Məhkəmə qərarları › İş №3(011)-2198/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2198/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2198/2024 10.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, X2 iştirakı ilə, DİN Baş Dövlət Yol Polisi İdarəsinin 21 mart 2023-cü il tarixli EQ 13611704 nömrəli protokola əsasən qəbul edilmiş 21 mart 2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN Baş Dövlət Yol Polisi İdarəsinin 21 mart 2023-cü il tarixli EQ 13611704 nömrəli protokola əsasən qəbul edilmiş 21 mart 2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, X5 DİN BDYPİ-nin 21 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə qanunsuz və əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat – 3 bal cərimə edilmişdir. **-TX-*** nömrəli dövlət qeydiyyat nişanlı Tofaş markalı avtomobili həmin vaxt o idarə etməmişdir. Maşını həmin vaxt X6 idarə edib. Etibarnamənin vaxtı bitdiyinə görə cərimə ona gəlmişdir. Həmin vaxt o Azərbaycan Respublikasında olmamışdır.Ölkədə olmadığı müddətlərin təyyarə biletlərinin surətlərini təqdim edir. Tural etibarnamənin vaxtı bitəndən sonar dəfələrlə 3 bal cərimə edərək 20 bal və daha çox bal yığaraq X1 vəsiqəsinə məhdudiyyət qoyulmuşdur. Odur ki, barəsində qəbul edilmiş EQ 13611704 saylı, 21 mart 2023-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək, barəsində qəbul edilmiş 21 mart 2023-cü il tarixli EQ 13611704 nömrəli protokola əsasən qəbul edilmiş 21 mart 2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, həmin tarixdə nəqliyyat vasitəsinin onun tərəfindən idarə edilməməsinə baxmayaraq polis əməkdaşı tərəfindən barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN Baş Dövlət Yol Polisi İdarəsinin 21 mart 2023-cü il tarixli EQ 13611704 nömrəli protokola əsasən qəbul edilmiş 21 mart 2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 21 mart 2023-cü il tarixdə, saat 19:40-da “Tofaş Şahin” minik markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmuşdur. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 60 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X5 tərəfindən verilmiş şikayət təmin olunmamalı, DİN Baş Dövlət Yol Polisi İdarəsinin 21 mart 2023-cü il tarixli EQ 13611704 nömrəli protokola əsasən qəbul edilmiş 21 mart 2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. DİN Baş Dövlət Yol Polisi İdarəsinin 21 mart 2023-cü il tarixli EQ 13611704 nömrəli protokola əsasən qəbul edilmiş 21 mart 2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar