Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2155/2023 01.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə 08 may 2023-cü il tarixli, 13000- 00469/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********8846 və **********8858 sorğu nömrəli gömrük bəyannamələri üzrə idxal edilən malların eyniləşdirilməsi prosesi uçun malların boşaldıldığı anbara gedildiyi zaman həmin anbarın hər iki bəyannamənin 27-ci qrafasında göstərilən Bakı səhəri, Xətai rayonu, Babək prospekti 29/A ünvanında yerləşən anbar yox, faktiki olaraq ünvan 1ndə yerləşən “Bizim Anbar” adlı anbar olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirmişdir ki, bəyannamələr üzrə mallar ona görə ünvan 1ndə yerləşən anbara yerləşdirilmişdir ki, həmin anbar yerləşmə yerinə görə malların buraxılışı həyata keçirildikdən sonra mal alıcılarına çatdırılması üçün daha məqsədəuyğundur. Odur ki o, göstərilənləri nəzərə alaraq barələrində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru, gömrük xidməti polkovnik-leytenantı Cəmil Novruzlunun xx.xx.2023-cü il tarixli raportundan görünür ki, “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş Şəxs tərəfindən ölkə ərazisinə gətirilən yük "sərbəst dövriyyə üçün buraxılış" gömrük prosedurunun tələbinə uyğun **********0168846 və **********8858 sorğu nömrəli gömrük bəyannamələri üzrə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmişdir. Yoxlama zamanı bəyan olunmuş yük göstərilən sorğu nömrəli bəyannamələrinin 27-ci qrafalarında qeyd olunmuş, o cümlədən "Yaşıl Dəhliz" buraxılış sistemi üzrə rəsmi qeydiyyatdan keçirilmiş ünvandan fərqli ünvanda boşaldılmışdır. Yəni, hüquqi şəxsin rəsmi olaraq qeydiyyatdan keçirilən anbar ünvanı “Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 29/A ünvanıdır. Lakin, faktiki olaraq yük "ünvan 3 ünvanında yerləşən anbarda boşaldılmışdır; xx.xx.2023-cü tarixli **********0168846 və **********8858 sorğu nömrəli gömrük bəyannamələrindən görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən yüklərin boşaldılma yeri qeyd olunan qrafalarda ünvan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 29/A kimi göstərilmişdir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin, Təhqiqat bölməsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı Nümayəndə tərəfindən tərtib edilmiş İXMnin 490-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 08 may 2023-cü il tarixli, 13000-00469/23 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) faktiki olaraq "Yaşıl Dəhliz" buraxılış sistemindən istifadə hüquqi əldə etmiş hüquqi şəxsdir. “Yaşıl Dəhliz” buraxılış sistemindən istifadə hüququnun əldə edilməsi qaydası isə müvafiq olaraq Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 13-1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 427 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası” qaydalarına uyğun aparılır. Həmin qaydaların 2.1.4-cü bəndinə əsasən “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə cavab verən malların saxlancı üçün nəzərdə tutulan anbarlardan istifadə edən şəxslərə şamil edilir. Hüquqi şəxs "xxxx" MMC-yə “Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə huququ da məhz qeydiyyatdan keçmiş anbardan istifadə etdiyi üçun verilmişdir. Hüquqi şəxsin qeydiyyatdan keçirilmiş anbarının Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 29/A ünvanında yerləşən anbar olmasına və xx.xx.2023-cü il tarixli **********8846 və **********8858 sorğu nömrəli gömrük bəyannamələri üzrə idxal edilən malların yerləşdiriləcəyi anbarın həmin bəyannamələrdə göstərilməsinə baxmayaraq mallar faktiki olaraq başqa ünvanda yerləşən anbara boşaldılmışdır. xx.xx.2023-cu il tarixli **********8846 və **********8858 sorğu nömrəli gömrük bəyannamələri üzrə idxal edilən malların başqa anbarda yerləşdirilməsi faktı malların eyniləşdirmə prosesi zamanı aşkar edilmişdir. Buna görə də müəyyən olunur ki, həmin vaxt bəyannamələr uzrə müvafiq gömrük rəsmiləşdirilməsi başa çatdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 490-cı maddəsinə əsasən, gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə -fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********8846 və **********8858 sorğu nömrəli gömrük bəyannamələri üzrə idxal edilən mallar hər iki bəyannamənin 27-ci qrafasında göstərilən Bakı səhəri, Xətai rayonu, Babək prospekti 29/A ünvanında yerləşən anbara yox, faktiki olaraq ünvan 1ndə yerləşən “Bizim Anbar” adlı anbara boşaldıldıqlarından gömrük rəsmiləşdirilməsi qaydaları pozulmuş və gömrük rəsmiləşdirilməsi başa çatdırılmamışdır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2155/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2155/2023
01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver