Məhkəmə qərarları › İş №3(011)-2252/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2252/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2252/2025 15.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhəri idarəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarından X3 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİM: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən 1700 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə tərəfindən 1700 manat cərimənin ödənilməsinin 6 ay müddətə uzadılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə ərizəni araşdırıb, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birgə ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 142.3-cü maddəsinə görə qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması barədə qərardad qəbul edilir. Qərardadın surəti, barəsində bu qərardad qəbul edilmiş fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsinə, habelə zərər çəkmiş şəxsə bu barədə müvafiq qeyd aparılmaqla verilir. Məhkəmə hazırkı iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati orqanın cərimə cəzasının tətbiq edilməsi ilə bağlı qərarının icrasının 6 ayadək müddətə uzadılmasına inzibati icraat qaydasında baxılması mümkün deyildir. Məhkəmə hesab edir ki, hazırkı ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmalı və ərizəçiyə qərarı qəbul etmiş inzibati orqana müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhəri idarəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarından verdiyi ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. X2 inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı qəbul etmiş inzibati orqana müraciət etmək hüququ izah edilsin. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar