Məhkəmə qərarları › İş №3(011)-2144/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2144/2023

19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2144/2023 19.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, X1 etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakları ilə, X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 08 fevral 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 08 fevral 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onun barəsində xx.xx.2023-cü ildə əsassız və qanunsuz olaraq MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında 08 fevral 2323-cü il tarixli, ******* MN nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarla müəyyən edilmişdir ki, guya AR İN DVX tərəfindən xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanında yerləşən Stomatoloji kabinetdə onun lisenziya olmadan özəl tibb fəaliyyəti (stomatoloji) göstərilməsi faktı aşkar edilmişdir. Nəticədə o, AR İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş “inzibati xətanı törətdiyinə görə”, barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Sözügedən qərar icra olunması üçün Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilmişdir. Həmin qərarın mövcudluğundan Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsi vasitəsilə məlumat almışdır. Tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir və hazırki iş üzrə inzibati xəta tərkibi mövcud deyildir. Onun barəsində “vəzifəli şəxs” kimi inzibati tənbeh tədbiri tətbiq edilmişdir ki, bu da tamamilə əsassızdır. Bununla belə, protokol tərtib edən əməkdaş tərəfindən protokolun tərtib edilmə qaydası da pozulmuşdur. Belə ki, guya AR İN DVX tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xətanın törədilməsi faktı aşkar edilsə də, protokol 15 gündən cox müddət keçdikdən sonra - xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməli olduğu halda, hazırki iş üzrə 15 gündən çox müddət keçdikdən sonra əsassız və qanunsuz olaraq protokol tərtib edilmişdir. Bununla belə, AR İXM-nin 103.1-ci maddəsinə görə, inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin müddətə də riayət edilməmiş, 48 saat deyil, 5 gün keçdikdən sonra qərar qəbul edilmişdir. Bundan əlavə, Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında AR Qanununa əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1dək dayandırılır. Bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Sahibkar bu Qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, habelə inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Sözügedən qərarın surəti və yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və digər məlumatlar ona ümumiyyətlə təqdim edilməmişdir. Məhkəmə iclasında X4 etibarnamə üzrə nümayəndəsi Vəkil şikayət ərizəsində göstərilən xüsusatlara uyğun çıxış edəərk əlavə olaraq bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi A.Nəcəfova barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarla əsassız olaraq vəzifəli şəxs kimi cərimələnmişdir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş qərarın surəti və yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış ona təqdim edilməmişdir. Beləliklə o, göstərilənlərə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 08 fevral 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə 08 fevral 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən X4 xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanında yerləşən stomatoloji kabinetdə lisenziya olmadan özəl tibb fəaliyyəti (stomatoloji) ilə məşğul olması faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən 5000 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Göstərilənlərə əsasən o, X6 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını, şikayət ərizəsini, şikayətçinin və səlahiyyətli orqanın nümayəndələrinin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X9 şöbəsinin baş mütəxəssisi X7 tərəfindən 03 fevral 2023-cü il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən stomatoloji kabinetdə xx.xx.2023-cü il tarixində DVX-nin Bakı şəhər LGBİ-nin nümayəndələri tərəfindən keçirilmiş yoxlama zamanı X4 lisenziya olmadan özəl tibb fəaliyyəti (stomatoloji) ilə məşğul olması aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nazir müavini Rasim İsmayılov tərəfindən 08 fevral 2023-cü il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən X4 xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanında yerləşən stomatoloji kabinetdə lisenziya olmadan özəl tibb fəaliyyəti (stomatoloji) ilə məşğul olması faktının aşkar edilməsi əsas gətirilərək X4 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 5000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında **********9830 nömrəli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ünvan 1 ünvanında yerləşən stomatoloji kabinetdə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri üzrə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi məqsədi ilə operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmış və həmin qərar Aynur Nəcəfova tərəfindən imza edilməklə qəbul edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 10 yanvar 2023-cü il tarixli KY231883069 seriyalı çıxarışdan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən stomatoloji kabinetdə xx.xx.2023-cü il tarixli Qərar əsasında plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, fərdi sahibkar X4 ünvan 1 ünvanında yerləşən stomatoloji kabinetdə lisenziya tələb olunduğu halda belə lisenziya olmadan stomatoloji fəaliyyət ilə məşğul olaraq 6978.0 manat təşkil edən gəlir əldə etməsi, həmin gəlirin əldə edilməsi ilə əlaqədar 6187.97 manat xərc çəkilməsi və nəticədə 790.03 manat xalis gəlir edilməsi faktı aşkar edilmiş və o, öz imzası ilə qeyd olunan aktı təsdiqləmişdir. Fərdi sahibkar X6 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdən qeyd olunan ünvanda xüsusi lisenziya olmadan stomatoloji fəaliyyət ilə məşğul olmuşdur. Fəaliyyət göstərdiyi dövrdə 6978 manat gəlir, həmin gəlirin əldə edilməsi ilə əlaqədar 6187.97 manat xərc çəkilmiş və nəticədə 790.03 manat xalis gəlir əldə etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən X5 ünvanlanmış 30 yanvar 2023-cü il tarixli 3-28-1/2-2032/2023 saylı məktubdan görünür ki, A.Nəcəfova “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixə saat 15:30-a təyin edilmiş yoxlama materiallarına baxılması üçün SN X3 dəvət olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Fiziki şəxslərin dövlət reyestrindən çıxarışdan məlum olur ki, X6 fiziki şəxs kimi dövlət qeydiyyatına alınmışdır, VÖEN-i **********-dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanında yerləşən stomatoloji kabinetdə lisenziya olmadan özəl tibb fəaliyyəti (stomatoloji) ilə məşğul olması əsas gətirilərək onun Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 5000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X2 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xüsusatlarla razılaşmayaraq həmin qərarla sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı halda əsassız olaraq vəzifəli şəxs kimi cərimələndiyini, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş qərarın surətinin və yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışın ona təqdim edilmədiyini bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Belə ki, məhkəmə, X4 özünü vəzifəli şəxs hesab etməməsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, o, xx.xx.2015-ci il tarixdə VÖEN alaraq fiziki şəxs kimi qeydiyyata alındığından və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan onun vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilməsində heç bir qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair 19 iyul 2013-cü il tarixli qərarına əsasən “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür: - hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları; - dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyrikommersiya təşkilatlarının rəhbərləri və işçiləri; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, digər kommersiya və qeyrikommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən şəxslər; - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər; - xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri; - beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, arbitrajların xarici və ya yerli arbitrləri, xarici və ya yerli andlı iclasçılar. Həmçinin, lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2023-cü il tarixli akt tərtib olunarkən, o cümlədən X6 tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunmuş ərizədə sonuncu tərəfindən aşkar edilmiş inzibati xətaya heç bir etiraz edilməmiş və o, öz imzası ilə xüsusi lisenziya olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu etiraf etmişdir. Bundan başqa, məhkəmə, X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş qərarın surətinin və yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışın ona təqdim olunmaması ilə bağlı qeyd edir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ünvan 1 ünvanında yerləşən stomatoloji kabinetdə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri üzrə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi məqsədi ilə operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmış və həmin qərar ona əlavə edilmiş çıxarışla birlikdə Aynur Nəcəfova tərəfindən imza edilməklə qəbul edilmişdir. Göründüyü kimi yuxarıda sadalanan hallarla şikayətdə X4 özünü vəzifəli şəxs hesab etməməsi və yoxlamanın qanunsuz keçirilməsi barədə qeyd etdikləri təkzib olunur. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 08 fevral 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar