Məhkəmə qərarları › İş №3(011)-215/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-215/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-215/2024 05.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə 13 noyabr 2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Şəxs tərəfindən **********7665 sorğu nömrəli gömrük bəyannaməsində bəyan edilən malların XİFMN kodlarının müəvvən edilməsi ücün xx.xx.2023- cü il tarixində 3-33-100/2-006982/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla X2 İdarəsinə müraciət ünvanlanmış və həmin müraciətə xx.xx.2023-cü il tarixində cavab olaraq, **********7665 sorqu nömrəli gömrük bəyannaməsində bəyan edilən və GİB**********003 saylı invoysun 8,9,17-ci mal mövqeləri üzrə idxal olunan "WAFT Coffee” yazısı çap olunmuş, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş, polietilentereftalat əsaslı termoplastik polimerdən hazırlanmış stəkan və “Tıpaclı Karıştırıcı” adlı stəkanlar üçün nəzərədə tutulan, talk dolğulu polipropilendən hazırlanmış, birdəfəlik istifadə ücün nəzərdə tutulan plastik qarışdırıq çubuq yükü Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli Qanunu iiə təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi” haqqında Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aid olduğu müəvvən edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Səlahiyyətli orqana (nümayəndəsinə) və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqana nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, **********7665 sorğu nömrəli gömrük bəyannaməsində bəyan edilən malların XİFMN kodlarının müəvvən edilməsi ücün xx.xx.2023-cü il tarixində 3-33-100/2-006982/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla X2 İdarəsinə müraciət ünvanlanmış və həmin müraciətə xx.xx.2023-cü il tarixində cavab olaraq, **********7665 sorğu nömrəli gömrük bəyannaməsində bəyan edilən və GİB**********003 saylı invoysun 8,9,17-ci mal mövqeləri üzrə idxal olunan "WAFT Coffee” yazısı çap olunmuş, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş, polietilentereftalat əsaslı termoplastik polimerdən hazırlanmış stəkan və “Tıpaclı Karıstırıcı” adlı stəkanlar üçün nəzərədə tutulan, talk dolğulu polipropilendən hazırlanmış, birdəfəlik istifadə ücün nəzərdə tutulan plastik qarışdırıcı çubuq yükü Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli Qanunu iiə təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi” haqqında Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aid olduğu müəvvən edilmişdir. xx.xx.2023-cü il tarixli X2 İdarəsinin ekspert rəyindən görünür ki, GİB**********003 saylı invoysun 8-ci mövqeyi üzrə“350 CC Pet Bardak" adlı üzəri “WAFT Coffee” yazısı çap olunmuş, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş, rəngsiz, şəffaf, polietilentereftalat (CAS 25038-59-9) əsaslı termoplastik polimerdən hazırlanmış stəkan, 10-cu mövqeyi üzrə “95 çap Bombe Kapak” adlı polietilentereftalat (CAS 25038-59- 9) əsaslı, rəngsiz, şəffaf, dəlikli, birdəfəlik stəkanlar üçün nəzərdə tutulan plastmas qapaq, 13-cü mövqeyi üzrə “70z Kapak” adlı polistirol (CAS 9003-53-6) əsaslı, dairəvi formalı, dəlikli, birdəfəlik stəkanlar üçün nəzərdə tutulan plastmas qapaq, 15-ci mövqeyi üzrə “90 Çap Kapak” adlı polistirol (CAS 9003-53-6) əsaslı, dairəvi formalı, dəlikli, birdəfəlik stəkanlar üçün nəzərdə tutulan plastmas qapaq, 16-cı mövqeyi üzrə “90 Çap x delikli kapak” adlı polietilentereftalat (CAS 25038-59- 9) əsaslı, rəngsiz, şəffaf, dəlikli, birdəfəlik stəkanlar üçün nəzərdə tutulan plastmas qapaq, 17-ci mövqeyi üzrə “Tıpaçlı Karıştırıcı” adlı uzunluğu 11sm olan, 8-9- 120z stəkanlar üçün nəzərədə tutulan, talk (CAS 14807-96-6) dolğulu polipropilendən (CAS 9003-07-0) hazırlanmış, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli Qanunu iiə təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi” haqqında Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aid olduğu müəvvən edilmişdir. xx.xx.2023-cü il tarixli Şəxs izahatından görünür ki, GİB**********003 saylı invoysun 8,9,17-ci mal mövqeləri üzrə idxal olunan "WAFT Coffee” yazısı çap olunmuş, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş, polietilentereftalat əsaslı termoplastik polimerdən hazırlanmış stəkan və “Tıpaclı Karıstırıcı” adlı stəkanlar üçün nəzərədə tutulan, talk dolğulu polipropilendən hazırlanmış, birdəfəlik istifadə ücün nəzərdə tutulan plastik qarışdırıcı çubuq yükü sifariş edilən digər kağızdan olan stəkan qablarla birlikdə səhvliklə sifariş edilmişdir. Plastik qabların idxalının qadağa olunduğu barədə məlumatı olmamışdır. Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin, Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X1 tərəfindən tərtib edilmiş İXM-nin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 13 noyabr 2023-cü il tarixli, EP ******* nömrəli protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Şəxs tərəfindən **********7665 sorğu nömrəli gömrük bəyannaməsində bəyan edilən malların XİFMN kodlarının müəvvən edilməsi ücün xx.xx.2023- cü il tarixində 3-33- 100/2-006982/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla X2 İdarəsinə müraciət ünvanlanmış və həmin müraciətə xx.xx.2023-cü il tarixində cavab olaraq, **********7665 sorqu nömrəli gömrük bəyannaməsində bəyan edilən və GİB**********003 saylı invoysun 8,9,17-ci mal mövqeləri üzrə idxal olunan "WAFT Coffee” yazısı çap olunmuş, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş, polietilentereftalat əsaslı termoplastik polimerdən hazırlanmış stəkan və “Tıpaclı Karıştırıcı” adlı stəkanlar üçün nəzərədə tutulan, talk dolğulu polipropilendən hazırlanmış, birdəfəlik istifadə ücün nəzərdə tutulan plastik qarışdırıq çubuq yükü Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli Qanunu iiə təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi” haqqında Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aid olduğu müəvvən edilmişdir. Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilir, barəsində çıxarılacaq inzibati tənbeh vermə haqqında qərara etiraz etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 275.4-cü maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə – inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli Qanunu iiə təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi” haqqında Qanununun: 46-cı maddəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs GİB**********003 saylı invoysun üzrə Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli Qanunu iiə təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi” haqqında Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş malları ölkəyə idxal etmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Əliyeva X4 Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə 1000 (min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar