Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2157/2023 26.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru Elnur Ələskərov, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X4 və X1 iştirakı ilə, xx.xx.1999-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, subay, İsmayıllı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla bağlı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru Elnur Ələskərov tərəfindən Şəxs barəsində 26 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, təxminən 2 ildir ki, etibarnamə ilə idarə etdiyi, “Toyota Prius” minik markalı **-EF-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə Bakı şəhərində yerləşən “Bolt” taksi şirkətində faəliyyət göstərir. xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində şirkətdən, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Bravo” market qarşısında sərnişinin, “Tuş-Su” restoranına aparmağı sifarişini qəbul etmiş, qeyd edilən ünvana gəlmişdir. Həmin yerdə iki nəfər bir oğlan və bir qız avtomobilin arxa oturacağına əyləşmişlər, təxminən 150-200 metr hərəkət etmişdir ki, onun arxasında əyləşmiş oğlan, ondan salonda siqaret çəkilməsinə icazə olub olmamasını soruşmuş, o, siqaret çəkməyin qadağan olmasını bildirmişdir. Belə olan halda həmin oğlan onun ünvanına nalayıq “cındır” ifadəsi və digər ifadələr işlədərək onu təhqir etməyə başlamışdır. O, idarə etdiyi avtomobili, yolun kənarında saxlamış və sərnişinlərə avtomobili tərk etmələrini xahiş etmişdir. Həmin oğlan yenədə onun ünvanına nalayıq ifadə söyləməyə başlamış və onları aparmalı olduğunu tələb etmişdir. Belə olan halda özü avtomobili idarə etməkdən imtina etmək məqsədi ilə sükanın arxasından düşmüş, avtomobilin arxa qapısını açmış bir daha onlardan, avtomobilini tərk etmələrini xahiş etmişdir. Həmin oğlan və onunla olan qızı israrla avtomobili tərk etmədikləri üçün, oğlanın saçından tutub avtomobilin salonundan çıxardığı zaman, həmin oğlan asvalt üzərinə yıxılmış, bu zaman avtomobilin salonunda olan digər sərnişin qız, ona yaxınlaşmış yumruqla çiynindən vurduqda onu itələmiş, qız təkrar ona yaxınlaşmaqla, ayağı ilə ayağından vurmuşdur. O, həmin oğlanı və digər sərnişin qızı vurmamış, polis bölməsinə dəvət olunduğu zaman, ona məlum olmuşdur ki, oğlan kimi qəbul etdiyi sərnişin qadın olmuşdur. Hadisənin baş vermə səbəbi idarə etdiyi avtomobilinə əyləşmiş sənişinlərin sonradan oğlan kimi tanıdığı şəxsə siqaret çəkməyə icazə vermədiyi üçün aralarında mübahisə yaranmış, hadisə ünvan 2 ünvanda yerləşən uşaq geyimləri mağazasının yaxınlığında yolun hərəkət hissəsinin kənarında baş vermiş, təxminən 1-2 dəqiqə davam etməklə həmin yerdə başa çatmış, tanımadığı bir neçə şəxslər toplaşmış bununla baş vermiş mübahisə sona çatmış, hadisə zamanı oğlan kimi hesab etdiyi qadın avtomobilinin sağ yan güzgüsünü vuraraq sındırmış eləcədə ayağı ilə avtomobilin ban hissəsinin müxtəlif yerlərinə vuraraq əzmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş X3 izahatında bildirdi ki, “Bravo” marketin qarşısından, tanışı Elnarə ilə birlikdə, “Turş-su” restoranına getmək üçün “Bolt” tədbiqi vasitəsilə sifariş etdiyi “Toyota Prius” minik markalı **-EF-*** dövlət qeydiyyat nömrə nişanlı taksi avtomobilinə əyləşmişlər. Hər ikisi avtgomobilin arxa oturacağına əyləşmişlər, 2-3 dəqiqə hərəkətdə olduqda, Elnarə sürücüyə müraciət edərək, avtomobilin salonunada siqaret çəkmək istəməsini bildirmiş, sürücü rədd cavabı verdkdən sonra demişdir ki, nə üçün ona trip atır, yəni nə üçün ona minnət qoyur. Elnarə sürücüyə demişdir ki, o, minnət etmir, belə olan halda sürücü qəflətən əyləncdən istifadə etməklə, qəza şəraiti yaradaraq avtomobili saxlamış, sükan arxasından düşərək avtomobilin arxa qapısını açmış, arxada əyləşən Elnarənin saçından tutaraq sürüyüb yerə atmış, başlamış ayaq və əllə ona qəsdən zərbələr endirməyə. O da dərhal avtomobildən düşərək, sürücünün qarşısını aldığı zaman, həmin sürücü qolundan tutaraq bədəninin müxtəlif yerinə əllə, yumruqla hətta əlindəki mobil cihazla başından vuraraq onada xəsarət yetirmişdir. Dərhal hadisə ilə bağlı DİN-nin 102 xidmət mərkəzinə məlumat vermişdir. Hadisədən sonra taksi sürücü ilə telefon əlaqəsi yaradaraq onunla görüş təyin etikdə onlara vəd etmişdir ki, olduqları yerə gələcək, lakin gəlməmişdir. Hadisə ünvan 2 ünvanda yerləşən uşaq geyimləri mağazasının yaxınlığında yolun hərəkət hissəsinin kənarında baş vermiş, təxminən 5-10 dəqiqə davam etməklə həmin yerdə başa çatmış, tanımadığı şəxslər hadisə yerinə yaxınlşaraq sürücünün qarşısını almışlar, avtomobilin arxa qapısını açaraq orada olan çantasını götürməyə imkan verməmiş, çantasını zorla götürmüşdür. Sürücü onun qolundan tutaraq əllə, ayaqla və ehtimalına görə əlində olan mobil cihazla başından vuraraq ona, eləcədə Elnarəni qəsdən vuraraq xəsarətlər yetirmişdir.Hadisə zamanı sürücüyə heç bir xəsarət yetirməmişlər. Odur ki, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş X2 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Xətai rayonu, M.Hadi küçəsində yeni açılmış “Bravo” market binasının qarşısından, tanışlıq əlaqəsi olan Könül ilə birlikdə, “Turş-su” restoranına getmək üçün Könül istifadəsində olan mobil telefon tətbiqi ilə “Bolt” şirkətindən taksi sifariş etmişdir. Sifarişlə əlaqədar “Toyota Prius” minik markalı **-EF-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili olduqları yerə gəlmişdir. Hər ikisi avtomobilin arxa oturacağına əyləşmişlər, 2-3 dəqiqə hərəkətdə olduqları zaman, Elnarə sürücüyə müraciət edərək, avtomobilin salonunada siqaret çəkmək üçün icazə istəmişdir. Sürücü rədd cavabı verdkdən sonra ona müraciət edərək nə üçün trip atdığını, yəni nə üçün ona minnət qoyduğunu soruşmuşdur. Sürücü qəflətən avtomobili saxlamış və sükan arxasından düşərək avtomobilin arxa qapısını açıb arxada əyləşdiyi vəziyyətdə saçından tutaraq sürüyüb yerə atmış, ayaq və əllə ona qəsdən zərbələr endirməyə başlamışdır. Bu zaman Könül dərhal avromobildən düşərək, sürücünün qarşısını aldığı zaman, həmin sürücü onun qolundan tutaraq bədəninin müxtəlif yerinə əllə, yumruqla başından vuraraq onada xəsarət yetirmişdir. Dərhal hadisə ilə bağlı Könül DİN-nin 102 xidmət mərkəzinə məlumat vermişdir. Hadisə ünvan 2 ünvanda yerləşən uşaq geyimləri mağazasının yaxınlığında yolun hərəkət hissəsinin kənarında baş vermiş, təxminən 5-10 dəqiqə davam etməklə həmin yerdə başa çatmış, tanımadığı şəxslər hadisə yerinə yaxınlşaraq sürücünün qarşısını almışlar. Sürücü sacından tutaraq avtomobilin salonundan çıxararaq onu asvalt üzrərinə yıxmış, əllə ayaqla bədəninin müxtəlif yerinə qəsdən vuraraq xəsarətlər yetirmişdir. Odur ki, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru Elnur Ələskərov yuxarıda göstərilən xüsusatları təsdiq edərək, inzibati xəta haqqında protokolun onun tərəfindən tərtib olunduğunu bildirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin TŞ-nin təhqiqatçısı Teymur Ağamirov tərəfindən qəbul edilmiş 10 aprel 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati hüquq pozuntusunun tərkibi olduğundan, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması üçün Xətai RPİ-nin 35-ci PB-nin aidiyyatı əməkdaşlarına həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan 10 aprel 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan göründüyü kimi, məhkəmə tibbi ekspertizasının 14 mart 2023cü il tarixli, 271 saylı rəyində E.Əmirovun bədəni üzərində alın və sol bud nahiyyəsinin qançırları, sağ qaş, sol yanaq və sağ diz oynağı nahiyyələrinin sıyrıqları müəyyən edilmiş, xəsarət bərk-küt əşyanın təsirindən törədilmiş, dərəcəsi sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməmişdir. İş materiallarında olan “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan göründüyü kimi, E.Əmirovanın bədəni üzərində alm və sol bud nahiyyəsinin qançırları, sağ qaş, sol yanaq və sağ diz oynağı nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, xx.xx.2023-cü il tarixə kənar şəxslər tərəfindən törənə bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan göründüyü kimi, K.Musayevanm bədəni üzərində sağ gicgah, sağ yanaq, sağ sol bazu, sağ said nahiyyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, xx.xx.2023-cü il tarixə kənar şəxslər tərəfindən törənə bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs 400 (dörd yüz) manat məbləğində cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-2157/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2157/2023
26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver