Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2167/2023 08.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" QSC-də fəhlə işləyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirovun 04 may 2023-cü il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 20 aprel 2023-cü il tarixdə saat təxminən 22:30-da Şəxs idarə etdiyi «BMW» markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili Vunq Taun küçəsi ilə Ukrayna dairəsi istiqamətində hərəkətdə olaraq yolun geriyə dönmək üçün nəzərdə tutulan hissəsində sol istiqamətdə dönərək əks yola çıxarkən gözləmədən yolun Xəzər dairəsi istiqamətində saatda 10-20 km surətlə hərəkətdə olarkən Vunq Taun küçəsi ilə soldan 1-ci hərəkət zolağı ilə saatda 40 km surətlə Xəzər dairəsi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi mühərriki 49 kub sm. olan «Tufan» markalı mopedlə toqquşmuş və hadisə yerindən yayınmışdır. Nəticədə Zərərçəkmiş şəxs2 xəsarət almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilib izahatında bildirmişdir ki, 20 aprel 2023-cü il tarixdə saat təxminən 22.30-da «*5959» çağrı mərkəzindən ona müştəri ilə əlaqədar məlumat gəlmiş və o, «Fəridə» şadlıq sarayının yanına gələrək oradan Füzuli adlı müştərinin «BMW» markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sükan arxasına əyləşərək Bakıxanov qəsəbəsinə istiqamətlənmişlər.O, avtomobili idarə edərək Vunq Taun küçəsi ilə Ukrayna dairəsi istiqamətində hərəkətdə olaraq yolun geriyə dönmək üçün nəzərdə tutulan hissəsində sol istiqamətdə dönərək yolun Xəzər dairəsi istiqamətdə olan avtomobilləri gözləyərək hərəkətinə davam edib saatda 10-20 km surətlə hərəkətdə olarkən arxadan zərbə səsi eşitmiş və qarşıda sağda yolun kənarında avtomobili saxlamışdır. Düşərək avtomobilə nəzər yetirmiş, lakin bir zədə görməmişdir. Həmin vaxt bir taksi sürücüsü yaxınlaşaraq mopedçinin maşınları ilə toqquşduğunu bildirmişdir. Bir neçə dəqiqə sonra bir nəfər yaxınlaşmış və bildirmişdir ki, mopedçidir və onların maşını ilə arxadan toqquşub. O və Füzuli həmin şəxsə xəstəxanaya getməyi təklif etmişlər, lakin həmin şəxs onlarla kobud danışaraq, xəstəxanaya getmək istəmədiyini, şalvarının çırıldığını bildirmiş və onlar çıxıb getmişlər. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, hadisədən sonra zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam şəkildə ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və buna görə də Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 01 may 2023-cü il tarixli 466 saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 sol diz oynağı nahiyəsinin geniş sıyrıqlar və şişkinlik halında əziyi, sağ əl və sol əlin İV-V barmaqlarının sıyrıqlar halında əzikləri müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə YNH zamanı törənə bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin öz boyu hündürlüyündən yıxılma nəticəsində və ya özü-özünə yetirilmə nəticəsində törənə bilməsi az inandırıcıdır. Azərbaycan Respublikası Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirovun xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs əməlində CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materialların Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddədə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində, Şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), zərərçəkmiş şəxslə barışmasını (İXM 32.2), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2167/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2167/2023
08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver