Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2234/2022 22.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Şəxs MMC-nin rəhbəri X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş 20 iyun 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokolda göstərilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-4534/2021 saylı, 01 noyabr 2021-ci il tarixli və Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-1238/2021 saylı, 06 aprel 2021-ci il tarixli icra sənədlərinə əsasən Şəxs MMC-nin rəhbəri X10 tərəfindən 146019.58 manat məbləğində borc ödənilməlidir. Lakin borclu tərəfindən icra sənədləri üzrə olan borc məbləği ödənilmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bundan sonra, dəfələrlə borclu X5 qətnamənin icrası tələb olunmuşdur. Borclu, X10 Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs X14 İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs MMC-nin rəhbəri X10, tələbkarlar "xxxx" MMC-nin nümayəndəsi və X7 məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə barəsində inzibati iş üzrə icraat aparılan Şəxs MMC-nin rəhbəri X6, tələbkarlar "xxxx" MMC-nin nümayəndəsinin və X3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, tələbkar X7 məhkəməyə əvvəlcədən ərizə təqdim edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Şəxs MMC-yə qarşı şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilmədiyini qeyd etmiş və buna görə barələrində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4534/2021 saylı, 01 noyabr 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxsndən cəmi 38917.20 manat borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 170 manat məbləğində hüquqi xidmət göstərilməsinə görə ödənilmiş vəsaitin alınaraq X4 ödənilməsi qərara alınmışdır; “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4534/2021 saylı, 01 noyabr 2021-ci il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmış, qərar tələbin könüllü icrası barədə bildirişlə Şəxs MMC-yə göndərilmiş və X10 tərəfindən imza edilməklə qəbul edilmişdir; xx.xx.2021-ci il tarixli qərardan görünür ki, borclu Şəxs MMC-dən 2738.20 manat məbləğində icra ödənişinin alınması barədə qərar qəbul edilmişdir; tələbin borclunun manatla və xarici valyuta ilə olan pul vəsaitinə yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, borclu Şəxs MMC-nin banklarda olan və digər kredit təşkilatlarında olan manatla və xarici valyuta ilə pul vəsaitləri və başqa sərvətləri üzərinə 39117.20 manat və həmin məbləğin 7% icra ödənişi olan 2738.20 manat həcmində həbs qoyulmuşdur; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1238/2021 saylı, 06 aprel 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxsndən cəmi 106872.38 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır; “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1238/2021 saylı, 06 aprel 2021-ci il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmış və qərar tələbin könüllü icrası barədə bildirişlə Şəxs MMC-yə göndərilmişdir; xx.xx.2022-ci il tarixli qərardan görünür ki, borclu Şəxs MMC-dən 7483.20 manat məbləğində icra ödənişinin alınması barədə qərar qəbul edilmişdir; tələbin borclunun manatla və xarici valyuta ilə olan pul vəsaitinə yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, borclu Şəxs MMC-nin banklarda olan və digər kredit təşkilatlarında olan manatla və xarici valyuta ilə pul vəsaitləri və başqa sərvətləri üzərinə 106902.38 manat və həmin məbləğin 7% icra ödənişi olan 7483.20 manat həcmində həbs qoyulmuşdur; bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4534/2021 saylı, 01 noyabr 2021-ci il tarixli və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1238/2021 saylı, 06 aprel 2021-ci il tarixli icra sənədləri birləşdirilmişdir; Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X8 tərəfindən tərtib olunmuş 20 iyun 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokolda göstərilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4534/2021 saylı, 01 noyabr 2021-ci il tarixli və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1238/2021 saylı, 06 aprel 2021-ci il tarixli icra sənədlərinə əsasən Şəxs MMC-nin rəhbəri X10 tərəfindən 146019.58 manat məbləğində borc ödənilməmişdir. Həmçinin protokolun qeyd hissəsində X10 qiyabi qətnamənin ləğv edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etdiklərini, digər məhkəmə qərarının isə məhkəmədə mübahisələndiriləcəyini qeyd etsə də, qiyabi qətnamənin ləğvinə dair hər hansı bir sənəd icra məmuruna təqdim olunmamışdır; barəsində inzibati iş üzrə icraat aparılan Şəxs MMC-nin rəhbəri X10 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra Şöbəsində verdiyi izahatında qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4534/2021 saylı, 01 noyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən ondan 39117.2 manat məbləğində vəsaitin tutularaq X3 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmənin icra vərəqəsindən xəbəri olmamışdır. Borcu ödəməkdən imtina etmirlər, lakin bugünki günə kimi borclarını tam ödəyə bilməməklərinin səbəbi pandemiya ilə əlaqədar işsizlik və tikinti şirkətlərində ödənişlərini tam ala bilməməkləri olmuşdur. Buna baxmayaraq qısa müddət ərzində ödənişləri edib çekləri icra şöbəsinə təqdim edəcəklər. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4534/2021 saylı, 01 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs MMC-dən ümumilikdə 39117.20 manat məbləğində borcun alınaraq X4, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1238/2021 saylı, 06 aprel 2021-ci il tarixli icra sənədinə isə əsasən ümumilikdə 106902.38 manat məbləğində borcun alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İcra sənədləri üzrə icraata müvafiq olaraq 07 yanvar 2022-ci il və 04 aprel 2022-ci il tarixli qərarla başlanılmışdır. Borclu təşkilatın rəhbəri tərəfindən isə könüllü icra müddəti ərzində heç bir ödəniş edilməmişdir. Buna görə də icra məmuru tərəfindən məcburi icra tədbirləri həyata keçirilmişdir. Tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq aradan keçən uzun müddət ərzində şirkət tərəfindən heç bir ödəniş edilməmiş, həmçinin protokolun qeyd hissəsində X10 qiyabi qətnamənin ləğv edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etdiklərini, digər məhkəmə qərarının isə məhkəmədə mübahisələndiriləcəyini qeyd etsə də, qiyabi qətnamənin ləğvinə dair hər hansı bir rəsmi sənəd icra məmuruna təqdim olunmamışdır. Ona görə də məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarlarının icraları ilə bağlı borclu Şəxs MMC-nin rəhbəri X6 rəhbərlik etdiyi MMC-nin bu günədək heç bir ödəniş etməməsi, icra sənədinin icra edilməməsinin hər hansı üzrlü səbəblə bağlı olmasını təsdiq edən heç bir sənəd təqdim etməməsi, bütün bunların nəticəsində icra sənədinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, Şəxs MMC-nin direktoru X10 vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs MMC-nin rəhbəri X6 barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXMnin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə icra məmurunun izahatını, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-4534/2021 saylı, 01 noyabr 2021-ci il və Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1238/2021 saylı, 06 aprel 2021-ci il tarixli icra vərəqələrini, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə olunmuş digər sənədləri qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin rəhbəri X6 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin rəhbəri X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2234/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2234/2022
22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver