Məhkəmə qərarları › İş №3(011)-221/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-221/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-221/2024 21.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə "İncir and X11 Travel Services" MMC-nin direktoru X7 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin 27 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4000 (dörd min) manat məbləğində cərimə təyin edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin 27 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X13 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, həmin qərarı 10 yanvar 2024-cü il tarixdə meil vasitəsilə almışdır. Belə ki, “İNCİR AND X11 TRAVEL SERVİCES" MMC-nin direktorudur. İlk öncə telefon nömrəsinə inzibati xətanın əlamətlərinin olması ilə əlaqədar SMS, daha sonra isə ünvanına eyni məzmunlu bildiriş gəlmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilməsində iştirak etməyi üçün 14 dekabr 2023-cü il tarixdə Bakı şəhər idarəsinə dəvət olunmuşdur. O da öz növbəsində idarəyə gedərək izahat verdikdən sonra iclası təxirə salaraq məlumat verəcəklərini bildirsələr də bu barədə heç bir məlumat verməmişlər, telefonuna SMS, həmçinin ünvanına bildiriş göndərməmişlər. Bir müddət sonra o, hüquqi şəxsin işi ilə bağlı idarəyə zəng edərək məlumat almaq istəyərkən ona vəzifəli şəxs kimi cərimə tətbiq olunması bildirilmişdir. Daha sonra hüquqi şəxslə bağlı protokol tərtib edilərək Nəsimi Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı məlumat vermişlər. Hesab edir ki, qeyd olunan qərar əsasızdır. Belə ki, mail vasitəsilə barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı alıb oxuduqda görmüşdür ki, qərarda X5 “İNCİR AND X11 TRAVEL SERVİCES" MMC-nin direktoru X13 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi qeyd edilmişdir. X6 işlətməmişdir. Mübahisənin faktiki halları ondan ibarətdir ki, bir müddət əvvəl Fidan Umudova adlı şəxs ortaq tanışlar vasitəsilə şirkətə yönləndirilərək iş axtardığı haqqında məlumat vermişdir. Fidan xanım şirkətə yaxınlaşmış və sınaq olunacağı üçün söhbətlər olunmuşdur. Görüşdən sonra 2 ədəd (iki) dərman məhsulunu götürmüşdür ki, həmin dərmanların içəriliyini öyrənsin. Çıxışda isə onlara əgər həkimlərlə razılaşa bilsə gəlib kursdan keçərək işə başlayacağını bildirərək sağollaşmışdır. Bu müddət ərzində Fidan xanımla bir neçə dəfə görüşmüşlər. Hətta şirkətin verdiyi səhər yeməyinə də qatılmışdır. Sonra ofisə gəlib kursa qatılmaq istəmədiyini bildirərək onlarla sağollaşmışdır. Bir neçə gün sonra Fidan xanım onlara şantaj mesajları yazmağa başladı (məlumat üçün: daha sonra məlum olmuşdur ki, Fidan xanım digər firmalara belə bir şantajlar etmişdir) və şikayət edəcəyini bildirmişdir. Hər bir dərman şirkəti kimi işçi qəbul etməzdən əvvəl təyin olunmuş kursa (15 günlük) göndərilir. Həmin şəxs kursun imtahanından müvəffəqiyyətlə keçdikdən sonra kursa gəlmiş şəxslə əmək müqaviləsi bağlayırlar və bundan sonra həmin işçi şirkətdə iş fəaliyyətinə başlayır. Fidan Umudova şirkətdə bir gün belə işləməmişdir. Belə ki, Fidan Umudovanı işlətmiş olsaydılar onu apteklərə göndərərdilər, həkimlərin yanına aparıb təqdim edərdilər. Həmin işçini işlətsəydi işçi qaimə fakturaya imza etməklə Fidan Umudova dərmanları təhvil almış olardı, həmçinin, o və ya məsul işçi həmin qaimə fakturaya imza etməklə dərmanları təhvil vermiş olardılar. İşçidə eyni qaydada apteklərə qaimə faktura əsasında həmin dərmanları təhvil-təslim edir. Bundan sonra həmin qaimə fakturalar əsasında apteklərə yaxınlaşaraq satılmış dərmanların pulunu qəbul edirlər (nümunə kimi bir neçə ədəd qaimə faktura əlavə olunur). Fidan Umudovanın onun işlədilməsində sübut növü kimi “Whats app” qrupuna əlavə edilməsini qeyd etmişdir. X14 “Whats app” qrupuna əlavə etməyi ondan ibarət olmuşdur ki, şirkətin işləyişinin necə getməsi və işçiləri tanıması olmuşdur. Görünüyü kimi, X5 “İNCİR AND X11 TRAVEL SERVİCES" MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdir. Buna görə də hesab edir ki, X5 heç bir sübut təqdim etmədən xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə əmək müqaviləsi olmadan işlədilməsilə bağlı etdiyi şikayəti ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün mötəbər sübut kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən təqsirli hesab edib, inzibati qaydada cərimə etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsinin tələblərinin pozulması sübuta yetirilmədiyindən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından (lakin şirkət olaraq sübutları təqdim edir), inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilməli və barəsində hər hansı bir inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi müvafiq protokol tərtib və qərar qəbul edərkən, ona rəsmi olaraq (xx.xx.2023-cü il tarixdə idarədə olarkən izahat yazdıqdan sonra bildiriş verilməmiş, ünvanına göndərilməmiş, qeyd edilən tarixdə sadəcə çıxıb getməyini bildirdikdə onlara şahid gətirəcəyini, sübutlar təqdim edəcəyini bildirsə də ona məlumat verəcəklərini bildirmişlər), araşdırmanın aparılması və inzibati qərarın qəbul edilməsi vaxtı və yeri barədə məlumat verilməmiş, iştirakı təmin edilməmiş, bununla da barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. X13 şikayət ərizəsini müdafiə edərək oxşar izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq X13 növbəti məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin etibarnamə üzrə nümayəndəsi izahatında göstərmişdir ki, sözügedən qərarın qanuni və əsaslı olmasını nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, “İncir and X11 Travel Services” MMC-nin direktoru X13 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. Belə ki, onun işi müxtəlif klinikalarda həkimlərlə görüşüb şirkətin dərmanlarını təbliğ etmək olmuşdur. Hətta “X4 adına Respublika Kliniki Uroloji Xəstəxanası”nda həkimlərlə səhər yeməyi təşkil etmiş, həmin yeməkdə xəstəxananın Təhlükəsizlik bölməsinin rəisi də iştirak etmişdir. Direktorla 1000 manat əmək haqqı ödənilməsi barədə razılaşmışlar, lakin ona sadəcə 100 manat ödənilmişdir. xx.xx.2023-xx.xx.2023-cü il tarixədək işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirmişdir ki, “X4 adına Respublika Kliniki Uroloji Xəstəxanası”nda Təhlükəsizlik bölməsinin rəisi vəzifəsində çalışır. X6 bir neçə dəfə xəstəxanada görmüşdür. Özü də Fidanın təşkil etdiyi səhər yeməyində iştirak etmişdir. İş materiallarında olan X8 Xidməti Bakı şəhər idarəsinin 27 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X9 xx.xx.2023-xx.xx.2023-cü il tarixədək “İncir and X11 Travel Services” MMC-nin direktoru X13 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmiş, X10 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində cərimə təyin edilmişdir. İş materiallarında olan “whatsapp” tətbiqindən çıxarışdan görünür ki, X9 “İncir group” adlı qrupa əlavə edilmiş, “Bu gun nece nəfər həkimlə gorusulub”, “sahede olanlar humay fidan ve elnure yazin” kimi tapşırıqlar verilmişdir. O isə cavabında “Mən hal hazırda Çin təbabət klinikasındayam Cavid Aşurovla androloqla görüşüb məlumatı qrupa yazacam”, “Uralogiyada görüşdüm” kimi sms mətnləri ünvanlamışdır. Bundan başqa +994 77 448 38 38 mobil nömrədən ona 100 manat göndərilməsi ilə bağlı səs yazısı, bununla yanaşı “Atdı, Ema, Yola ver, Yadima sal” mesajları göndərilmiş, o isə “Hə gəlib çox sağ olun” mesajını göndərmişdir. Məhkəmə, şikayət ərizəsini, şahidlərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X2nın şikayətində göstərdiyi xüsusat, X5 işlərin görülməsinə cəlb edilməməsi onun özünü müdafiəsi və məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirilməlidir. Belə ki, X5 “İncir and X11 Travel Services” MMC-də işləməsi onun özünün ifadəsi, “X4 adına Respublika Kliniki Uroloji Xəstəxanası”nda Təhlükəsizlik bölməsinin rəisinin ifadəsi, “whatsapp” sms mətnləri ilə öz təsdiqini tapmışdır. Bununla da, X5 “İncir and X11 Travel Services” MMC-nin direktoru X13 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi sübuta yetirilmişdir. X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən qanunamüvafiq qaydada araşdırma aparılmış və qanuni və əsaslı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X8 Xidməti Bakı şəhər idarəsinin 27 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X2nın şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X7 şikayəti təmin edilməsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin 27 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar