Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2232/2023 05.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 nümayəndəsi, 18 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, X1 AR Səhiyyə Nazirliyinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında 27 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 AR Səhiyyə Nazirliyinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında 27 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR Səhiyyə Nazirliyinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında 27 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli qərarı ilə AR İXMnin 210.1-ci maddəsi ilə 5000 (beş min) manat cərimələnmişdir. Həmin qərarı vəkili Vəkil sorğusu əsasında 20 may 2023-cü il tarixdə rəsmi olaraq əldə etmişdir. Həmin tarixədək qərar haqqında heç bir məlumatı olmamış və qərar ona təqdim edilməmişdir. Qərarın müəyyən edildi hissəsində göstərilmişdir ki, Bakı şəhəri Xətai rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərarına əsasən X2 tərəfindən Xətai rayonu, “Sultan Byutik” salonunda lisenziya olmadan özəl tibbi (kosmetoloji) fəaliyyətlə məşğul olması faktı aşkar edilmişdir. Lakin səlahiyyətli orqan tərəfindən X2 tərəfindən törədilməsi iddia edilən inzibati xəta ilə bağlı hərtərəfli, tam və obyektiv araşdırma aparılmamışdır. Göstərilənlərə əsasən AR Səhiyyə Nazirliyinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında 27 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi, 18 saylı Vəkil Bürosunun vəkili Vəkil şikayətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, hesab edir AR Səhiyyə Nazirliyinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında 27 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli qərar ləğv olunmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AR Səhiyyə Nazirliyinin inzibati tənbeh vermə haqqında 27 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, Bakı şəhəri Xətai rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərarına əsasən X2 tərəfindən Xətai rayonu, “Sultan Byutik” salonunda lisenziya olmadan özəl tibbi (kosmetoloji) fəaliyyətlə məşğul olması faktı aşkar edilmiş, bu səbəbdən də İXM-nin 210.1ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 5000 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə- fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, AR Səhiyyə Nazirliyinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında 27 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: AR Səhiyyə Nazirliyinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında 27 yanvar 2021ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə X1 şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-2232/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2232/2023
05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver