Məhkəmə qərarları › İş №3(011)-2236/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2236/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2236/2025 17.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi (direktoru) X4 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1ci maddəsi ilə 26 fevral 2025-ci il tarixli, 00200-01531/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, 22 fevral 2025-ci il tarixdə saat 16:20 radələrində Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postundan keçməklə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikasının vətəndaşı X1 (pasport: C********) idarə etdiyi "SCANİA R 420" markalı, 60CC146/60ZB146 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə Tovuz Gömrük İdarəsinin "Skanlaşdırma və X3 Tətbiqi" şöbəsinin inspektoru X2 tərəfindən "HCVG" stasionar tipli rentgen-baxış qurğusunda ətraflı yoxlama keçirilmişdir. Yoxlama zamanı rentgen-baxış qurğusunun monitorunda əks olunan təsvirdə nəqliyyat vasitəsinin yük yerində şübhəli cizgilər görünməsi səbəbindən yük nəqliyyat vasitəsi təkrar yoxlamanın aparılması üçün yoxlama qrupuna təhvil verilmişdir. Yoxlama qrupunun üzvü Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü gömrük postunun inspektoru X7 xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində hal şahidlərinin iştirakı ilə sürücü X1 idarə etdiyi "SCANİA R 420" markalı, 60CC146/60ZB146 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində gömrük yoxlaması aparmışdır. Bu zaman, həmin nəqliyyat vasitəsinin yük yerində mal-müşayiət sənədlərində göstərilməyən, gömrük orqanlarına bəyan edilməyən üzərində "X8 4050-14 Litr" 2 ədəd, "Vernart Macitler 16 kq" 2 ədəd, "Vernart Macitler 7 kq 2 ədəd, "X15 Boya 12 Kq" 4 ədəd, "Sirca Mat 25 Litr" 3 ədəd, "X14 12 Litr" 2 ədəd, "X10 Extra 12 Kq" 8 ədəd, "Sirca 2.5 Litr 4 Ədəd, X12" 3 ədəd, ağ rəngli işçi konbinizonu 3 ədəd, cilalama süngəri 420 ədəd, linoksin kaplama və tahta macunu 25 ml 2 ədəd, "Abrasoft" cilalama süngəri hər biri 25 metr 3 ədəd, GES platinium "Lackerpistole" kraska vuran aparat 1 ədəd, işlənmiş "Rupes" cilalama aparatı 1 ədəd, "Pivcert" qapı zamoku 35 ədəd, "AGB" qapı petləsi 132 ədəd, "Ozone for a safer world" qapı plisosu 12 ədəd, "Door Handle" qapı dəstəyi 35 ədəd predmetlər tərəfimizdən aşkar edilmiş və götürülmüşdür. İş üzrə xx.xx.2025-cı il tarixdə əmtəəşünaslıq ekspertizası təyin olunmuş və yuxarıda qeyd olunan malların orta bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2025-cü il tarixli, 3-33-2000/2-000749/2025 saylı məktubla Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının "Azərekspertiza" Birliyinə müraciət olunmuşdur. Tovuz Gömrük İdarəsinə xx.xx.2025-ci il tarixində daxil olmuş Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının "Azərekspertiza" Birliyinin xx.xx.2025-ci il tarixli 02-T saylı ekspert rəyinə əsasən tədqiqata təqdim olunan tikinti materiallarının ümumi dəyərinin 7343 (yeddi min üç yüz qırx üç) manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında izahat verən hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi (direktoru) X5 inzibati xəta törətdiklərini etiraf edərək yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində əvvəlcədən məlumat verilməsinə baxmayaraq Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:20 radələrində Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postundan keçməklə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikasının vətəndaşı X1 (pasport: C********) idarə etdiyi "SCANİA R 420" markalı, 60CC146/60ZB146 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə Tovuz Gömrük İdarəsinin "Skanlaşdırma və X3 Tətbiqi" şöbəsinin inspektoru X2 tərəfindən "HCVG" stasionar tipli rentgen-baxış qurğusunda ətraflı yoxlama keçirilmişdir. Yoxlama zamanı rentgen- baxış qurğusunun monitorunda əks olunan təsvirdə nəqliyyat vasitəsinin yük yerində şübhəli cizgilər görünməsi səbəbindən yük nəqliyyat vasitəsi təkrar yoxlamanın aparılması üçün yoxlama qrupuna təhvil verilmişdir. Yoxlama qrupunun üzvü Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunun inspektoru X7 xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində hal şahidlərinin iştirakı ilə sürücü X1 idarə etdiyi "SCANİA R 420" markalı, 60CC146/60ZB146 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində gömrük yoxlaması aparmışdır. Bu zaman, həmin nəqliyyat vasitəsinin yük yerində malmüşayiət sənədlərində göstərilməyən, gömrük orqanlarına bəyan edilməyən üzərində X8 4050-14 litr 2 ədəd, VERNART MACİTLER 16 kq 2 ədəd, VERNART MACİTLER 7 kq 2 ədəd, X15 BOYA 12 kq 4 ədəd, SİRCA MAT 25 litr 3 ədəd, X14 12 litr 2 ədəd, X10 EXTRA 12 kq 8 ədəd, SİRCA 2.5 litr 4 ədəd, X12 3 ədəd, ağ rəngli işçi kombinezonu 3 ədəd, cilalama süngəri 420 ədəd, linoksin kaplama və tahta macunu 25 ml 2 ədəd, ABRASOFT cilalama süngəri hər biri 25 metr 3 ədəd, GES platinium LACKERPİSTOLE kraska vuran aparat 1 ədəd, işlənmiş RUPES cilalama aparatı 1 ədəd, PİVCERT qapı zamoku 35 ədəd, AGB qapı petləsi 132 ədəd, OZONE for a safer world qapı plisosu 12 ədəd, DOOR HANDLE qapı dəstəyi 35 ədəd yazısı olan predmetlər tərəfimizdən aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının "Azərekspertiza" Birliyinin xx.xx.2025-ci il tarixli 02-T saylı ekspert rəyinə əsasən tədqiqata təqdim olunan "X8 4050-14 Litr" 2 ədəd, "Vernart Macitler 16 kq" 2 ədəd, "Vernart Macitler 7 kq 2 ədəd, "X15 Boya 12 Kq" 4 ədəd, "Sirca Mat 25 Litr" 3 ədəd, "X14 12 Litr" 2 ədəd, "X10 Extra 12 Kq" 8 ədəd, "Sirca 2.5 Litr 4 Ədəd, X12" 3 ədəd, ağ rəngli işçi konbinizonu 3 ədəd, cilalama süngəri 420 ədəd, linoksin kaplama və tahta macunu 25 ml 2 ədəd, "Abrasoft" cilalama süngəri hər biri 25 metr 3 ədəd, GES platinium "Lackerpistole" kraska vuran aparat 1 ədəd, işlənmiş "Rupes" cilalama aparatı 1 ədəd, "Pivcert" qapı zamoku 35 ədəd, "AGB" qapı petləsi 132 ədəd, "Ozone for a safer world" qapı plisosu 12 ədəd, "Door Handle" qapı dəstəyi 35 ədəd tikinti materiallarının orta bazar qiyməti 7343 (yeddi min üç yüz qırx üç) manat müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkibi vardır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.12-ci maddəsinə əsasən həmin Məcəllənin 231.1, 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. Məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddələri ilə inzibati xəta törətməsi ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin məcəllənin 479-cu maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 479- 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs MMC-nin törətdiyi əməli etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal olaraq qiymət verir. Hüquqi şəxs Şəxs MMC-nin ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, hüquqi şəxs Şəxs MMC-nin barəsində, törətdiyi inzibati xətanın obyekti olmuş 7.343 manat məbləğinin qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən faizi miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində törətdiyi inzibati xətanın obyekti olmuş 7.343 manat məbləğinin qırx faizi miqdarında, yəni 2.937,20 (iki min doqquz yüz otuz yeddi manat iyirmi qəpik) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar