Məhkəmə qərarları › İş №3(011)-2222/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2222/2024

05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2222/2024 05.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Bank Olmayan Kredit X4 Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X7 iştirakları ilə, Hüquqi şəxs Şəxs Bank Olmayan Kredit X4 Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs Bank Olmayan Kredit X4 Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 07 may 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir İnzibati xəta haqqında qərarın tərtib olunmasına səbəb kimi hüquqi şəxs Şəxs Bank Olmayan Kredit X4 Cəmiyyəti X8 ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müyyən işlərin yerinə yetirilməsinə cəlb edilmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Bank Olmayan Kredit X4 Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 təqdim edərək bildirmişdir ki, 07 may 2024-cü il tarixdə “PSG X16 Kredit Təşkilatı” MMC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi İnzibati Xətalar Məcəlləsinin 192. Nci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında 07 may 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Tərtib edilmiş həmin protokolla razılaşmırlar. Belə ki, işçi X8 ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış, lakin texniki səbəblərlə əlaqədar əmək münasibətləri xx.xx.2024-cü il tarixində elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmişdir. İşçiyə əmək haqqının hesablanaraq ödənilməsi, o cümlədən vergilərin, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta ödənişlərinin icrası əmək müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən hesablanaraq həyata keçirilmişdir. Elektron sistemdə işçinin işə başlama tarixi məhz xx.xx.2024-cü il kimi göstərilmişdir. Bu fakt əmək müqaviləsi bildirişindən də açıq-aydın görünür. N.İsmayılovun əmək müfəttişliyinə şikayəti də işə qəbul prosessi ilə bağlı deyil, müqaviləyə xitam verilməsi və məzuniyyət hüququ ilə bağlı olmuşdur. Müfəttişliyin vəzifəli şəxsləri tərəfindən cəmiyyətin nümayəndələrinə inzibati məsuliyyətin səbəbi kimi əmək münasibətlərinin elektron informasiya sisteminə gec daxil edilməsi göstərilmişdir. Göründüyü kimi təşkilatları işçi ilə əmək müqaviləsi bağlayaraq, əmək haqqı və qanunvericiliklə nəzərdə tutulmuş digər ödəmələri icra etmişdir. Sadəcə texniki səbəblərdən müqavilənin elektron informasiya sisteminə daxil edilməsi şənbə və bazar günləri daxil olmaqla cəmi 4 gün gecikmişdir. Bu gecikmə faktının 3 ay sonra aşkar edilərək cəmiyyətin və onun vəzifəli şəxsinin 192.1-ci maddə ilə nəzərdə tutulmuş ən yüksək məbləğlərlə məsuliyyətə cəlb edilməsini doğru hesab etmirlər. İnzibati Xətalar Məcəlləsində əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə əlaqdar məlumatların elektron informasiya sisteminə gec daxil edilməsinə görə açıq maddə ilə birbaşa məsuliyyət nəzərdə tutulmamışdır. Göstərilənlərin nəzərə alınaraq Şəxs Bank Olmayan Kredit X4 Cəmiyyətinin barəsində tərtib edilmiş 07 may 2024-cü il tarixli, MN ******* nömrəli protokolda inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X13 protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxs Şəxs Bank Olmayan Kredit X4 Cəmiyyətinin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07 may 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs Bank Olmayan Kredit X4 Cəmiyyəti X8 ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müyyən işlərin yerinə yetirilməsinə cəlb edilmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “PSG X16 Kredit Təşkilatı” MMC-nin direktoru X12 ilə “X11” MMC-nin direktoru X9 arasında bağlanmış 01 fevral 2024-cü il tarixli kompüter şəbəkəsinə xidmətlərin göstərilməsi haqqında 04/24 saylı müqavilədən görünür ki, “X11” MMC müəyyən ödəniş müqabilində kompüter texnikasının idarə edilməsi üzrə xidmətlərin göstərilməsi öhdəliyini öz üzərinə götürmüşdür. “PSG X16 Kredit Təşkilatı” MMC-nin direktoru X12 ilə X8 arasında bağlanmış əmək müqaviləsindən və əmək müqaviləsi bildirişindən görünür ki, X8 xx.xx.2024-cü il tarixdən etibarən baş hüquqşünas vəzifəsinə cəlb edilmişdir; 2UF9KWH001200 saylı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, bildiriş 20 fevral 2024-cü il tarixdə imzalanmışdır. “PSG X16 Kredit Təşkilatı” MMC-nin icraçı direktoru Nofəl İsmayılov tərəfindən “X11” MMC-yə ünvanlanmış 19 fevral 2024-cü il tarixli, 05/2024 saylı məktubda qeyd edilmişdir ki, 16 Fevral 2024-cü il tarixdən etibarən texniki xidmət göstərilən serverin (əməliyyat blokunun) işində müəyyən axsamalar yaranmışdır. Belə ki, yeni sazlanmış əməliyyat sistemi gecikmələrlə işləyir, ofis daxili kompüter avadanlıqlarının internetə çıxışında kəsilmələr müşahidə edilir, beləliklə müştərilərə keyfiyyətli maliyyə xidmətlərinin göstərilməsində maneələrlə üzləşirlər. Texniki problemin aradan qaldırılması istiqamətində onlara köməklik göstərilməsi xahiş olunmuşdur. “X11” MMC–nin direktoru Ağayev Bakir tərəfindən “PSG X16 Kredit Təşkilatı” MMC-nin icraçı direktoru Nofəl İsmayılova ünvanlanmış 20 fevral 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, yeni proqram təminatına keçid məqsədi ilə serverin təkmilləşdirilməsi işləri aparıldığından internetdə qeyd olunan tarixlərdə dayanmalar baş vermişdir, 20 fevral 2024-cü il tarixdən isə xidmət bərpa edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs Bank Olmayan Kredit X4 Cəmiyyəti tərəfindən X8 ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi bağlamadan müyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Məhkəməyə təqdim olunmuş “PSG X16 Kredit Təşkilatı” MMC-nin direktoru X12 ilə “X11” MMC-nin direktoru X9 arasında bağlanmış 01 fevral 2024-cü il tarixli kompüter şəbəkəsinə xidmətlərin göstərilməsi haqqında 04/24 saylı müqavilədən görünür ki, “X11” MMC müəyyən ödəniş müqabilində kompüter texnikasının idarə edilməsi üzrə xidmətlərin göstərilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Lakin 16 Fevral 2024-cü il tarixdə kompüter şəbəkəsində müəyyən texniki nasazlıqlar yarandığından X5 əmək müqaviləsi bildirişi şirkətdən asılı olmayan səbəblərdən 20 fevral 2024-cü il tarixdə gücləndirilmiş elektron imza ilə sistemə daxil edilmişdir. Məhkəmə qeyd edir ki, şirkətin nümayəndəsinin qeyd etdiyi bu hal həmçinin “X11” MMC–nin direktoru Ağayev Bakir tərəfindən “PSG X16 Kredit Təşkilatı” MMC-nin icraçı direktoru Nofəl İsmayılova ünvanlanmış 20 fevral 2024-cü il tarixli məktubu ilə də öz təsdiqini tapmışdır. Belə ki, həmin məktubda qeyd edilmişdir ki, ki, yeni proqram təminatına keçid məqsədi ilə serverin təkmilləşdirilməsi işləri aparıldığından internetdə 20 fevral 2024-cü il tarixə qədər dayanmalar baş vermişdir, 20 fevral 2024-cü il tarixdən isə xidmət bərpa edilmişdir. Göründüyü kimi Şəxs Bank Olmayan Kredit X4 Cəmiyyəti ondan asılı olmayan səbəblərdən, yəni komputer şəbəkəsində olan texniki nasazlıq səbəbindən əmək müqaviləsi bildirişini gücləndirilmiş elektron imza ilə sistemə daxil edə bilməmişdir.. Beləliklə, məhkəmə, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını, onun təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu, inzibati orqanın xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs Bank Olmayan Kredit X4 Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Bank Olmayan Kredit X4 Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar