Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2218/2024 21.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2 və hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakları ilə, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xəta haqqında 24 may 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materiala əsasən, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad olunmuş ərazilərdə iş icazəsi alınmış X15, X11 və X4 Şəxs MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdirlər. Lakin, 17 aprel 2024-cü il tarixdən 22 iyun 2024-cü il tarixədək icazə alınmasına baxmayaraq Nazirliyin “Əmək və Məşğulluq” altsistemində aktiv əmək müqaviləsi bildirişi aşkar edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X10 izahat verərək göstərdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi MN seriyalı ******* nömrəli, 24 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs tərəfindən X15, X11 və X4 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Buna əsas kimi "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemi üzərində yuxarıda qeyd olunan fiziki şəxslər üçün işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınması göstərilmişdir. Azərbaycan Respublikası qanunvericiliyi işğaldan azad olunmuş ərazilərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin həmin ərazilərdə əmək fəaliyyətinə cəlb etdikləri işçilər üçün iş icazələrinin alınmasını nəzərdə tutmur. "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemi üzərindən alınan icazələr isə iş icazəsi hesab olunmur. Həmin icazələr vətəndaşların işğaldan azad olunan ərazilərə səfərlərinin təşkilini həyata keçirmək üçün nəzərdə tutulmuşdur. "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemi üzərindən iş məqsədi ilə icazənin alınması isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq" altsistemində qüvvədə olan əmək müqaviləsinin olması ilə şərtləşdirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə görə, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göründüyü kimi, konstitusiya vətəndaşlara iş yerini seçməkdə və əmək müqaviləsi bağlamaqda sərbəstlik verir. Məcburi əmək isə qadağan olunur. Azərbaycan Respublikası ərazisində ölkə vətəndaşlarının iş icazəsi alması nəzərdə tutulmur. İşğaldan azad olunmuş ərazilərə gediş və gəlişlərin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemi üzərindən icazələr yolu ilə həyata keçirilməsi isə ictimai asayişin və təhlükəsizliyin təmin olunması məqsədi ilə həyata keçirilir. İş materiallarında olan 24 may 2024-cü il tarixdə tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, inzibati orqan icraatı zamanı şəxslərin əmək fəaliyyətinə cəlb olunub-olunmaması faktını araşdırmamışdır. Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 15 may 2024-cü il tarixli 3-17-5/2-29181/2024 nömrəli sorğusunu cavablandırmış və bildirilmişdir ki, Cəmiyyət "Paşa Holding”in tərkibinə daxil olan "PMD Projects" şirkətinin podratçısı olaraq Şuşa şəhərində müxtəlif layihələri icra edir. İşçilərin işə qəbul prosesi "PMD Projects" şirkəti ilə qarşılıqlı razılıq əsasında həyata keçirilir. Buna görə də, həmin layihələrə uyğun kadrların axtarılması, seçilməsi və yerləşdirilməsi proseduru icra olunur. Bəzi hallarda işə qəbulun bütün mərhələlərini keçən şəxslər əmək müqaviləsi bağlamaqdan və ya əmək müqaviləsi bağladıqdan sona işləməkdən imtina edir. İşçiləri işğaldan azad olunmuş ərazilərə səfər etməsi üçün icazə alındığı üçün əmək müqaviləsi bağlamağa məcbur etmək, işğaldan azad olunmuş ərazilərə zorla aparmaq və onları getdikləri yerlərdə işləməyə və qalmağa məcbur etmək məcburi əmək hesab olunur. Buna görə də, heç bir halda onlar tərəfindən vətəndaşlara qarşı zorakılıq və məcburetmə tətbiq olunmur. Lakin, layihə rəhbəri olan "PMD Projects" şirkəti müqaviləsi olmayan, icazəsi və müqaviləsi olsa belə layihəyə uyğun olmayan şəxslərin işə buraxılmasına icazə vermir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mina kirliliyinin olması, sərbəst hərəkət imkanlarının olmaması, bir çox sosial infrastrukturların bərpa olunmaması və sair sosial çətinliklər insanları həmin ərazilərdə işləməkdən çəkindirir. Bu səbəblərə görə Adları qeyd olunan şəxslər işin həcminə baxdıqdan sonra həmin işə görə ödənilən əməkhaqqı ilə əmək müqaviləsi bağlamaqdan imtina etmişlər. Həmin şəxslər üçün alınmış iş icazəsi o, cümlədən cavabdeh inzibati orqanın qeyd etdiyi şəxslərin Şuşa şəhərinə səfərini tənzimləyən icazələri ləğv olunmuşdur. Bununla bağlı cavabdeh inzibati orqana müraciət olunmuş və nəzərə alınması xahiş olunmuşdur. İnzibati orqanın qeyd olunan ərazilərə işçi olmayan şəxslərində səyahət edə biləcəyini nəzərə almadan mənbəyi məlum olmayan məlumatlara əsasən protokol tərtib etmişdir. İnzibati orqan tərəfindən təqdim olunan sübutlar əsassız və qanunsuzdur. Odur ki, inzibati xəta hadisəsi olmadığı, inzibati xəta tərkibi olmadığı və Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin təqsirsizlik prezumpsiyası nəzərə alınmaqla Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İlk olaraq nəzərə alınmalıdır ki, qeyd olunan hal üzrə protokolların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş 2-1 nömrəli əlavədə göstərilmiş elektron protokol şəkilində tərtib olunmasını nəzərdə tutur. Lakin inzibati orqan yuxarıda qeyd olunanlara əlavə olaraq protokolu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 127-4.1-ci bəndinin tələblərini pozaraq elektron qaydada tərtib etməmişdır. İXM-nin 127-4.1-ci bəndinin tələblərində “Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477- 1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir." qeyd olunur. Ümumiyyətlə yazılmış protokolu təsdiq edən hər hansı sübut "xxxx" MMC-yə təqdim olunmamışdır. Protokoldan da göründüyü kimi hansı sənədlərin əlavə olunması barədə qeyd olmadığı kimi həmin sənədlərin Cəmiyyətə göndərilməsi barədə də qeydlər öz əksini tapmamışdır. Bununla da İXM-nin 127-5.1.1-ci və 127-5.1.2-ci yarımbəndinin tələbləri pozulmuşdur. Belə ki, “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi inzibati xəta haqqında elektron protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirir və elektron ünvanına (olduğu halda) göndərilir." İXM 127-5.1.2-ci eyni zamanda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Faktı təsdiq edən sübutlar təqdim olunmamışdır. Protokolu tərtib etmək üçün istifadə edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı göstərilməmişdir (təqsirliliyin sübuta yetirilməsində mənbəyi bəlli olmayan sübutlardan istifadə edilmişdir). Müvafiq protokolda hansı məbləğdə inzibati cərimə növündə tənbeh tətbiq edilməsi nəzərdə tutulduğu qeyd edilməmişdir. Halbuki İXM-nin 127-4.2-ci bəndinin tələblərinə əsasən protokolda "......... inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan orqanın (qurumun) və həmin protokolu tərtib etmək üçün istifadə edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və həmin maddə üzrə cərimənin məbləği, bu Məcəllənin 127-4.5-ci və 127-4.6-cı maddələrinin izahı. Sübutların kifayətliyi məhkəməyə iş üzrə qanuni və əsaslı qərar qəbul etməyə imkan verən xüsusiyyətdir. Sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi isə onların zəncirvari, ardıcıl olaraq birinin digərinə bağlılığı və ya birinin digərini təsdiqi və yaxud onlar arasında heç bir əksliyin və ziddiyyətin olmamasıdır. İXM-nin 6.1-ci bəndinin “İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir." tələbləri pozulmuşdur. İXM-nin 8.3-cü bəndinin "İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir." tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə etiraz edirlər. Hesab edir ki, "xxxx" MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən olunur ki, inzibati xəta haqqında protokolun tərtib olunma əsasları yalnız işçilərin "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" göstərilmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən X7, X6 və X1 "xxxx" MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən əmək fəaliyyətinə cəlb olunmasına sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla da işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən əmək münasibətinin yaranması iş materialları ilə öz təsdiqini tapmır. Bundan başqa işçilər tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən də görünür ki, "xxxx" MMC ilə onların arasında rəsmi və faktiki olaraq heç bir əmək münasibətləri olmamış, ifadələrini imzaları ilə təsdiq etmişlər. Bu hal onu təsdiq edir ki, "xxxx" MMC ilə işçilərin arasında əvvəlcədən iş görəcəkləri barədə razılıq olsa da, sonradan aralarında razılıq baş tutmadığından hər hansı bir əmək münasibətinin yaranmasından söhbət gedə bilməz. Göründüyü kimi əməldə inzibati xətanın tərkibinin yaranması üçün "xxxx" MMC-nin hərəkətlərindən zəruri əlamətlərdən sayılan qəsd və ya ehtiyatsızlıq olmalıdır, lakin məhkəməyə bu əlamətlərin olması barədə sübut təqdim olunmamışdır. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanmış inzibati icraata əməldə inzibati xəta tərkibi olmadığı üçün xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, bildirmişdir ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad olunmuş ərazilərdə iş icazəsi alınmış X15, X11 və X4 Şəxs MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdirlər. Lakin, 17 aprel 2024-cü il tarixdən 22 iyun 2024-cü il tarixədək icazə alınmasına baxmayaraq Nazirliyin “Əmək və Məşğulluq” altsistemində aktiv əmək müqaviləsi bildirişi aşkar edilməmişdir. Odur ki, hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərmişdir ki, o, mart ayında həmin iş yerinə gedib baxmış və onu qane etməmişdir. Aprel, may aylarında həmin şirkətdə işləməmişdir. Əmək haqqı təxmini olaraq 600-700 manat olacağı bildirilmişdir. Həmin şirkətlə müqavilə bağlanmamış və orada işləməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 göstərmişdir ki, "xxxx" MMC-də rəsmi olaraq heç vaxt işləməmişdir. Onun adını portala salmışlar, daha sonra gedib iş yerinə baxmışdır, lakin onu qane etməmişdir. Həmin gün oradan qayıtmışdır. Portala salmaq üçün əmək müqaviləsinin bağlanması ilə bağlı məlumatı yoxdur. Əmək haqqı 750 manat olacağını bildirmişlər, lakin öz rayonlarında da 600-700 manata işlər var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 göstərmişdir ki, iş yerinə gedib baxmışlar, günə 20-25 manat söz vermişdirlər. Əmək müqaviləsindən anlayışı olmamışdır, həmin iş yerinə gedib baxıb qayıtmışlar. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şahid ifadələrini, inzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib olunmuş 24 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad olunmuş ərazilərdə iş icazəsi alınmış X15, X11 və X4 Şəxs MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdirlər. Lakin, 17 aprel 2024-cü il tarixdən 22 iyun 2024-cü il tarixədək icazə alınmasına baxmayaraq Nazirliyin “Əmək və Məşğulluq” altsistemində aktiv əmək müqaviləsi bildirişi aşkar edilməmişdir. X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC-yə göndərilmiş 15 may 2024cü il tarixli bildirişdən görünür ki, "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldıqları şəxslərin adına (X15 (6Z747Z5), X11 (7MA2JT2), X4 (25x4WUY)) Nazirliyin "Əmək və məşğulluq" altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmiş, həmin şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə əlaqədar İnzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etməkləri məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 10:00-da 1 saylı Bakı DOST Mərkəzinə dəvət olunmuşlar. 26 mart 2024-cü il tarixli Əmək müqaviləsi bildirişindən görünür ki, X15 26 mart 2024cü il tarixdən Şəxs MMC-də "tikinti" bölməsində "usta" vəzifəsində çalışır. Əmək müqaviləsinə xitam verilməsi barədə 18 aprel 2024-cü il tarixli 81№-li əmrdən görünür ki, "tikinti" bölməsində "usta" vəzifəsində işləyən X16 ilə bağlanılmış 6Z747Z5000100 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2."a" - tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024 tarixindən xitam verilmiş, işçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. 26 mart 2024-cü il tarixli Əmək müqaviləsi bildirişindən görünür ki, X11 26 mart 2024cü il tarixdən Şəxs MMC-də "tikinti" bölməsində "fəhlə" vəzifəsində çalışır. Əmək müqaviləsinə xitam verilməsi barədə 18 aprel 2024-cü il tarixli 82№-li əmrdən görünür ki, "tikinti" bölməsində "fəhlə" vəzifəsində işləyən X12 ilə bağlanılmış 7MA2JT2000100 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2."a" - tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024 tarixindən xitam verilmiş, işçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. 05 aprel 2024-cü il tarixli Əmək müqaviləsi bildirişindən görünür ki, X4 05 aprel 2024cü il tarixdən Şəxs MMC-də "tikinti" bölməsində "usta" vəzifəsində çalışır. Əmək müqaviləsinə xitam verilməsi barədə 18 aprel 2024-cü il tarixli 80№-li əmrdən görünür ki, "tikinti" bölməsində "usta" vəzifəsində işləyən X5 ilə bağlanılmış 25X4WUY000100 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2."a" - tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024 tarixindən xitam verilmiş, işçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. X6 11 iyun 2024-cü il tarixli izahatından görünür ki, onun üçün Şəxs MMC tərəfindən 17 aprel 2024-cü il tarixində işə görə Şuşa şəhərinə icazə alındıqdan sonra o Şuşaya getmişdir. Lakin, şirkət ilə qiymətdə razılaşmadığına və ərazini özünə görə təhlükəli bildiyinə görə işləməmiş və həmin gün Şuşa şəhərini tərk etmişdir. X7 11 iyun 2024-cü il tarixli izahatından görünür ki, Şəxs MMC tərəfindən 18 aprel 2024-cü il tarixində iş üçün Şuşa şəhərinə icazə alındıqdan sonra o Şuşaya gəlmişdir. Lakin, şirkət ilə qiymətdə razılaşmadığına və ərazini özünə görə təhlükəli bildiyinə görə işləməmiş və həmin gün Şuşa şəhərini tərk etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Belə ki, 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi hətta hüquqi şəxs inzibati tənbeh ediləndə də, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi mütləq nəzərə alınası hallardır. Əgər hüquqi şəxsin həmin inzibati xəta nəticəsində hər hansı bir xeyir əldə etməsinə dair, bu xeyirin həcmi barədə sübut yoxdursa və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi barədə sübut yoxdursa, həmin hüquqi şəxs heç tənbeh də edilə bilmir. Əgər hüquqi şəxs həmin inzibati xətanı törətmişdirsə, onda inzibati tənbeh verilməlidir. İnzibati tənbeh verilərkən İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi nəzərə alınmalıdır. Lakin səlahiyyətli orqan inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi barədə ümumiyyətlə sübut təqdim etməmişdir. Yuxarıda da qeyd edildiyi kimi sübut təqdim etmək, inzibati xətanın törədilməsini təsdiq etmək səlahiyyətli orqanın vəzifəsidir. Beləliklə, hüquqi şəxsin inzibati məsuliyyətinin yaranmasına dair İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olub-olmaması ilə əlaqədar aşağıdakılar qeyd edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Beləliklə, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilirsə, İXM-in 18.2-ci maddəsində sadalanmış şəxslərin inzibati xəta törətməsi sübut olunmalıdır ki, həmin inzibati xətaya görə hüquqi şəxsin inzibati məsuliyyəti yaransın. Həm də həmin şəxslərin törətdiyi ixtiyari bir inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyət daşımır. Həmin şəxslərin törətdiyi o, inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin şəxslərin törətdiyi inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Yəni İXM-nin 18-ci maddəsinə əsasən, hər bir pozuntu İXM-nin inzibati məsuliyyətinə səbəbə olmur, yalnız o inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Lakin belə bir əsaslandırma protokolda ümumiyyətlə aparılmamışdır. Protokolda ümumiyyətlə həmin işçinin və ya vəzifəli şəxsin törətdiyi inzibati xəta nəticəsində hüquqi şəxsin hansı xeyir gördüyü (xeyirin nədən ibarət olması, nə qədər olması) və ya hüquqi şəxsin hansı marağının qorunduğu qeyd edilməmişdir. Bu barədə sübutlar ümumiyyətlə toplanılmamışdır ki, hüquqi şəxs hansısa xeyir gördü və ya hansısa marağı qorundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməlidir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.0.2, 105.1-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-2218/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2218/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver