxarışdan və əmək müqaviləsindən məlum olur ki, X8 xx.xx.2022-ci il tarixdən etibarən 01 (bir) il müddətinə psixoloq vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 əmək hüquqlarının pozulması barədə müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsində baxılmış və 194 nömrəli tam orta məktəbin direktoru X7 tərəfindən X4 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi əsas gətirərək sonuncunun barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsas gətirilərək xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 3000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasında X3 nümayəndəsi və vəkili Vəkil inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyini və hüquqlarını müdafiə etdiyi vəzifəli şəxsin barəsində inzibati tənbeh vermə haqqında qərarın inzibati xəta hadisəsinin törədilməsindən 11 aydan artıq müddət keçdikdən sonra gecikmə ilə xx.xx.2023-cü il tarixdə qəbul edildiyini bildirmişdir. Beləliklə, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, X4 xx.xx.2022-ci il tarixdən Bakı şəhəri Z.T.Yusifov adına 194 saylı tam orta məktəbdə psixoloq vəzifəsinə cəlb edilməsinə baxmayaraq onunla bağlanmış əmək müqaviləsi yalnız xx.xx.2022-ci il tarixdə hüquqi qüvvəyə minmişdir. Yuxarıda qeyd olunan hallardan aşkar olunmuşdur ki, X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı 18 iyun 2022-ci il tarixdə törədilsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar həmin dövr üçün inzibati xəta hadisəsinin törədildiyi vaxtdan 3 ay müddət keçdikdən sonra 18 sentyabr 2022-ci il tarixdə tərtib edilməli olduğu halda, gecikmə ilə 15 may 2023cü il tarixdə tərtib edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi 18 iyun 2022-ci il tarixdə törədildiyindən, inzibati xəta törətmiş şəxsin qaçıb gizlənməsi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “uzanan hüquqpozuntuları” (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Göründüyü kimi, uzanan xəta qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. Həmin xətanın bitmə anı subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Məhkəmə, inzibati xətanın 20 aprel 2022-ci il tarixdən başlayaraq 18 iyun 2022-ci il tarixədək fasiləsiz törədildiyini, qanunvericiliklə həmin dövr üçün inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilməsini, üç ay müddətin 18 sentyabr 2022-ci il tarixdə bitməsini, inzibati tənbeh vermə haqqında qərarın isə 15 may 2023-cü il tarixdə - inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul edilməsini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2138/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2138/2023
01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver