Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-22/2024 22.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yasamal RPİ-nin X11 Şöbəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 25 noyabr 2023-cü il tarixli AP seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-6230/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 428.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs Şəxs MMC tərəfindən müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan reklam yerləşdirilməsi faktı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 barələrində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək tərəflərindən heç bir inzibati xəta hadisəsinin törədilmədiyini, barələrində əsassız və qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Belə ki, inzibati protokol faktiki sürücünün izahatı əsasında "xxxx" MMC-nin nümayəndəsi və məlumatı olmadan tərtib edilmişdir. Barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsinin dəvət olunması (məlumatlandırılması) barədə hərhansı sübut protokola əlavə edilməmişdir. Şəxs MMC-yə məxsus “Toyota” markalı, **-PC- *** qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli X7 müqaviləsinə əsasən fərdi sahibkar X1 istifadəsinə verilmişdir. Sürücü müqavilənin 4.4.14-cü bəndinə əsasən «Lizinq verən»in qabaqcadan yazılı razılığını almadan lizinq predmetinin üzərində özünəməxsus və va digər şəxslərə məxsus reklam məlumatlarını, habelə reklam qurğularını yerləşdirməmək barədə öhdəlik götürmüşdür. Avtomobil müştəriyə təhvil verilən zaman üzərində reklam qurğusu olmamışdır və bununla bağlı tərəflərin yazılı və ya şifahi razılığı olmamışdır. Lakin buna baxmayaraq səlahiyyətli orqan tərəfindən protokol Şəxs MMC-nin barəsində tərtib edilmişdir. Beləliklə o, barələrində tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yasamal RPİ-nin DYPŞ-nin İTÜİ polis kapitanı X6 tərəfindən tərtib edilmiş 25 noyabr 2023-cü il tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan reklam yerləşdirilməsi faktı əsas gətirilərək hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati xəta haqqında işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Toyota Prius (Hibrid) minik” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə “Bolt” taksi şirkətinin reklamı yerləşdirilmişdir; Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş etibarnamədən görünür ki, “Toyota Prius (Hibrid) minik” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ Azərbaycan Respublikası MM-nin 362.5-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixinədək X2 verilmişdir; Şəxs MMC ilə fərdi sahibkar X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 06/4310/DLİZ saylı X7 müqaviləsindən görünür ki, X4 həmin müqavilənin 4.4.14-cü bəndinə əsasən «Lizinq verən»in qabaqcadan yazılı razılığını almadan lizinq predmetinin üzərində özünəməxsus və va digər şəxslərə məxsus reklam məlumatlarını, habelə reklam qurğularını yerləşdirməmək barədə üzərinə öhdəlik götürmüşdür; Şəxs MMC ilə fərdi sahibkar X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 06/4310/DLİZ saylı zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə görə «Zamin» 1.2. bəndində göstərilən müqavilə üzrə “Lizinq alan”ın “Lizinq verən” qarşısında götürdüyü öhdəliyini (əsas borc, lizinq mükafatı, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində “Lizinq verən”ə dəyən digər zərərin və əldən çıxmış faydanın ödənilməsi, lizinq predmetinə dəymiş zərərin ödənilməsi) icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür; xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəxs MMC-yə məxsus “Toyota Prius (Hibrid) minik” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 təhvil verilmiş və həmin vaxt nəqliyyat vasitəsinin üzərində hər hansı bir reklam yerləşdirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 428.5-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə - fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Bakı şəhəri Yasamal RPİ-nin X11 Şöbəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan nəqliyyat vasitəsinin üzərində reklam yerləşdirilməsi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, Yasamal RPİ-nin X11 Şöbəsi Şəxs MMC-nin müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan reklam yerləşdirməsi faktını əsas gətirərək hüquqi şəxsin barəsində 25 noyabr 2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş Şəxs MMC ilə fərdi sahibkar X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 06/4310/DLİZ saylı X7 müqaviləsindən görünür ki, X4 həmin müqavilənin 4.4.14-cü bəndinə əsasən «Lizinq verən»in qabaqcadan yazılı razılığını almadan lizinq predmetinin üzərində özünəməxsus və va digər şəxslərə məxsus reklam məlumatlarını, habelə reklam qurğularını yerləşdirməmək barədə üzərinə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından və ona əlavə edilmiş fotoşəkillərdən məlum olduğu kimi Şəxs MMCyə məxsus “Toyota Prius (Hibrid) minik” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 təhvil verilmiş və həmin vaxt nəqliyyat vasitəsinin üzərində hər hansı bir reklam yerləşdirilməmişdir. Odur ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, Yasamal RPİ-nin X11 Şöbəsi tərəfindən nəqliyyat vasitəsinin üzərində yerləşdirilmiş reklamın məhz Şəxs MMC tərəfindən yerləşdirilməsini təsdiqləyən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, hüquqi şəxs Şəxs MMC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında 25 noyabr 2023-cü il tarixli AP seriyalı ******* nömrəli protokol əsassız olmuşdur. Beləliklə, məhkəmə hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs MMCnin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-22/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-22/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver