Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2184/2024 19.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndələri X3 və Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 29 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən X2 xx.xx.2023-cü il tarixindən, X1 isə xx.xx.2023cü il tarixindən hal-hazırki tarixədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı göstərilmiş və bununlada hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələblərinin pozulduğu qeyd edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən vətəndaşlar X5 və X4 müvafiq işlərin yerinə yetirilməsi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edildiklərindən hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 29 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək X3 izahatında göstərdiyi xüsusatları bir daha təsdiqləmiş və hüquqi şəxsin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN nümayəndəsi Nümayəndə1 hüquqi şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Şəxsnin Azərbaycan Respublikasındakı Filialı barəsində İXM-in 192.1-ci maddəsi iə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, səlahiyyətli orqan öz protokolunda müəyyən etmişdir ki, X5 xx.xx.2023-cü il tarixdən, X4 isə xx.xx.2023cü il tarixindən hal hazırki tarixədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi huquqt qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Bu məlumatlar DİN tərəfindən daxil olan məlumatlar əsasında müəyyən edilmişdir. Hesab edir ki, İXM-in 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol iş üzrə heçbir araşdırma aparılmadığından, əsassız olaraq tərtib edildiyindən və inzibati xəta haqqında inzibati xəta törədilməsi halı sübuta yetirilmədiyindən icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin tərtib etdiyi protokol ətraflı araşdırma aparılmadan və müfəssəl təsvir göstərilmədən, protokolun tərtib edilməsi qaydaları pozulmaqla və hüquqi şəxsin iştirakı təmin edilməməklə, sübutlar qeyd edilməyərək mülahizələr əsasında sadəcə qərəzli yanaşma və huquqi uyğunsuzluqlar nəticəsində ancaq DİN-nin məlumatı əsasında tərtib edilmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hazırki iş üzrə sübutetmə predmetinə daxil olan əsas hallar iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. Hazırki iş üzrə səlahiyyətli orqanın təqdim etdiyi sübutlar şəxsin təqsirliliyi barədə nəticəyə gəlməyə imkan vermir. Yalnız belə sübutların mövcudluğu vəziyyətində isə şəxs barəsində başlanmış icraata xitam verilməsi məqsədəmüvafiqdir. Həmçinin, adları keçən Yasər Məmmədov və Hikmət Şükürov, təmsil etdiyi filial ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən mevvə-səbzə tədarükünün həyata keçirilməsi üçün sonuncu MMC-nin öhdəliklərini icra etmək məqsədi ilə işğaldan azad olunmuş yerlərə keçmək ücün icazələr almışdır, eyni zamanda həmin icazələrin alınması üçün müraciət ədən “AKKOL HAZİR YEMEK SANAYİ VE TİCARET ANONİM SİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialı görünsə də, filial olaraq belə bir müraciət ücün onların hər-hansı hərəkətləri, səlahiyyətli şəxslərinin imzası və ya gücləndirilmiş ASAN imzadan istifadə edilməmişdir. Buna dair hər hansı sübut da, məhkəməyə təqdim edilməmişdir. Belə ki, 2024-cü ilin may ayının sonunda olan dəyişikliyədək, alınan icazələr tədarük edilən mal filiala gəldiyi üçün müraciət edən tərəf olaraq “AKKOL HAZİR YEMEK SANAYİ VE TİCARET ANONİM SİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialı qeyd edilmişdir. Lakin, bununla bağlı onlar filial olaraq heçbir müraciət etməmişlər. Əlavə olaraq bildirir ki, yuxarıda adları çəkilən şəxslərdən Yasər Məmmədov fərdi sahibkardır və o, vergi ödəyicisidir. Həmçinin, səlahiyyətli inzibati orqanın Mil-Muğan regional şöbəsi tərəfindən fərdi sahibkar Yasər Məmmədova xx.xx.2024-cü il tarixli 3-17-5/2-37062/2024 saylı bildiriş göndərilərək Hikmət Şükürovun əmək müqaviləsi olmadan işlərə cəlb edildiyinə dair xəbərdarlıq edilmişdir. Yuxarıda qeyd edilən müqavilədən, bildirişlərdən və digər mötəbər sübutlardan aydın olur ki, səlahiyyətli inzibati orqan heçbir araşdırma aparmadan, hüquqi şəxsi prosessual qaydalara riayət etməklə dəvət etmədən və onun səlahiyyətli nümayəndəsini dinləmədən formal xarakterli protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Yuxarıda qeyd edilənlərdən də aydın olur ki, "AKKOL HAZİR YEMEK SANAYİ VE TİCARET ANONİM SİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialı ilə X5 və X4 arasında heçbir razılaşmadan, daimi iş fəaliyyətindən, daimi iş yerindən və aylıq qonorardan söhbət belə getmir. Filial, müqavilə tərəfi olan "xxxx" MMC-nə müvafiq ödənişlər etməklə ondan məhsullar almışdır və həmin məhsullar adı keçən şəxslər tərəfindən tədarük edilmişdir. Adları keçən şəxslərlə filial arasında işçi-işəgötürən münasibəti qurulmadığından onlar arasında bağlanmış əmək müqaviləsi olduğu hesab edilə bilməz və aralarında əmək müqaviləsinin bağlanmasına və bu barədə bildirişin səlahiyyətli orqana təqdim edilməsinə zərurət yoxdur. Beləliklə, o, hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən heç bir inzibati xəta hadisəsinin törədilmədiyini bildirərək barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X5 izahat verərək bildirmişdir ki, o, heç vaxt Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-da işləməmişdir. Sadəcə olaraq həmin hüquqi şəxslə "xxxx" MMC-nin arasında bağlanmış müqaviləyə əsasən o, hüquqiş şəxsin Qarabağda yerləşən ünvanına mövsümlük meyvə və tərəvəz aparmışdır. Lakin onun hüquqi şəxslə arasında heç bir əmək münasibəti mövcud olmamışdır. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X4 izahat verərək bildirmişdir ki, o, heç vaxt Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-da çalışmamış və həmin şirkət ümumiyyətlə əlaqəsi olmamışdır. Yasər Məmmədov onun dostu və qonşusudur. Yasər Qarabağa mövsümlük meyvə və tərəvəz aparan zaman o da həmin ərazini gəzmək məqsədi ilə onunla birlikdə getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin baş əmək müfəttişi X8 tərəfindən tərtib edilmiş 29 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən X2 xx.xx.2023-cü il tarixindən, X1 isə xx.xx.2023-cü il tarixindən hal-hazırki tarixədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-na ünvanlanmış 08 aprel 2024-cü il tarixli məktubdan görünür ki, hüquqi şəxsdən xx.xx.2024-cü il tarixdə, saat 12:00-da inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi xahiş olunmuşdur; Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ ilə "xxxx" MMC arasında bağlanmış 27 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən "xxxx" MMC razılaşdırılmış miqdarda, çeşiddə, adda və keyfiyyətdə malın satışını təşkil etmək öhdəliyini üzərinə götürmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN barəsində inzibati xəta haqqında protokolu, tərəflərin çıxışlarını və şahidlərin izahatlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən X2 xx.xx.2023-cü il tarixindən, X1 isə xx.xx.2023-cü il tarixindən hal-hazırki tarixədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 29 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Lakin məhkəmə iclasında şahid qismində izahatı alınmış X5 izahat verərək bildirmişdir ki, o, heç vaxt Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-da işləməmişdir. Sadəcə olaraq həmin hüquqi şəxslə "xxxx" MMC-nin arasında bağlanmış müqaviləyə əsasən o, hüquqiş şəxsin Qarabağda yerləşən ünvanına mövsümlük meyvə və tərəvəz aparmışdır. Lakin onun hüquqi şəxslə arasında heç bir əmək münasibəti mövcud olmamışdır. Bundan əlavə, məhkəmə iclasında şahid qismində izahatı alınmış X4 izahat verərək bildirmişdir ki, o, heç vaxt Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-da çalışmamış və həmin şirkət ümumiyyətlə əlaqəsi olmamışdır. Yasər Məmmədov onun dostu və qonşusudur. Yasər Qarabağa mövsümlük meyvə və tərəvəz aparan zaman o da həmin ərazini gəzmək məqsədi ilə onunla birlikdə getmişdir. Məhkəmə qeyd edir ki, şahidlərin izahatlarında göstərdikləri xüsusatların doğruluğu Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ ilə "xxxx" MMC arasında bağlanmış 27 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə də bir daha təsdiq olunur. Bununla da, yuxarıda götərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilmədiyindən, səlahiyyətli orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmadan hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN barəsində əsassız olaraq 29 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2184/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2184/2024
19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver