Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-22/2023 09.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə 259 ədəd üzərində “10 shot Roman Candle” sözləri yazılmış fişənglər, 1 ədəd üzərində “300 shots Roman Candle” sözləri yazılmış fişəng, 31 ədəd üzərində heç bir yazı olmayan fişənglər, 250 ədəd qara rəngli fitillər, 330 ədəd üzərində heç bir yazısı olmayan, fişənglərin hazırlanması üçün nəzərdə tutulmuş böyük ölçülü karton borular, 110 ədəd üzəridə heç bir yazısı olmayan, fişənglərin hazırlanması üçün nəzərdə tutulmuş kiçik ölçülü karton borular, 245 ədəd üzərində “10 shot Roman Candle” sözləri yazılmış yapışqan üzlüklər əldə edərək saxlamışdır. Buna görə də Şəxs barəsində Bakı Baş Gömrük İdarəsi barəsində 23 noyabr 2022-ci il tarixli 00100-2490/22 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs və Bakı Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq, Şəxs və Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarında olan axtarış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanından 259 ədəd üzərində “10 shot Roman Candle” sözləri yazılmış fişənglər, 1 ədəd üzərində “300 shots Roman Candle” sözləri yazılmış fişəng, 31 ədəd üzərində heç bir yazı olmayan fişənglər, 250 ədəd qara rəngli fitillər, 330 ədəd üzərində heç bir yazısı olmayan, fişənglərin hazırlanması üçün nəzərdə tutulmuş böyük ölçülü karton borular, 110 ədəd üzəridə heç bir yazısı olmayan, fişənglərin hazırlanması üçün nəzərdə tutulmuş kiçik ölçülü karton borular, 245 ədəd üzərində “10 shot Roman Candle” sözləri yazılmış yapışqan üzlüklər aşkar edilərək götürülmüş və Bakı Baş Gömrük İdarəsinin inzibati binasında mühafizə altında saxlanılır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7143 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, 250-ədəd qara rəngli fitillər, 330-ədəd üzərində heç bir yazısı olmayan, fişənglərin hazırlanması üçün nəzərdə tutulmuş böyük ölçülü karton borular, 110-ədəd üzərində heç bir yazısı olmayan, fişənglərin hazırlanması üçün nəzərdə tutulmuş kiçik ölçülü karton borular və 245-ədəd üzərində “10 shot Roman Candle” sözləri yazılmış yapışqan üzlüklər yükləri satış üçün nəzərdə tutulmadığından qiymətləndirilmədiyi, digər 3 adda fişənglərin xx.xx.2022-ci il tarixə orta bazar qiymətinin 2925,00 manat olduğu müəyyən edilmişdir. Şəxs xx.xx.2022-ci il tarixli izahatından görünür ki, aşkar edilən malların ona məxsus olduğunu, “Yeni il” bayramı ərəfəsində bazarda pirotexniki vasitələrə tələbat olduğuna görə pirotexniki vasitələrdən alıb, baha qiymətə satmaqla qazanc əldə etmək niyyətində olduğunu, bu məqsədlə 2022-ci il yanvar ayının 2-də saat 17:00 radələrində "Sədərək" Ticarət Mərkəzinin 6-cı 7-ci sıralarının arasında baş tərəfdə yerləşən taxta vitrindən həmin pirotexniki vasitələri aldığını, həmin satıcını əvvələr tanımadığını, heç bir əlaqəsinin olmadığını, sadəcə olaraq həmin şəxs malları daha ucuz qiymətə satdığı üçün məhz ondan aldığını, aldığı pirotexniki vasitələri idarə etdiyi “BMW 528” markalı, 10TL417 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yığdığını, daha sonra həmin malları ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə apardığını, həmin yaşayış sahəsinin qayınanasına məxsus olduğunu, lakin həmin evdə heç kəsin yaşamadığını, həmin malların Yeni il bayramı qabağı “Sədərək” Ticarət Mərkəzində və ya hansısa metro çıxışında nəqliyyat vasitəsinin yük yerindən satışını həyata keçirmək istədiyini, əvvəllər pirotexniki vasitələrin satışı ilə məşğul olmadığını, ilk dəfədir ki, pirotexniki vasitələr alıb sataraq qazanc əldə etmək niyyətinin oldğunu, aşkar edilmiş malların gömrük ərazisinə hansı üsulla gətirilməsindən xəbərinin olmadığını, 2021-ci il dekabr ayının 30-da Sədərək bazarında olduğu zaman “Yeni il" bayramı ərəfəsində istifadə etmək üçün 1 ədəd “10 shot Roman Candle" sözləri yazılmış fişəng aldığını, bayram günü həmin fişəngi istifadə edən zaman nəm çəkdiyi üçün yararsız olduğunu gördüyünü, daha sonra yanvar ayının 2-də “Sədərək” Ticarət Mərkəzində həmin fişəngi aldığı adama yaxınlaşdığını və ona fişəngin yararsız olduğunu, bu səbəbdən istifadə edə bilmədiyini bildirdiyini, satıcının da fişənglərin yararsız olduğunu gördüyünü, daha sonra satıcının ona özündə olan yararsız fişəngləri və aşkar edilmiş fitilləri, karton boruları, üzərində “10 shot Roman Candle” sözləri yazılmış yapışqan üzlükləri münasib qiymətə satmağı təklif etdiyini və ona nəm çəkmiş fişənglərin kartonlarının, fitillərinin dəyişdirilməsi qaydasını öyrətdiyini, aşkar edilmiş malların hamısını ondan yenidən yararlı vəziyyətə gətirdikdən sonra növbəti il bayram ərəfəsində sataraq daha çox gəlir əldə etmək məqsədilə aldığını, aşkar edilmiş bütün mallara görə ümumilikdə 3000 (üç min) manat məbləğində pul vəsaiti ödədiyini və həmin pul vəsaitinin özünə məxsus olduğunu bildirmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.12-ci maddəsinə əsasən həmin Məcəllənin 231.1, 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikasının Qanununa əsasən pirotexniki məmulatlar mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına daxildir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsinə əsasən malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə Şəxs həmin maddənin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olan pirotexniki vasitələrin dəyərinin 40 faizi məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 manat dövlət hesabına ödənilməlidir. İnzibati Xətalar Məcəlləsinin 115.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır: 115.4.2. dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. Məhkəmə hesab edir ki, Bakı Baş Gömrük İdarəsinin inzibati binasında mühafizə altında saxlanılan 259 ədəd üzərində “10 shot Roman Candle” sözləri yazılmış fişənglər, 1 ədəd üzərində “300 shots Roman Candle” sözləri yazılmış fişəng, 31 ədəd üzərində heç bir yazı olmayan fişənglər, 250 ədəd qara rəngli fitillər, 330 ədəd üzərində heç bir yazısı olmayan, fişənglərin hazırlanması üçün nəzərdə tutulmuş böyük ölçülü karton borular, 110 ədəd üzəridə heç bir yazısı olmayan, fişənglərin hazırlanması üçün nəzərdə tutulmuş kiçik ölçülü karton borular, 245 ədəd üzərində “10 shot Roman Candle” sözləri yazılmış yapışqan üzlüklər qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan pirotexniki vasitələrin dəyərinin, yəni 2925 manatın qırx faizi məbləğində, yəni 1170 (min yüz yetmiş) manat cərimə edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat dövlət hesabına ödənilsin. Bakı Baş Gömrük İdarəsinin inzibati binasında mühafizə altında saxlanılan 259 ədəd üzərində “10 shot Roman Candle” sözləri yazılmış fişənglər, 1 ədəd üzərində “300 shots Roman Candle” sözləri yazılmış fişəng, 31 ədəd üzərində heç bir yazı olmayan fişənglər, 250 ədəd qara rəngli fitillər, 330 ədəd üzərində heç bir yazısı olmayan, fişənglərin hazırlanması üçün nəzərdə tutulmuş böyük ölçülü karton borular, 110 ədəd üzəridə heç bir yazısı olmayan, fişənglərin hazırlanması üçün nəzərdə tutulmuş kiçik ölçülü karton borular, 245 ədəd üzərində “10 shot Roman Candle” sözləri yazılmış yapışqan üzlüklər qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-22/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-22/2023
09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver