Məhkəmə qərarları › İş №3(011)-2219/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2219/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2219/2024 21.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xəta haqqında 16 may 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına əsas kimi, vətəndaş X3 xx.xx.2024-cü il tarixində bədbəxt hadisə nəticəsində xəsarət almışdır, lakin araşdırma nəticəsində müəyyən edilmişdir ki, P.Rüstəmov Şəxs MMC-nin rəhbərliyi tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin, xidmətlərin görülməsinə cəlb edilmiş nəticədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 fevral 2024-cü il tarixli, 18-1-2/2-1096/2024 nömrəli Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “X13” X14 məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixində saat 10:20-də X11 müraciət etmişdir. Xəstənin dediyinə görə İnqilabda Asan xidmətdə yıxılaraq xəsarət almışdır. Xəstəyə rentgenoskopiya müayinəsi olunmuşdur. Diaqnoz: Bel oma nahiyəsinin səthi travması olmuşdur. 15 mart 2024-cü il tarixli, 18-1-88/2-371/2024 nömrəli Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Respublika Təcili və X5 Mərkəzi” X14 məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 09:03-də "RTTTYM"-nə ünvan 1 ünvanından Pərviz adlı şəxsin (41 yaş) adına "halı pis" səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 5 saylı bölmənin həkimi Fidan Hüseynova icra edərək, xəstə X2 (41 yaş) "Bel nahiyyəsinin küt travması" (deməsinə görə iş yerində yarım saat əvvəl pilləkəndən düşərkən ayağı sürüşüb yıxılıb) diaqnozu qoymuş, ilkin tibbi yardım göstərmiş və X11 hospitalizasiya etmişdir. Hadisə barədə 16-cı polis bölməsinə kapitan Quliyevə və Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Məmmədovaya məlumat verilmişdir. X1 X8 Xidmətinin Bakı şəhər İdarəsinə verdiyi izahatından görünür ki, o, X3 halhazırda heç bir müəssisədə əmək fəaliyyəti göstərmir. Kulinar kimi fəaliyyət göstərir. 17 fevral 2024-cü il tarixdə "ASAN" xidmət mərkəzinə gəlmiş və orada pilləkəndən yıxılmışdır. Daha sonra təcili tibbi yardım maşını gəlib onu aparmışdır. X10 müayinə olunandan sonra səhhətində hər hansı bir narahatlıq olmamışdır. İzahatın sual-cavab hissəsindən görünür ki, X3 "ASAN" xidmət mərkəzinə mətbəxə yeməklərin dadına baxmağa getmişdir. "ASAN" xidmət mərkəzinə işlərin görülməsinə Şəxs MMC-nin rəhbəri Ağa Aşurov tərəfindən yönləndirilmişdir. "ASAN" xidmət mərkəzində işlərin görülməsi qarşılığında məvacib almamışdır. İş saatı əsasında fəaliyyət göstərməmişdir, yalnız Şəxs MMC-nin rəhbəri Ağa Aşurov xahiş etdikdə bir neçə dəfə "ASAN" xidmət mərkəzinə getmişdir. Şəxs MMC-nin X8 Xidmətinin Bakı şəhər idarəsinə ünvanladığı 04 mart 2024-cü il tarixli məktubdan görünür ki, X3 "xxxx" MMC-də işləmir. X7 X3 ilə şəxsi dostluq münasibətləri var. Pərviz Rüstəmovu 1 saylı ASAN xidmətin Mətbəxinə dequstasiya üçün göndərmişdir. Pərviz Rüstəmov 1 saylı ASAN Xidmətə daxil olarkən ehtiyatsızlıqdan ayağı sürüşüb pilləkəndən yıxılmışdır. İlkin yardım göstərilməsi üçün Təcili Tibbi yardıma müraciət olunmuşdur, sağlamlığına ciddi zərər dəymədiyindən yardım göstərildikdən sonra evə buraxılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında iş materialları ilə sübuta yetirilmişdir ki, vətəndaş X3 xx.xx.2024-cü il tarixində bədbəxt hadisə nəticəsində xəsarət almışdır, lakin araşdırma nəticəsində müəyyən edilmişdir ki, P.Rüstəmov Şəxs MMC-nin rəhbərliyi tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin, xidmətlərin görülməsinə cəlb edilmişdir. Belə ki, Şəxs MMC-nin X8 Xidmətinin Bakı şəhər idarəsinə ünvanladığı məktubda X1 "xxxx" MMC-də işləməməsi qeyd edilsə də, X1 izahatından görünür ki, o, "ASAN" xidmət mərkəzinin mətbəxinə işlərin görülməsi üçün bir neçə dəfə Şəxs MMC-nin rəhbəri Ağa Aşurov tərəfindən göndərilmişdir. Odur ki, X3 Şəxs MMC-nin rəhbərliyi tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin, xidmətlərin görülməsinə cəlb edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar