Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2213/2024 04.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5131/2020 saylı, xx.xx.2020-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8251/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1941/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1596/2024 saylı, xx.xx.2024-cü il tarixli, Bakı şəhəri 36 saylı notariat kontorunun 2011 saylı, xx.xx.2024-cü il tarixli və Bakı şəhəri 54 saylı notariat kontorunun 12518 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən MN ******* nömrəli, 04 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5131/2020 saylı, xx.xx.2020-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8251/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1941/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1596/2024 saylı, xx.xx.2024-cü il tarixli, Bakı şəhəri 36 saylı notariat kontorunun 2011 saylı, xx.xx.2024-cü il tarixli və Bakı şəhəri 54 saylı notariat kontorunun 12518 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən, Şəxs icra məmurunun tələblərini icra etməmişdir. Borcluya icra sənədinin icra edilməsi təklif olunmuş, lakin o, maddi çətinliyi olduğundan ödəniş edə bilməmişdir. Bununla da borclu icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5131/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2019cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********81237 olan HUAWEİ Y6 markalı telefon üçün 57 manat ödənilməmiş hissə, 5 manat cərimə pulu borcu, ümumulikdə 62 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat cavabdeh Şəxs tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8251/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən "X10" MMC ilə Şəxs arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 865/SM-20 saylı "Kredit müqaviləsi" üzrə əsas borca görə 4252,45 (dörd min iki yüz əlli iki manat qırx beş qəpik) manat, faiz borcuna görə 1202,99 (bir min iki yüz iki manat doxsan doqquz qəpik) manat olmaqla, ümumilikdə 5455,44 (beş min dörd yüz əlli beş manat qırx dörd qəpik) manat və ödənilmiş dövlət rüsumu görə 30 (otuz manat) manat məbləğində pul vəsaiti cavabdeh Şəxs tutularaq iddiaçı "X10" MMC-nin xeyrinə tutulmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1941/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 3500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 manat məbləğində pul alınaraq X6 ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1596/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs maddi zərərə görə 1200 manat, mənəvi zərərə görə 150 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X4 ödənilməlidir. İddiaçı X2 ödədiyi 109 manat dövlət rüsumunun 92.65 manatı iddiaçının özünə aid edilmiş, qalan 16.35 manatı cavabdeh Şəxs alınaraq iddiaçı X4 ödənilməlidir. Bakı şəhəri 36 saylı notariat kontorunun 2011 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs "xxxx" MMC-nin xeyrinə SM63209 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 400 manat və 82 manat 50 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 507 manat 50 qəpik pul tutulmalıdır. Bakı şəhəri 54 saylı notariat kontorunun 12518 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Şəxs Bank Olmayan Kredit Təşkilatı Azpul MMC-nin xeyrinə müddət üçün vaxtında ödənilməmiş 60 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 manat olmaqla cəmi 90 manat pul tutulmalıdır. Maddi vəziyyətində çətinliklər olduğu üçün ödəniş edə bilməmişdir. Lakin hər ay müəyyən qədər ödəniş edəcəyini bildirdi. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5131/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********81237 olan HUAWEİ Y6 markalı telefon üçün 57 manat ödənilməmiş hissə, 5 manat cərimə pulu borcu, ümumulikdə 62 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat cavabdeh Şəxs tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8251/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, "X10" MMC ilə Şəxs arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 865/SM-20 saylı "Kredit müqaviləsi" üzrə əsas borca görə 4252,45 (dörd min iki yüz əlli iki manat qırx beş qəpik) manat, faiz borcuna görə 1202,99 (bir min iki yüz iki manat doxsan doqquz qəpik) manat olmaqla, ümumilikdə 5455,44 (beş min dörd yüz əlli beş manat qırx dörd qəpik) manat və ödənilmiş dövlət rüsumu görə 30 (otuz manat) manat məbləğində pul vəsaiti cavabdeh Şəxs tutularaq iddiaçı "X10" MMC-nin xeyrinə tutulmalıdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1941/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 3500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 manat məbləğində pul alınaraq X6 ödənilməlidir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1596/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs maddi zərərə görə 1200 manat, mənəvi zərərə görə 150 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X4 ödənilməlidir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri 36 saylı notariat kontorunun 2011 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs "xxxx" MMC-nin xeyrinə SM63209 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 400 manat və 82 manat 50 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 507 manat 50 qəpik pul tutulmalıdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri 54 saylı notariat kontorunun 12518 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs Bank Olmayan Kredit Təşkilatı Azpul MMC-nin xeyrinə müddət üçün vaxtında ödənilməmiş 60 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 manat olmaqla cəmi 90 manat pul tutulmalıdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. 15 yanvar 2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu, xx.xx.1991-ci il təvəllüdlü, Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., 39, 72 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 8(011)-82/2024 saylı qərardadından görünür ki, xx xxxxxxxx 1991-ci il tarixində anadan olmuş və ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. "xxxx" MMC-nin Xətai rayon İcra şöbəsinə ünvanladığı 27 mart 2024-cü il tarixli ərizədən görünür ki, 24 sentyabr 2020-ci ildə Xətai rayon Məhkəməsi (iş № 2(011)- 5131/2020) tərəfindən borclu Şəxs "xxxx" MMC-nin xeyrinə cəmi 82 (səksən iki) AZN borcun alınması barədə qətnamə qəbul edilmişdir. Hal-hazırda cavabdehin qalıq borcu 62 (altmış iki) AZN təşkil edir. Onlara daxil olan məlumatlara görə cavabdeh Şəxs işləyir və əmək haqqı alır. "İcra Haqqında" AR Qanunun 63-cü maddəsinə əsasən, tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə icazə verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, tələbin hal-hazırda işləyən Şəxs əmək haqqına yönəldilməsini və işin nəzarətdə saxlanılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-1 maddəsinə əsasən, İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin həyata keçiriləcəyi yerlərinin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı vaxtında müvafiq icra hakimiyyəti orqanına göndərilməməsinə, yaxud ictimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı sorğulara vaxtında cavab verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Hüquqlarının və X5 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, Şəxs nəinki məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğdə, hətta daha az - maddi imkanı çata biləcəyi məbləğdə belə ödəniş etməmişdir. Bu, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 04 iyun 2024-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-2213/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2213/2024
04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver