Məhkəmə qərarları › İş №3(011)-2251/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2251/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2251/2025 18.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, X1 Bakı Şəhər BPİ-nin X6 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Bakı Şəhər BPİ-nin X6 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərarına əsasən inən əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1 və 327.7-ci maddələri ilə cərimə edilmişdir. Belə ki, həmin qərarda göstərilir ki, guya o, xx.xx.2025-ci il, saat 17:28-də Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində “CHEVROLET CRUZE MİNİK” markalı, 99UY279 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 327.1-1, 5.9, 5.10.1- 5.10.3 nişanları ilə işarələnmiş ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə inzibati xətalar məcəlləsinin 327.1-1 və 327.7-ci maddələri ilə cərimə edilmişdir. Qərarda göstərilən tarixdə və saatda CHEVROLET CRUZE MİNİK” markalı, 99UY279 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ümumiyyətlə onun istifadəsində olmamışdır. Belə ki, avtomobilin mülkiyyətçisi X2 qeyd olunan avtomobili idarə etməsi üçün adına notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli etibarnamə versə də, lakin yenə də avtomobil onun istifadəsində olmuşdur. Həmin şəxs özü də bu faktı məhkəmədə təsdiq edə bilər. Qərarda göstərilmiş hadisə, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edi diyindən, avtomobilin konkret olaraq kimin tərəfindən idarə edildiyi müəyyən edilməmişdir. Sadəcə avtomobilin nömrəsi və markasına istinadən elektron sistemdə onun etibarnamə əsasında ona verildiyi müəyyən edilərək hadisə vaxtı həmin avtomobili onun idarə etməsi ehtimal olunmuşdur. Hesab edir ki, Bakı Şəhər BPİ-nin X6 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli nömrəli qərar ləğv olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətçi şəxs və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər BPİ-nin X6 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 17:28 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ünvanında “Chevrolet Cruze” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi nəticəsində nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 38.6-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir 327.1-1-ci maddəsinə əsasən Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Bakı Şəhər BPİ-nin X6 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini barədə X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə X1 şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar