Məhkəmə qərarları › İş №3(011)-2221/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2221/2023

31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2221/2023 31.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxslər X2 və X1 iştirakı ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13 fevral 2023-cü il tarixində S.Ə.ünvan 2 ünvanında yaşayan X4 məxsus 59 manat məbləğində pulun “İnstagram” sosial şəbəkəsində qolbaq elanı adı ilə öz hesabına göndərilməsinə nail olmuş, lakin verdiyi vədə əməl etməmiş, aldığı vəsaiti qaytarmaqdan imtina edərək dələduzluq yolu ilə özgəsinin əmlakını talamışdır. Bundan başqa Şəxs 14 may 2023-cü il tarixində ünvan 3 ünvanında kirayə yaşayan X3 məxsus 20 manat məbləğində pulun “TikTok” sosial şəbəkəsində jeton satma adı ilə öz hesabına göndərilməsinə nail olmuş, lakin verdiyi vədə əməl etməmiş, aldığı vəsaiti qaytarmaqdan imtina edərək dələduzluq yolu ilə özgəsinin əmlakını talamışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 31 may 2023-cü il tarixli MN ******* nömrəli və 31 may 2023-cü il tarixli ******* nömrəli protokollar tərtib olunaraq baxılması üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə “İntagram” sosial şəbəkəsində Zəhra adlı şəxsə 59 manat müqabilində qolbaq göndərəcək imiş, lakin qolbağı itirdiyinə görə göndərə bilməmişdir. xx.xx.2023-cü il tarixdə isə Cahid adlı şəxs onunla telefonla əlaqə saxlayaraq “TikTok” sosial şəbəkəsində onlayn jeton almaq istədiyini bildirmiş, o da jeton satmaq qərarına gəlmişdir. Cahid onun sözünə inanaraq 20 manat məbləğində pulu onun kartına atmış, lakin o, həmin vaxt saytda problem yarandığına görə jetonu ata bilməmişdir. Sonradan da əlaqələri kəsilmişdir. Özünü təqsirli bilərək əməllərindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, ziyanın ödənilməsini qeyd edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirmişdir ki, ona dəymiş ziyan ödənilmişdir, ona görə də Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirmişdir ki, ona dəymiş ziyan ödənilmişdir, ona görə də Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Xətai RPİ-nin 34-cü Polis Bölməsinin təhqiqatçısı Anar İbadovun 22 fevral 2023-cü il tarixli və Fərid Abbasovun “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarlarından görünür ki, toplanmış materiallar üzrə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həlli üçün qərarların surəti aidiyyəti əməkdaşa göndərilmişdir. İş materiallarında olan X2 ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, ona görə də Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. İş materiallarında olan X1 ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, ona görə də Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Tərəflərin izahatını, iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir, lakin inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslərlə barışdığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 39.2, 43, 48, 53, 114, 115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar