Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2212/2024 04.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X6 etibarnamə üzrə nümayəndəsi və vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1979-cu ildə Salyan rayonu, Komsomol kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-525/2023-018 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən MN ******* nömrəli, 04 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-525/2023-018 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, X6 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qarşısında və üstündə cavabdeh Şəxs tərəfindən sonuncunun istifadəsində olan qeyri-yaşayış sahəsinin pilləkən meydançasının sağ (8,3 metr x 4,9 metr) və sol (4,5 metr x 3,0 metr) tərəfində, hündürlüyü 1,3 metr olan əlavə meydançanın cavabdeh Şəxs tərəfindən sökülməsi və iddiaçı X6 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin təbii havalandırma və işıqlandırma üçün quraşdırılmış pəncərə boşluqlarının açılması və qeyri-yaşayış sahəsindən istifadəyə cavabdeh Şəxs tərəfindən yaradılan maneələr aradan qaldırılması qət edilmişdir. Lakin Şəxs tərəfindən maneələr aradan qaldırılmamış və tikili sökülməmişdir. Bununla da borclu icra sənədləri üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-525/2023- 018 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, qeyd olunan yer onun mülkiyyətində və istifadəsində deyil, sadəcə həmin yeri icarəyə götürmək istəyib, lakin alınmayıb. Hal-hazırda həmin ünvanda heç bir səlahiyyəti yoxdur, onun tərəfindən heç bir maneə qoyulmamışdır. Həmçinin bildirmişdir ki, obyektin sahibi o deyil, o icra etmək istəsə də obyektin sahibi Daşqın Tağıyev icazə verməmişdir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 etibarnamə üzrə nümayəndəsi və vəkili X8 izahat verərək göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-525/2023-018 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, X6 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qarşısında və üstündə cavabdeh Şəxs tərəfindən sonuncunun istifadəsində olan qeyri-yaşayış sahəsinin pilləkən meydançasının sağ (8,3 metr x 4,9 metr) və sol (4,5 metr x 3,0 metr) tərəfində, hündürlüyü 1,3 metr olan əlavə meydançanın cavabdeh Şəxs tərəfindən sökülməsi və iddiaçı X6 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin təbii havalandırma və işıqlandırma üçün quraşdırılmış pəncərə boşluqlarının açılması və qeyri-yaşayış sahəsindən istifadəyə cavabdeh Şəxs tərəfindən yaradılan maneələr aradan qaldırılması qət edilmişdir. Lakin Şəxs maneələrin aradan qaldırılması və tikililərin sökülməsi əvəzinə həmin sahədə təmir işləri aparmışdır. O özü həmin sahəyə getmiş və orada çəkiliş aparmışdır. Odur ki, Şəxs barəsində ən ağır inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-525/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, iddia təmin edilmiş, iddiaçı X6 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən qeyri- yaşayış sahəsinin qarşısında və üstündə cavabdeh Şəxs tərəfindən sonuncunun istifadəsində olan qeyri-yaşayış sahəsinin pilləkən meydançasının sağ (8,3 metr x 4,9 metr) və sol (4,5 metr x 3,0 metr) tərəfində, hündürlüyü 1,3 metr olan əlavə meydançanın cavabdeh Şəxs tərəfindən sökülməsi və iddiaçı X6 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin təbii havalandırma və işıqlandırma üçün quraşdırılmış pəncərə boşluqlarının açılması və qeyri-yaşayış sahəsindən istifadəyə cavabdeh Şəxs tərəfindən yaradılan maneələrin aradan qaldırılması, 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri cavabdeh Şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 gün müddətində icra sənədinin könüllü icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Şəxs icra məmuru Vüsal Umarova ünvanladığı 29 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-525/2023 saylı qətnaməsi ilə X6 Şəxs qarşı "qanunsuz inşa edilmiş tikililərin sökülməsi, bağlanmış pəncərə boşluqlarının açılması, qeyri-yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılmasına dair" iddia tələbi təmin edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Sözgedən qətnamə icra edilməsi üçün aidiyyəti üzrə Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. Sözügedən qətnamə üzrə borclu olduğu E131888/2024-1-30 saylı icra işi hazırda icra məmuru Vüsal Umarovun icraatındadır. Bildirir ki, Şəxs tərəfindən dəfələrlə tələbkar Sənan Həsənovun mülkiyyətində olan qeyriyaşayış sahasinin üzərində inşa edilmiş pilləkən sahələrinin sökülməsi üçün addımlar atılsa da, lakin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X9 buna icazə verməmişdir. Buna görə də Sənan Həsənovun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin üzərində inşa edilmiş pilləkən sahələrinin sökülməsini həyata keçirə bilməmişdir. Eyni zamanda bildirmək istəyir ki, hazırda Sənan Həsənovun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsinin sahibi (mülkiyyətçisi) Daşqın Tağıyev ona və hazırki iş üzrə tələbkar Sənan Hüseynov qarşı "dəymiş maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia tələbi hazırda Xətai Rayon Məhkəməsinin icraatındadır. Odur ki, hazırki ərizəsini nəzərə alıb X4 ona və X7 qarşı iddia tələbi üzrə aralarında olan məhkəmə mübahisəsi yekunlaşanadək borclu tərəf oldugu E131888/2024-1-30 saylı icra işi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Hüquqlarının və X5 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 04 iyun 2024-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-2212/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2212/2024
04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver