Məhkəmə qərarları › İş №3(011)-2220/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2220/2024

05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2220/2024 05.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi, «Qanunçuluq» Vəkil Bürosunun vəkili Nümayəndə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 17 may 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir İnzibati xəta haqqında qərarın tərtib olunmasına səbəb kimi hüquqi şəxs Şəxs X5 ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müyyən işlərin yerinə yetirilməsinə cəlb edilmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi, «Qanunçuluq» Vəkil Bürosunun vəkili Nümayəndə sənədlər təqdim edərək bildirmişdir ki, X5 ilə Şəxs arasında xx.xx.2023-cü il tarxidə əmək müqaviləsi bağlanmışdır. Həmin tarixdən xx.xx.2024-cü il tarixədək Nəriman Rəcəbli Şəxs MMC-nin topoqraf vəzifəsində işləmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Nəriman Rəcəbli ilə onun istəyi əsasında aralarında bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edir ki, həmin tarixədək Nəriman Rəcəbli Şəxs MMC-nin topoqraf vəzifəsində tam ştat işçi kimi işləyirdi. Lakin sonradan yarım ştat işçi kimi işləmək istədiyini bildirmiş və buna görə də onun öz xahişi ilə xx.xx.2024-cü il tarixdə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə Nəriman Rəcəbli ilə aralarında Şəxs MMC-nin topoqraf vəzifəsində yarım ştat işçi kimi əmək müqaviləsi bağlanmışdır. Bildirir ki, Nəriman Rəcəbli aralarında olan əmək müqaviləsinə xitam veriləndən yeni əmək müqaviləsi bağlanan tarixədək olan müddət ərzində, yəni xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək Nəriman Rəcəbli heç bir məcburi işə cəlb edilməmişdir. Bildirir ki, Nəriman Rəcəblinin həmin müddət ərzində işə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında iş materiallarında heç bir sübut yoxdur. Belə ki, həmin müddət ərzində X5 ilə aralarında hər hansı işəgötürən-işçi münasibəti olmamış, ona heç bir əmr verilməmiş, aralarında hər hansı əmək şəraiti, şərtləri və ya əmək funksiyası müəyyən edilməmiş, həmin müddət ərzində onun işə gəlməsi üçün hər hansı iş vaxtı müəyyən edilməmiş, o bu müddət ərzində işə gəlib getməmiş, ümumiyyətlə şirkət ilə heç bir əlaqəsi olmamışdır. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrindən biri də inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan ibarət olsa da, lakin DƏMXnin Bakı şəhəri İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X7 tərəfindən hazırki mövcud vəziyyəti hərtərəfli, tam, obyektiv araşdırmadan qərar qəbul etmişdir. İşəgötürən kimi X5 ilə aralarında hər hansı işəgötürən-işçi münasibətinin olmadığı halda, habelə Nəriman Rəcəbliyə işəgötürən qismində əmrlər verməai, əməkhaqqı ödəməsi, iş vaxtı, əmək şəraiti, əmək funksiyası müəyyən etməsi sübuta yetirilmədiyi halda İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi əsasında qanunsuz və əsassız protokol tərtib edilməsi təqsirsizlik prezumpsiyasının da pozulmasına gətirib çıxarmışdır. Bundan başqa qeyd etmək istəyir ki, X5 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Nəriman Rəcəblinin öz istəyi əsasında xitam verilmişdir. Barələrində 17 may 2024-cü il tarixli, MN ******* nömrəli protokolun tərtib edilməsinə əsas kimi göstərilən X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi məsələsi işin hallarını əks etdirməməklə yanaşı, eyni zamanda bu halın mövcudluğu sübuta yetirilə bilməmişdir. 17 may 2024-cü il tarixli, MN ******* nömrəli protokolun inzibati xəta hadisəsi, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta törətmiş şəxs sübuta yetirilməyərək İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələbləri pozulmuşdur. Göstərilənlərin nəzərə alınaraq Şəxs barəsində tərtib edilmiş 17 may 2024-cü il tarixli, MN ******* nömrəli protokolda inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X8 protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 may 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs X5 ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müyyən işlərin yerinə yetirilməsinə cəlb edilmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinə ünvanladığı məktubdan görünür ki, 08 aprel 2024-cü il tarixli, 3-1752-20052/2024 №li məktuba cavab olaraq bildirilmişdir ki, X5 17 Noyabr 2023-cü il tarixdə 65 №li daxili əmrlə işə götürülmüşdür. Sonradan bildirmişdir ki, o, FHN-də işə düzəlir. FHN-dən ona bildirmişdirlər ki, "xxxx" MMC-dən işdən çıxmalıdır, X1 şifahi xahişi ilə o, 01 fevral 2024-cü il tarixli 16 №li əmrlə işdən azad edilmişdir. FHN-də işə düzələndən sonra şifahi xahiş etmişdir ki, o əlavə işə qəbul edilsin. 01 fevral 2024-cü il tarixdən 16№li əmrlə işə qəbul edilmişdir. Dəfələrlə şifahi xəbərdarlıq edilsə də, vacib iclaslarda və tələbdən az işdə olması səbəbindən 29 fevral 2024-cü il tarixdə 27 №li əmr ilə işdən azad edilmişidir. 1DF5WE8001000 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, X5 Şəxsndə xx.xx.2024-cü il tarixdə topoqraf vəzifəsinə qəbul edilmiş və onun xx.xx.2024-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmışdır. 1DF5WE8000800 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, X5 Şəxsndə xx.xx.2023-cü il tarixdə topoqraf vəzifəsinə qəbul edilmiş və onun xx.xx.2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmışdır. xx.xx.2023-cü il tarixli, 65 nömrəli əmrdən görünür ki, X1 xx.xx.2023-cü il tarixdən topoqraf vəzifəsinə təyin edilməsi və əmək haqqının ştat cədvəlinə uyğun ödənilməsi əmr edilmişdir. xx.xx.2024-cü il tarixli, 16 nömrəli əmrdən görünür ki, X5 xx.xx.2024-cü il tarixdən X5 öz şifahi xahişi ilə FHN-də işə daxil olmaq üçün 68.2.”a”- tərəflərdən birinin təşəbbüsü ilə işdən azad edilməsi əmr edilmişdir. xx.xx.2024-cü il tarixli, 16 nömrəli əmrdən görünür ki, X1 xx.xx.2024-cü il tarixdən öz şifahi xahişi ilə əsas iş FHN-də əlavə iş topoqraf vəzifəsinə təyin edilməsi və əmək haqqının ştat cədvəlinə uyğun ödənilməsi əmr edilmişdir. xx.xx.2024-cü il tarixli, 27 nömrəli əmrdən görünür ki, X5 xx.xx.2024-cü il tarixdən X1 68.2.”a”- tərəflərdən birinin təşəbbüsü ilə işdən azad edilməsi əmr edilmişdir. 1DF5WE80010X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Qəbzlərin və çıxarışların surətlərindən görünür ki, X2 aylıq əmək haqqı ödənilmişdir. X1 xx.xx.2024-cü il tarixli ərizəsindən və 99885953 nömrəli müraciətindən görünür ki, o, ərizəsi olmadan işdən azad olunmuşdur və əmək haqqın kartı isə ona verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs tərəfindən X5 ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi bağlamadan müyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində protokol tərtib olunmuş Şəxs MMC-nin nümayəndəsinin bildirdiyi kimi Nəriman Rəcəbli Şəxs MMC-nin topoqraf vəzifəsində tam ştat işçi kimi işləmiş, lakin sonradan yarım ştat işçi kimi işləmək istədiyini bildirmiş və buna görə də onun öz xahişi ilə xx.xx.2024-cü il tarixdə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə Nəriman Rəcəbli ilə aralarında Şəxs MMC-nin topoqraf vəzifəsində yarım ştat işçi kimi əmək müqaviləsi bağlanmışdır. X1 əmək müqaviləsinə xitam veriləndən yeni əmək müqaviləsi bağlanan tarixədək olan müddət ərzində, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işə cəlb edilməsi təsdiq edən sübutların olmaması səbəbindən Şəxs MMC əməlində inzibati xəta tərkibi müəyyən olunmamlıdır. Belə ki, X5 ilə “Şəms-95" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əmək müqaviləsi bağlanmış və müqavilə üzrə tərəflərin öhdəlikləri müəyyən edilmiş, hər ay xidmət haqqı ödənilmiş X5 şikayətində əmək bildirişinin gecikmə ilə imzalanması barədə heç bir nüans qeyd etmədiyi halda X3 Bakı şəhər İdarəsi hüquqi şəxs barəsində protokol tərtib etmişdir. Bununla da “Şəms-95 " Məhdud Məsuliyyətli Cəmiyyətinin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını, onun təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu, inzibati orqanın xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs “Şəms-95" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar