Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2175/2022 21.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə inspektoru X2 iştirakı ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs 15 iyun 2022-ci il tarixdə Xətai rayonu, Z.Yusifov küçəsi, ev 28, 13 saylı mənzilə gələrək qapını təpikləmiş və səs-küy salaraq xırda xuliqanlıq etmişdir. Bununla bağlı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru X3 tərəfindən Şəxs barəsində 21 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə İnzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Nərgiz İlalova onun keçmiş arvadı olmuş və hazırda onunla nikahları pozulmuşdur. Həmin nikahdan iki uşaqları vardır. 14 iyun 2022-ci il tarixlərdə uşaqları görmək üçün həmin ünvana getmiş və uşaqları görmək üçün pəncərəyə baxmışdır. X5 anası X1 buna imkan verməyərək pəncərəni bağlamışdır. O, daha sonra mənzilin qapısını döyərək uşaqlarla görüşməsini tələb etmişdir. O, daha sonra 15 iyun 2022-ci il tarixdə həmin mənzilə gələrək uşaqları görmək istəmiş, lakin mənzildə heç kim olmadığından Nərgiz İlalova zəng etmiş, lakin Nərgiz İlalova uşaqları ona göstərməyəcəyini qeyd edərək onu təhqir etmişdir. Qeyd edilənlənlərlə bağlı olaraq barəsində başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsX1 bildirdi ki, qızı Nərgiz İlalova əvvəllər Şəxsla ailəli olmuşlar, lakin 2020-ci il tarixdə rəsmi olaraq ayrılmışlar. Nərgiz İlalova rəsmi olaraq Şəxsla ayrıldıqdan sonra məhkəmə qətnaməsi ilə uşaqlar anasının yanında qalmışdır. Şəxs 04 iyun 2022-ci il tarixdə həbsdən çıxdıqdan sonra onları narahat etməyə başlamış, onun ailəsi barəsində qonşular arasında düzgün olmayan məlumatlar verirdi. 14 iyun 2022-ci il tarixdə Orxan onlara məxsus olan mənzilə gələrək uşaqları görmək istəmiş, lakin uşaqlar Orxanı görmək istəməmişdir. Daha sonra 15 iyun 2022-ci il tarixdə Orxan həmin mənzilə gəlmiş, lakin mənzildə heç kimin olmadığı görərək qapını təpiklə vurmağa başlamış və səs-küy salaraq qonşuları narahat etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru X3 göstərilən xüsusatları təsdiq edərək, inzibati xəta haqqında protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən, Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində həbs inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 5 (beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 21 iyun 2022-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(011)-2175/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2175/2022
21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver