Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2244/2023 03.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsi tərəfindən hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 30 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixində saat 11:30-da “Çamlıca” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi göstərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxs "xxxx" MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, hüquqi şəxs tərəfindən məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan məlum olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2022-ci il tarixində dövlət qeydiyyatına alınmışdır, VÖEN-i **********, hüquqi ünvanı AZ 1025, ünvan 2blikasının Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsi tərəfindən tərtib edilmiş 30 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixində saat 11:30-da “Çamlıca” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmiş, bu səbəbdən "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında müvafiq protokol tərtib edilmişdir; Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsinin 31 may 2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə tərtib olunmuş 30 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol "xxxx" MMC-nin ünvanına göndərilmişdir; xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli M**********0001 nömrəli açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinə əlavədən görünür ki, "xxxx" MMC tərəfindən reklam yerləşdirilməsi üçün 12 ay müddət üzrə ödəniləcək məbləğ 1220.31 manat, ƏDV 219.66 manat, ümumilikdə 1439.97 manat və dövlət rüsumu 193.70 manat kimi müəyyən edilmişdir; açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair 04 aprel 2023-cü il tarixli aktdan görünür ki, hüquqi şəxs "xxxx" MMC Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən “Çamlıca” adlı obyektin üzərində xx.xx.2023-cü il tarixində saat 15:42-də müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir; “Müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan xx.xx.2023-cü il tarixli göstərişdən görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsi tərəfindən hüquqi şəxs "xxxx" MMC-dən ünvan 1 ünvanında yerləşən “Çamlıca” adlı obyektin üzərində "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edildiyinə və bu barədə xx.xx.2023-cü il tarixdə akt tərtib olunduğuna istinad olunaraq həmin aktda qeyd olunan qanun pozuntularının 5 (beş) gün ərzində aradan qaldırılması, eləcə də icrası məcburi olan göstərişi aldıqları vaxtdan 5 gün ərzində açıq məkanda yerləşən reklamın yerləşdirilməsinə icazə alınması üçün Bakı şəhər Reklam idarəsinə müraciət etməkləri və ya icazəsiz reklam yayımını dayandırmaqları tələb olunmuş, əks təqdirdə barələrində İXM-nin 428.7.1-ci maddəsinə əsasən protokol tərtib olunacağı bildirilmişdir; inzibati xəta haqqında işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, açıq məkanda "xxxx" MMC tərəfindən açıq məkanda ona məxsus obyektin üzərində müxtəlif məzmunlu reklam yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni, müvafiq icazə olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixində saat 11:30da “Çamlıca” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 5000 (beş min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2244/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2244/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver