Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2180/2024 28.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2, Şəxs nümayəndəsi Nümayəndə Vaqif qızının iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən daxil olmuş 22 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs məxsus Xətai rayonu, R.Quliyev 4 ünvanında yerləşən “Bravo” marketdə xx.xx.2024-cü il tarixdə “X8” adlı məhsulun qiymət kağızında 1 kq-nın qiyməti 11.99 manat göstərildiyi halda kassada 16 manatdan hesablanaraq satılmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə Vaqif qızı izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şirkət barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə) göstərilən əməlin törədilməsinə görə xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqmda protokol tərtib olunmuşdur. Həmin Protokolda istinad edilən inzibati xətanın mahiyyətinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 4 ünvanında yerləşən “Bravo” hipermarketdə xx.xx.2024-cü il tarixdə “X8” markalı sosisin qiymət kağızında 1 kq-nın qiyməti 11,99 (on bir manat doxsan doqquz qəpik) manat göstərildiyi halda kassada 16.00 (on altı) manata satılması qeyd olunmuşdur. İlk olaraq bildirmək istəyirik ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən inzibati xəta tərkibinin yaranması üçün aldatma motivi və niyyəti mövcud olmalıdır. Əks halda sözügedən maddə əsasında Şirkətin inzibati məsuliyyətə cəlb edilməsi qanunsuzdur və əsassızdır. Aldatma niyyətinin müəyyən edilməsi ilə bağlı həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 oktyabr 2022-ci il tarixli Qərarında qeyd olunur: “...aldatma dedikdə, özgənin əmlakım və ya əmlak hüququnu ələ keçirmək məqsədi güdən şəxs tərəfindən bilərəkdən həqiqətə uyğun olmayan, yalan məlumatların verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alğı-satqı müqaviləsinin predmeti olan saxta əşyaların təqdim edilməsi, malın alpıması zamanı aldadıcı üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur.”. Hazırki məsələ ilə bağlı nəzərinizə çatdırırıq ki, Şirkətin İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin tətbiqi üçün imperativ şərt kimi müəyyən olunan aldatma niyyəti olmamışdır. İş materiallarında olan protokolda “X8” adlı sosisin qiymət kağızında 1 kq-nm qiyməti 11,99 manat göstərildiyi halda, kassada 16.00 manata satıldığı qeyd olunmuşdur. Bununla bağlı bildirmək istəyirik ki, həmin vaxt sözügedən məhsulun qiyməti kassada da göstərildiyi kimi 16.00 manat olmuşdur yəni kassa qiyməti ilə qiymət kağızında göstərilən qiymət arasmda heç bir fərq olmamışdır. Belə ki, sözügedən ünvanda yerləşən mağaza daxil olmaqla, bir sıra mağazalarımızda endirimə salınması nəzərdə tutulmuş məhsulların endirimli qiymət kağızlarının fiziki olaraq dəyişdirilməsi və yerləşdirilməsi müəyyən qədər vaxt tələb edir. Bu səbəbdən, qiymət kağızlarının fiziki olaraq dəyişimi- yerləşdirilməsi prosesi axşam saatlarmda-müştərilərin daha az alış-veriş etdiyi saatlarda mağaza əməkdaşları tərəfindən həyata keçirilərək yeni qiymət kağızları məhsulların qarşısına yerləşdirilir. Fiziki olaraq qiymət kağızlarının yerləşdirilməsi prosesi yekunlaşdıqda qiymətlər müvafiq olaraq sistem üzərində də dəyişdirilir və məhsul endirimə salınmış hesab olunur. Bildiririk ki, sistem vahid olduğundan çəki ilə olan məhsullara münasibətdə bu məhsulların qiyməti sistem üzərində endirimə salındıqda kassanın və tərəzinin fiskal yaddaşında olan qiymətlər avtomatik olaraq eyni anda yenilənir. Bir sözlə, bu zaman qiymətdə hər hansı fərq yaranması qeyri-mümkündür. Əlavə olaraq, bu prosesin aparılması zamanı eyni məhsulların müştərilər tərəfindən alışı istisna edilmir. Bildirmək istəyirik ki, müvafiq tarixdə sözügedən məhsul endirimə düşmüş və bununla əlaqədar mağaza əməkdaşları tərəfindən məhsulun qiymətinin dəyişimi aparılmışdır. İş materiallarına əlavə olunan kassa qəbzi və tərəzi çekindən də göründüyü kimi, müştərinin kassa qəbzi tərəzi çekindən daha öncə əldə edilmişdir. Bu isə onu deməyə əsas verir ki, müştəri qiymət dəyişimdən öncə məhsulu alaraq kassada ödəniş etmiş və qəbzi əldə etmişdir. Daha sonra məhsulun endirimə düşdüyünü gördükdə yenidən eyni məhsuldan həmin miqdarda tərəzidə çəkdirmişdir. Müvafiq olaraq növbəti - endirimli qiymətlə əldə etdiyi məhsulun üzərindəki tərəzi çekinin şəklini çəkmiş və həmin fotoşəkilləri sübut qismində əlavə edərək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qiymət fərqi ilə bağlı müraciət etmişdir. Məhsul endirimə düşdükdən sonra məhsulun qiyməti həm məhsulun qarşısında, həm tərəzi çekində, o cümlədən kassanın fiskal yaddaşında dəyişdirilmiş, yəni məhsulda hər hansı qiymət fərqi olmamışdır. Bu halda Şirkətin istehlakçıları aldatma niyyəti olmamışdır. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Şirkətə məxsus mağazalarda müştəri müraciətləri ilə bağlı Müştəri Xidmətləri fəaliyyət göstərir və müştərilərin bütün narahatçılıqları ilə bağlı maraqlanılır və buna dair tədbirlər görülür. Mağazalarda müştərilərlə maraqlanan belə bir xidmətin olması bir daha təsdiq edir ki, Şirkətin məqsədi müştəriləri aldatmaq deyil, onların müraciətlərilə maraqlanaraq hazırki məsələyə oxşar halların qarşısının alınması və doğurdan da qiymət fərqi mövcud olduğu halda həmin fərqin müştəriyə ödənilərək narazılığın aradan qaldırılmasından ibarətdir. Belə olan halda, Şirkətin mötəbər olmayan sübutlar -müştəri tərəfindən müxtəlif vaxtlarda çəkilmiş fotoşəkillər əsasında 447.0.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb olunması əsassız və qanunsuz olmaqla Şirkətin maddi və prosessual hüquqlarının pozuntusuna səbəb olacaqdır. Qeyd olunanların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X3 tərəfindən Azərbaycan Respublikasının Vitse-Prezidentinə ünvanlamış olan elektron şikayət ərizəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, R.Quliyev 4 ünvanında yerləşən “Bravo” marketdə “X8” adlı məhsulun qiymət kağızında 1 kq-nın qiyməti 11.99 manat göstərildiyi halda kassada 16 manatdan hesablanaraq satılmışdır. Foto şəkildən görünür ki, “X8” adlı məhsulun qiyməti çəkisi 11.99 manatdan hesablanaraq tərəzi çekinə yerləşdirilmişdir. Satış çekindən görünür ki, “X8” adlı məhsulun qiyməti çəkisi 16 manatdan hesablanaraq göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Şəxs ünvanladığı bildirişdən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yerləşdiyi inzibati binasında xx.xx.2024-cü il tarixdə saat 14:00-15:00dək protokolun tərtib olunmasında iştirak etmələri xahiş olunmuşdur. 22 may 2024-cü il tarixli MN ******* nömrəli protokolda Şəxs nümayəndəsi X1 izahatında qeyd etmişdir ki, məhsulun qiymət fərqi olmamışdır, kassa çeki və tərəzi çekindəki saat fərqindən də öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilatihüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 447.0.1-ci maddəsinə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.(Qeyd: Bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür) Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə müəyyən edilmişdir ki, Şəxs məxsus Xətai rayonu, R.Quliyev 4 ünvanında yerləşən “Bravo” marketdə xx.xx.2024-cü il tarixdə “X8” adlı məhsulun qiymət kağızında 1 kq-nın qiyməti 11.99 manat göstərildiyi halda kassada 16 manatdan hesablanaraq satılmışdır. Bununla da, hüquqi şəxs Şəxs İXM-in 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 4000 (dörd min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 4000 (dörd min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-2180/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2180/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver