Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2141/2023 07.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin rəhbəri X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC-nin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən zoo mağazada xx.xx.2023-cü il tarixdə saat 17:40 radələrində keçirilən operativ vergi nəzarəti zamanı xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan baytarlıq təbabəti fəaliyyəti ilə məşğul olduğu və belə fəaliyyətdən 500 (beş yüz) manat gəlir əldə etdiyi müəyyən edilmişdir. Şəxs MMC barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi operativ vergi nəzarəti idarəsinin baş dövlət vergi müfəttişi X5 və X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə 27 aprel 2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin rəhbəri X6 bildirmişdir ki, Şəxs MMC-nin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən zoo mağazada ayrılmış xüsusi otaqda ev heyvanlarına ilkin müayinəsi və baytarlıq preparatlarından istifadə etməklə müalicəsi həyata keçirilmişdir. Özəl baytarlıq təbabəti fəaliyyəti ilə məşğul olmaq üçn lisenziya yoxdur. Belə fəaliyyətdən 500 (beş yüz) manat gəlir əldə etmişlər. Əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdüyünü və nəzərdə tutulan əməli ilk dəfə törətdiklərini qeyd edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Şəxs MMC-ə məxsus obyektdə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində plandankənar operativ vergi nəzarəti həyata keçirilməsi üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 27 aprel 2023-cü il tarixdə KY231917099 nömrəli çıxarış verilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X8 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini X4 **********3605 nömrəli 27 aprel 2023-cü il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-ə məxsus obyektdə xüsusi razılıq tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan məşğul olan şəxslərin aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 17 aprel 2023-cü il tarixli aktdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X8 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən Şəxs MMC-ə məxsus zoo mağazada xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan baytarlıq təbabəti fəaliyyəti ilə məşğul olma halı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 21387 nömrəli qəbzdən görünür ki, Şəxs MMC-nin rəhbəri X6 dövlət büdcəsinə 500 manat ödəniş etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir, lakin inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdüyündən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 53, 114, 115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-2141/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2141/2023
07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver