Məhkəmə qərarları › İş №3(011)-2144/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2144/2021

26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2144/2021 26.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərov İman Elşən oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri BPİ DYPİ-nin Yol patrul xidməti inspektoru polis leytenantı X2, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 küçəsi ev ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri BPİ DYPİ-dən daxil olmuş 18 may 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 18 may 2021-ci il tarixdə saat 08:00 radələrində «Toyota Prius» minik markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək törətdiyi xəta nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri BPİ DYPİ-nin Yol patrul xidməti inspektoru polis leytenantı X3 göstərmişdir ki, 18 may 2021-ci il tarixdə saat 08:00 radələrində Şəxs idarə etdiyi «Toyota Prius» minik markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Xətai rayonu Babək prospektində hərəkətdə olarkən ara məsafəsini düzgün seçməmiş, nəticədə X1 idarə etdiyi «Mercedes» minik markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncuya maddi zərər vurmuşdur. Hadisənin baş verdiyi vaxt Şəxs oğlunun sürücülük hüququ olmamış, daha sonra Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərmişdir ki, hadisənin baş verməsinə səbəb həmin günü idarə etdiyi avtomobillə digər avtomobilin arasında olan məsafəni düzgün seçməməsinə səbəb olmuşdur. Sürücülük hüququnun məhdudlaşdırılmasından xəbəri olmadığından avtomobili idarə etməkdə davam etmişdir. Zərərçəkmiş şəxsə 200 manata yaxın zərər dəymişdir. Zərərçəkmiş şəxslə barışmış, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Əməlindən peşmançılıq çəkdiyini və barəsində olan inzibati xəta haqqında iş üzrə yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 may 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda aydın olur ki, Şəxs 18 may 2021-ci il tarixdə saat 08:00 radələrində «Toyota Prius» minik markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan törətdiyi xəta nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 332.2, 327.1, 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protkol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1), və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar