Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2252/2021 18.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən X4, Bakı şəhər BPİ-nin X14 İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsindən daxil olmuş 19 may 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs həmin tarixdə saat 07:16 radələrində «Toyota RAV-4 minik» markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi istiqaməti ilə hərəkətdə olan zaman manevr etmə qaydalarını pozduğu üçün Bakı şəhər DYPİ-nin İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı Şəxs alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 329.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 19.05.2021-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilmiş və inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, 19 may 2021-ci il tarixdə saat 07:16 radələrində «Toyota RAV-4 minik» markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sərxoş olmamışdır. Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi istiqaməti ilə hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq alkotester vasitəsilə sərxoşluq vəziyyəti yoxlanılmış və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin həmin protokolun qeyd hissəsində də protokolu polis əməkdaşlarının təkidi ilə imzaladığını qeyd etmişdir. Odur ki o, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokotu tərtib edən orqanın nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, alkotester aparatından istifadə edərək Şəxs 19 may 2021-ci il tarixdə saat 07:16 radələrində «Toyota RAV-4 minik» markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur. Alkotester ilə yoxlanılarkən onun içkili olduöu müəyyənləşdirilmişdir, Şəxs həkim müayinəsinə getməkdən imtina etmiş və içkili olması barədə protokola qeyd yazaraq imzalamışdır . Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin X14 İdarəsinin nümayəndəsi X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirlərinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, sürücü Şəxs sərxoşluq vəziyyəti alkotester vasitəsilə müəyyən edilmiş və o, pivə içdiyini etiraf etmişdir. Ailəsində problem olacağı üçün yoldaşına yığmaq istəməmişdir, lakin rəfiqəsini hadisə yerinə çağırmışdır. Həmçinin alkotesterdən əldə olunmuş protokollaşdırma qəbzi ilə tanış olmuş və ona imza atmışdır. Həkim müayinəsindən imtina edərək öz imzası ilə bunu təsdiqləmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 329.1-ci maddələri ilə təqsirli olması tam sübuta yetirilir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 may 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs həmin tarixdə saat 07:16 radələrində «Toyota RAV-4 minik» markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi istiqaməti ilə hərəkətdə olan zaman sərxoş halda idarə etdiyindən və təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyindən barəsində müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; 19 may 2021-ci il tarixli ******* saylı sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, 19.05.2021-ci il tarixdə Şəxs spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı İN-642583 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur; alkotesterin 00746 saylı protokollaşdırma qəbzindən görünür ki, müayinə nəticəsində alkoqolun miqdarı 0,418 promilli müəyyən olunmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən bu Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta rayon (şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xəta haqqında işlərə aid deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir, himayəsində 26.02.2008-ci il təvəllüdlü X3 və 12.10.2012-ci il təvəllüdlü X1 olması isə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri – cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aid edilmədiyindən həmin hissədə inzibati xəta haqqında protokol baxılması üçün protokolu tərtib etmiş inzibati orqana göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48,114,115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi hissəsində inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinə göndərilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2252/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2252/2021
18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver