Məhkəmə qərarları › İş №3(011)-2247/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2247/2023

03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2247/2023 03.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs iştirakları ilə, Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 31 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2247/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1518/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, vəzifəli şəxs Şəxs apellyasiya şikayəti təmin edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2247/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi vəzifəli şəxs Şəxs tərəfindən ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixdə saat 11:00-da “Xəzər Hamam” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı göstərilmişdir. Məhkəmə iclasında vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 izahatında bildirmişdir ki, vəzifəli şəxs X3 tərəfindən müvafiq icazə olmadan ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixdə saat 11:00-da “Xəzər Hamam” adlı obyektin üzərində reklam yerləşdirildiyindən və yayım haqqları vaxtında ödənilmədiyindən barəsində 31 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Bundan əlavə o bildirmişdir ki, Şəxs illik ödənişləri etdiyini bildirsə də, onun ptotokol tərtib edilən dövr üçün reklam yerləşdirməyə icazəsi olmamışdır, hal-hazırda da yoxdur. Odur ki o, göstərilənləri nəzərə alaraq vəzifəli şəxsin barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin müfəttişi X4 izahatında bildirmişdir ki, vəzifəli şəxs Şəxs tərəfindən ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixdə saat 11:00-da “Xəzər Hamam” adlı obyektin üzərində reklam yerləşdirildiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin obyektin üzərinə böyük ölçüdə vinil vurulmuş, lakin protokol məhz obyektin üzərindəki “Xəzər Hamam” yazısı nəzərə alınmaqla tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin böyük müfəttişi X2 tərəfindən tərtib edilmiş 31 may 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vəzifəli şəxs Şəxs tərəfindən ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixdə saat 11:00-da “Xəzər Hamam” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmiş, bu səbəbdən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati xəta haqqında işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, açıq məkanda obyektin üzərində reklam yerləşdirilmişdir; xx.xx.2022-ci il tarixli, M**********0001 nömrəli açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinə əlavədən görünür ki, Şəxs tərəfindən reklam yerləşdirilməsi üçün xx.xx.2022-xx.xx.2022-ci il tarixədək ödəniləcək məbləğ 395.01 manat, ƏDV 71.10 manat, ümumilikdə 466.11 manat təşkil etmişdir; açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair 20 fevral 2023-cü il tarixli aktdan görünür ki, vəzifəli şəxs Şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən “Xəzər Hamam” adlı obyektin üzərində saat 11:10-da xx.xx.2023-cü il tarixində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir; “Müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan xx.xx.2023-cü il tarixli göstərişdən görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsi tərəfindən vəzifəli şəxs Şəxs ünvan 1 ünvanında yerləşən “Xəzər Hamam” adlı obyektin üzərində "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edildiyinə və bu barədə xx.xx.2023-cü il tarixdə akt tərtib olunduğuna istinad olunaraq həmin aktda qeyd olunan qanun pozuntularının 5 (beş) gün ərzində aradan qaldırılması, eləcə də icrası məcburi olan göstərişi aldıqları vaxtdan 5 gün ərzində açıq məkanda yerləşən reklamın yerləşdirilməsinə icazə alınması üçün Bakı şəhər Reklam idarəsinə müraciət etməsi və ya icazəsiz reklam yayımını dayandırmas tələb olunmuş, əks təqdirdə barəsində İXM-nin 428.7.1-ci maddəsinə əsasən protokol tərtib olunacağı bildirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2247/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1518/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, vəzifəli şəxs Şəxs apellyasiya şikayəti təmin edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2247/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə Şəxs tərəfindən ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixdə saat 11:00-da “Xəzər Hamam” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edildiyindən səlahiyyətli orqan tərəfindən müvafiq akt tərtib edilmişdir. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1518/2023 saylı 04 avqust 2023-cü il tarixli qərarında qeyd edilmiş hallarıın yoxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair 20 fevral 2023-cü il tarixli aktı tərtib etmiş müfəttiş X4 şahid qismində məhkəmə iclasına dəvət edilmiş, izahatı məhkəmə iclasında alınmış və o izahatında qeyd etmişdir ki, həmin obyektin üzərinə böyük ölçüdə vinil vurulmuş, lakin protokol məhz obyektin üzərindəki “Xəzər Hamam” yazısı nəzərə alınmaqla tərtib edilmişdir. Onun müvafiq reklamı yerləşdirmək üçün icazəsi olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmçinin hazırkı İXM-nin 428.7.1-ci maddəsindəki inzibati xəta İXM-nin 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilən inzibati xətalardan deyil; 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1 və 26.2-ci maddələrinə əsasən, açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. Beləliklə, vəzifəli şəxs Şəxs 31 may 2023-cü il tarixdə ünvan 1 ünvanında “Xəzər Hamam” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməsi faktının müəyyən edildiyini və göstərilən vaxtdan inzibati məsuliyyətə cəlb edilmə üçün nəzərdə tutulmuş 04 aylıq müddətin 31 sentyabr 2023-cü il tarixdə keçdiyini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar