Məhkəmə qərarları › İş №3(011)-2253/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2253/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2253/2025 18.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, X1 nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 nümayəndəsi və vəkili Nümayəndə şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə düzgün verilməmişdir. Ona görə də toplanmış material baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Baş İstintaq və Təhqiqat İdarəsinin Yolnəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi, polis mayoru X6 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, 30 avqust 2024-cü il tarixdə, saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun 20-ci kilometrliyində Şəki rayonu, Sarıcalı kəndi ərazisindən keçən hissəsində Mingəçevir şəhər sakini X2 idarə etdiyi “Kia Optima minik” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki rayonundan Qax rayonu istiqamətində hərəkətdə olarkən avtomobilin idarəetməni itirərək avtomobili yolun kənarında olan çuxura salmış nəticədə Gülnarə Məmmədova müxtəlif bədən xəsarətləri alaraq Şəki RMX-na müraciət etmişdir. Daha sonra X1 əməlində CM-nin 263.1-1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə onun barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyətə cəlb edilməsi məqsədilə aidiyyəti üzrə BDYPİ-nə göndərilmişdir. Həmçinin, “Asan ödəniş” elektron portalından əldə olunmuş çıxarışdan görünür ki, X1 xx.xx.2024-cü il tarixdə əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayətçi X3 şikayət ərizəsinə Azərbaycan Respublikası DİN-dən əldə etdiyi və onun ünvan 1 ünvanında qeydiyyatda olmasını göstərən xx.xx.2024-cü il tarixli arayışı və şikayət ərizəsinə onun yaşadığı yer üzrə yerləşən məhkəmədə baxılmasına dair vəsatəti əlavə etsə də, vəsatət şikayətçi və ya onun nümayəndəsi tərəfindən imzalanmamışdır. Bu səbəbdən iş materiallarına əlavə edilmiş vəsatətin şikayətçinin öz sərbəst iradəsini ifadə edərək ərizəyə onun yaşadığı yer üzrə yerləşən məhkəmə tərəfindən baxılmasının xahiş etməsi kimi qiymətləndirilməsi mümkün deyil. Beləliklə, məhkəmə, səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayətin inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verilməli olduğunu və ehtimal olunan inzibati xətanın Şəki rayonu ərazisində baş verdiyini nəzərə alaraq hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 109 və 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar