Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2247/2025 03.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, Şikayətçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə X6 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin 06 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X1 şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyət cəlb edilməyi və cərimə edilməyi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X10 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, fərdi sahibkar oalraq barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, fərdi sahibkar X10, X5 ilə aralarında xx.xx.2024-cü il tarixdən bağlanmış 4 nömrəli xidməti müqaviləsi əsasında AR Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinin tələbləri pozularaq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirməsinə cəlb edilərkən əmək qanunvericiliyinin tələbləri pozmuşdur. X12 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Vəzifəli şəxs X7 protokolun müzakirəsində iştirak etmək üçün məktub göndərilsə də iştirak edilməmişdir. Daha sonra isə həmin protokol əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. Qərarda şikayətçinin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi və 3000 manat inzibati cərimə edilməyi qeyd edilmişdir. Qərarda bir daha göstərilmişdir ki, fərdi sahibkar X10, X5 ilə aralarında xx.xx.2024-cü il tarixdən bağlanmış 4 nömrəli xidməti müqaviləsi bağlanmış, AR Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinin tələbləri gözlənilmədən həmin Məcəllədə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirməsinə cəlb edilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. X2 tərəfindən AR İXM-nin 192.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X5 ilə aralarında xx.xx.2024-cü il tarixli 4 saylı xidmət müqaviləsi bağlanmışdır. Xidmət müqaviləsində müqavilənin predmetini, öhdəlikləri, müqavilənin müddətini, tərəflərin hüquq və vəzifələrini, xidmətin dəyərini və ödənişini, tərəflərin məsuliyyətini, hüquqi müdafiə üsullarını əks etdirən şərtlər, öhdəlikləri pozulması halında məsuliyyət və kompensasiya verilməsi şərtləri, fors major hallar, mübahisələrin həlli, müqaviləyə xitam verilməsi qaydaları, məxfilik, əqli mülkiyyət, digər məsəllər barəsində tərəflər arasında olan mülki hüquq münasibətlərini tənzimləyən müddəalar razılaşdırılmış və təsbit edilmişdir. Xidmət müqaviləsinin: 1.1- ci bəndinə əsasən İcraçı Sifarişçinin tapşırıqlarına müvafiq olaraq Azərbaycan Respublikasında qüvvədə olan qanunverici iyə uyğun şəkildə bu müqavilənin əlavələrində göstərilən (bundan sonra “Xidmətlər") göstərməyi öz öhdəsinə götürür. 1.3-cü bəndinə əsasən İcraçı Sifarişçiyə paketçi xidməti göstərəcəkdir. 3.1.2-ci bəndinə icraçının bu müqavilə üzrə göstərilən xidmətlər müqabilində müəyyən edilmiş xidmət haqqı almaq hüququ var. 3.4.1ci bəndinə görə bu müqavilədə nəzərdə tutlmuş miqdarda və qaydada xidmət haqqını ödəmək sifarişçinin vəzifəsidir. 5.1-ci bəndinə görə ödənişlər bank köçürməsi yolu ilə İcraçının bank hesabına növbəti ayın il 10 (on) iş günündən gec olmayaraq ödəniləcəkdir. Şikayətçi fərdi sahibkar (yəni hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) olaraq xx.xx.2017-ci il tarixdən vergi orqanında qeydiyyat alınmış, ona ********** saylı VÖEN verilmiş, onun əsas fəaliyyəti “əmək ehtiyatlarının təqdim edilməsi üzrə fəaliyyət”dir (********) və hüquqi ünvanı ünvan 1ışlar şikayətə əlavə edilmişdir). Şikayətə əlavə edilmiş digər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsindən çıxarışdan görünür ki, X5 fərdi sahibkar (yəni hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) olaraq xx.xx.2013-cü il tarixdən vergi orqanında qeydiyyat alınmış, ona ********** saylı VÖEN verilmişdir. Şikayətə əlavə edilmiş elektron qaimə-fakturalardan görünür ki, xidmət müqaviləsinə əsasən fərdi sahibkar X5 göstərdiyi xidmətlərə görə mənə xx.xx.2024-cü il tarixli EBDY seriyalı 104291 saylı, xx.xx.2024-cü il tarixli EBDZ seriyalı 687548 saylı, xx.xx.2024-cü il tarixli MT2403 seriyalı 00576385 saylı, xx.xx.2024-cü il tarixli MT2404 seriyalı 00863298 saylı, xx.xx.2024-cü il tarixli MT2406 seriyalı 10042420 saylı, xx.xx.2024-cü il tarixli MT2406 seriyalı 11573407 saylı elektron qaimə-fakturalar göndərmişdir. Şikayətə əlavə edilmiş ödəniş tapşırıqlarından (ödəniş qəbzlərindən) görünür ki, şikayətçi köçürmə üsulu ilə X3 fərdi sahibkar bank hesabına xx.xx.2024-cü il tarixli 4 saylı xidmət müqaviləsi və yuxarıda qeyd edilmiş elektron qaimələr əsasında xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə xidmət hacqı köçürmüşdür (ödəmişdir). X5 ilə aralarında xx.xx.2024-cü il tarixli xitam sazişi imzalanmışdır. Sazişə şörə tərəflər arasında başlanmış xx.xx.2024-cü il tarixli 4 saylı xidmət müqaviləsinə xx.xx.2024-cü il tarixdən etibarən xitam verilmişdir. Sadalanan normalardan göründüyü kimi, müqavilə azadlığı prinsipindən irəli gələn imkan və səlahiyyətlər xidmət müqavilələr üçün də keçərli olmaqla, qanunvericiliklə tərəflərə müqavilənin məzmununun, o cümlədən haqqın ödənilməsi şərtlərinin və məbləğinin müəyyənləşdirilməsində sərbəstlik verilmişdir. Əmək müqavilələrində işçi əmək funksiyasını şəxsən icra etməli və işəgötürəndən əmək funksiyası ilə bağlı daxil olan tapşırıqları yerinə yetirməli olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçı müqavilədə müəyyən olunan formada nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirməlidir. Mülki-hüquqi müqavilələr müddətli və ya nəzərdə tutulan işin və xidmətin nəticəsi gözlənilən tarixədək bağlandığı halda, əmək müqavilələri müddətsiz və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda müddətli bağlanır. Əmək müqavilələrində işçi müəssisədaxili intizam qaydalarına və iş vaxtı rejiminə mütləq tabe olduğu və onları pozduqda intizam tənbehinə məruz qaldığı halda, mülki-hüquqi müqavilələr üçün bu cür tənbehlər xas deyil. İşçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun, sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti göstərməklə, müqavilənin daha zəif və asılı tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alındığı halda, mülki hüquq normaları, əsasən tərəflərin bərabərliyinə, mənafelərinin qarşılıqlı təmin olunmasına əsaslanır. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Yuxarıda qeyd edilənlərdən aydın olduğu kimi iki sahibkarlıq subyektinin arasında xidmət müqaviləsi bağlanmış, həmin müqavilə əsasında bir tərəf digər tərəfə göstərdiyi konkret xidmətlərə görə elektron qaimə-fakturalar göndərmiş, fərdi sahibkarın bank hesabına həmin müqavilə və elektron qaimələr əsasında müxtəlif tarixlərdə köçürmə üsulu ilə ödənişlər həyata keçirilmişdir. Sözügedən xidmət müqaviləsi üzrə müqavilə şərtləri ilə əlaqədar, qeyd edilməlidir ki, Mülki Məcəllənin mülki dövriyyənin azadlığının təmin edilməsi məqsədinə xidmət edən prinsiplərindən olan müqavilə azadlığı prinsipi Məcəllənin 6-cı maddəsində öz əksini tapmaqla, mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan, öz mülahizə və istəklərinə görə, mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. X5 fərdi sahibkar olaraq hətta şikayətçidən uzun illər əvvəl xx.xx.2013-cü il tarixdən vergi orqanında qeydiyyat alınmış və təxminən 12 ilə yaxındır sahibkarlıq fəaliyyəti ilə məşğuldur. X3 şikayətçidən tabeçiliyi, asıllığı olmamışdır. Ona xidmət müqaviləsinə əsasən konkret xidmətlərə görə müxtəlif tarixlərdə xidmət haqqı köçürmüşdür. X5 ilə aralarında olan münasibətlər əmək münasibətlərinə, o cümlədən işəgötürən işçi münasibətlərinə aid olmamışdır. Aralarındakı münasibətlər əmək qanunvericiliyinə yox, mülki hüquq münasibətlərinə aid olmuşdur. Həmd də iki fərdi sahibkar arasında xidmət müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmış və həmin xidmət müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İnzibati xəta haqqında protokol isə xx.xx.2025-ci il tarixdə tərtib edilmiş, inzibati xəta haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Bir anlıq inzibati xatanın olduğunu qəbul etsək belə, inzibati xətanın xx.xx.2024-cü il tarixdən sonra davam etmədiyini və bitdiyini nəzərə aldıqda müəyyən edilir ki, səlahiyyəti orqan inzibati tənbeh vermə haqqında qərarı inzibati məsuliyyət cəlb etmə müddətini ötürdükdən sonra xx.xx.2025-ci il tarixdə qəbul etmişdir. Bu isə inzibati xəta haqqında iş üzrə icraata xitam verimə əsaslarından biridir. Beləliklə, şərh olunanlara əsasən hesab edir ki, inzibati xəta haqqında qərar inzibati xətanın törədildiyi gündən 4 aydan çox müddət keçdikdən sonra qəbul edildiyindən, həmçinin əməlində İXM-nin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta tərkibi olmadığından, habelə belə bir inzibati xəta hadisəsi olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında X6 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək X6 hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin MN ******* nömrəli 06 fevral 2025-ci il tarixdə qəbul etdiyi qərarını ləğv edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, şikayət ərizəsini nəzərdən keçirərək, şikayətçinin nümayəndəsinin izahatını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X8 Xidməti Bakı şəhər idarəsinin 06 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın əslindən görünür ki, “fərdi sahibkar X10, X5 ilə aralarında xx.xx.2024-cü il tarixdən bağlanmış 4 nömrəli xidməti müqaviləsi əsasında AR Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinin tələbləri pozularaq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirməsinə cəlb edilərkən əmək qanunvericiliyinin tələblərini pozması müəyyən edilmiş, bu səbəbdən X7 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə təyin edilmişdir. Vergilər Nazirliyi tərəfindən verilmiş fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, X10 fərdi sahibkar olaraq xx.xx.2017-ci il tarixdən vergi orqanında qeydiyyata alınmış, ona ********** saylı VÖEN verilmişdir. Vergilər Nazirliyi tərəfindən verilmiş fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, X5 fərdi sahibkar olaraq xx.xx.2013-cü il tarixdən vergi orqanında qeydiyyata alınmış, ona ********** saylı VÖEN verilmişdir. X10 ilə X5 arasında xx.xx.2024-cü il tarixdə xidmət müqaviləsi bağlanmış, müqavilə şərtlərinə əsasən icraçı (X5) sifarişçiyə (X10) paketçi xidmətini göstərməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli xitam sazişinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2025ci il tarixli xidmət müqaviləsinə həmin tarixdə xitam verilmişdir. Təqdim edilmiş ödəniş tapşırıqlarından və faktura qaimələrdən görünür ki, X10 tərəfindən X4 göstərilən xidmətlərin əvəzi olaraq ödənişlər edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X10 ilə X5 arasında xidmət müqaviləsi bağlanmış, müqavilə əsasında sonuncu, paketçi olaraq xidmətlərin görülməsinə cəlb edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər arasında əmək müqaviləsi bağlanmamış, bu səbəbdən X10 barəsində protokol tərtib edilmişdir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarında qeyd edilir ki, “Vurğulanmalıdır ki, əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri isə əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir. Mülki müqavilə tərəfləri qismində istər fiziki, istərsə də hüquqi şəxslər çıxış edə bildiyi halda, əmək müqaviləsində bir tərəf (işçi) yalnız fiziki şəxs olur və bu münasibətlərin əsasında müstəsna olaraq fiziki şəxsin əməyi durur. Mülki-hüquqi müqavilələrin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Əmək münasibətlərinin predmetini isə işçinin əmək fəaliyyəti təşkil edir. İşçinin əmək fəaliyyəti müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının fəaliyyəti, adətən müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmadan, birdəfəlik və ya dövrü xarakter daşıyır. Əmək müqavilələrində işçi əmək funksiyasını şəxsən icra etməli və işəgötürəndən əmək funksiyası ilə bağlı daxil olan tapşırıqları yerinə yetirməli olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçı müqavilədə müəyyən olunan formada nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirməlidir. Mülki-hüquqi müqavilələr müddətli və ya nəzərdə tutulan işin və xidmətin nəticəsi gözlənilən tarixədək bağlandığı halda, əmək müqavilələri müddətsiz və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda müddətli bağlanır.” Məhkəmə iclasında şikayət verən şəxsin vəkili hər iki tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını, aralarında bağlanmış müqavilənin xidmət müqaviləsi olduğunu, hər hansı əmək münasibətlərində olmadıqlarını və müqaviləyə xx.xx.2024-cü il tarixli sazişlə xitam verildiyini göstərərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İstinad olunan hala münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə xidmət müqaviləsi olaraq göstərilsə də müqavilə üzrə həyata keçirilməli olan xidmət (paketçi) yuxarıda istinad olunan əsaslara görə əmək müqaviləsi ilə rəsmiləşdirilməli olan işlərin dairəsinə aiddir. Belə ki, xidmət müqaviləsində icraçının müəyyən olunan formada nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirməsi və bununla bağlı müddətlər qeyd edilməlidir. Halbuki tərəflər arasında bağlanmış müqavilədə belə hala rast gəlmək mümkün olmamış, əksinə işçinin əmək funksiyası müəyyən edilmiş, yerinə yetirməli olduğu fəaliyyət qeyd edilmişdir. Beləliklə, istinad olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən X5 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən qanunamüvafiq qaydada araşdırma aparılmış və qanuni və əsaslı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə X6 şikayətində qeyd etdiyi inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi dəlili ilə bağlı qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat qanunla müəyyənləşdirilmiş müddətdə aparılmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi, xətanın baş verdiyi tarix olaraq tərəflər arasında bağlanmış xidmət müqaviləsinə xitam verilməsi barədə 16 iyun 2024-cü il tarixli saziş əsas götürülməli və müddət axımı həmin tarixdən hesablanmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən müddət ötürülməməklə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X8 Xidməti Bakı şəhər idarəsinin 06 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1nun şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİ: X6 şikayəti təmin edilməsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin 06 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-2247/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2247/2025
03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver