Məhkəmə qərarları › İş №3(011)-2227/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2227/2020

14.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2227/2020 14.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, Əliyev Şahlar Əliağa oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şirinəli oğlunun iştirakı ilə, xx xxxxxx 1956-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, hal-hazırda heç bir yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Şirinəli oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.2 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Şirinəli oğlu xx xxxxxxxx 2020-ci il tarixində saat 12:28 radələrində idarə etdiyi özünə məxsus olan “Daewoo Nexia minik” markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Xətai rayonu Yusif Səfərov küçəsi ilə Babək prospektinin kəsişməsi ilə hərəkət edərkən taksi tanınma nişanından istifadə etmədiyi üçün Bakı şəhər Baş Polis İdarəsi Dövlət X1 YPXnın baş inspektoru, polis baş leytenantı Süleyman Süleymanov tərəfindən saxlanılmış, yoxlama zamanı Şəxs Şirinəli oğlunun avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olmuşdur. Bu səbəbdən Bakı şəhər Baş Polis İdarəsi Dövlət X1 YPX-nın baş inspektoru, polis baş leytenantı Süleyman Süleymanov tərəfindən Şəxs Şirinəli oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.2 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilmiş və inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şirinəli oğlu özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, 10 sentytabr 2020-ci il tarixində spirtli içki qəbul etməmişdir. Daha sonra, ərazidə xidmət aparan Bakı şəhər Baş Polis İdarəsi Dövlət X1 YPX-nin əməkdaşları taksi tanınma nişanından istifadə etmədiyi üçün onu saxlamışdırlar. Yoxlama zamanı onun avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olmuşdur. O, müayinə nəticəsində DYP əməkdaşlarının onun barəsində qəbul etdiyi ******* saylı protokola məcbur olunaraq spirtli içki qəbul etdiyini bildirmişdir. Sonra o, Azərbaycan Respublikası Narkoloji Mərkəzinə getmiş, sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçmişdir. Həmin sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktını məhkəməyə təqdim etmiş və spirtli içki qəbul etmədiyini bildirmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Şirinəli oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.2 və 333.1-ci maddələri ilə təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli ******* nömrəli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, Şəxs Şirinəli oğlu izahatında müayinə zamanı qanında olan alkoqolun miqdarı 0,418% göstərici ilə tanış olduğunu, bir daha spirtli içki qəbul etməyəcəyini etiraf edərək, tibbi müayinəyə ehtiyacın olmadığını bildirmişdir. İş materiallarında olan “ACE Z-Series” markalı İN 642155 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin göstəricisindən görünür ki, müayinə zamanı Şəxs Şirinəli oğlunun qanında olan alkoqolun miqdarı 0, 418% təşkil etmişdir. Şəxs Şirinəli oğlu tərəfindən məhkəməyə təqdim edilən xx xxxxxxxx 2020-ci il tarixli, 1/2308 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs Şirəli oğlu xx xxxxxxxx 2020-ci il tarixdə saat 14:20-də ayıq vəziyyətində olmuşdur. Göründüyü kimi, iş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli İN:642155 saylı sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən çıxarılmış göstərici və xx xxxxxxxx 2020-ci il tarixli ******* nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolu Şəxs Şirinəli oğlunun barəsində həmin gün 2 saat 02 dəqiqə fərqi ilə tərtib edilmiş və bir-birinə zidd müxtəlif rəylər alınmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs Şirinəli oğlunun nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etməməsi məhkəmə iclasında kifayət qədər sübutlar təqdim olunmadığından sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Şirinəli oğlunun məhkəmə iclasında verdiyi izahatı həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs Şirinəli oğlunun bu izahatı inzibati məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə, barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən Şəxs Şirinəli oğlunun yaşlı olmasını və ailəli olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.2 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, Şəxs Şirinəli oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Şirinəli oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.2 və 333.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar