Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2255/2025 15.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, X1, Bakı şəhəri X2 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Akhundov Roiya şikayətlə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Akhundov Roiya şikayəti onunla əsaslandırmışdır ki, şikayətçi DYP-nə şikayət yazaraq məhkəmə iclasında qərara yenidən baxılması ilə bağlı qərar almışdır. Amma DYP cəriməni bərpa etmişdir. Ona xəbərdarlıq etmədən cərimə yazılmışdır. Cərimə haqqında qərarı xx.xx.2025-ci il tarixdə DYP-dən götürmüşdür. Məhkəmə iclasında izahat verən şikayətçi şikayəti müdafiə edərək qərarın ləğv edilməsini xahiş etmişdir. O, izahatında bildirmişdir ki, hərəkətdə olduğu zaman yol bağlı olduğundan polis əməkdaşı jestlərlə onu başqa yola yönləndirmişdir. Məhkəmə iclasında izahat verən Bakı şəhəri X2 İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin əsassız olduğunu, şikayətçi tərəfindən inzibati xətaya yol verildiyini bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şikayətçi barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə tərtib edilmiş 31 avqust 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(011)- 5421/2024 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, 31 avqust 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün Bakı şəhər X2 İdarəsinə göndərilmişdir. Yenidən araşdırılma nəticəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Akhundov Roiya “Kia Carens” minik markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə saat 12:36-da Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 45-Mərkəzi bulvar küçəsi 1-ci fəvvarələr küçəsi ərazisində hərəkətdə olarkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi aşkar edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 150 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı şikayətçi tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etdiyini etiraf etmiş, lakin bunun həmin ərazidə olan polis əməkdaşının jestləri ilə icra etdiyini bildirmişdir. Şikayətçi polis əməkdaşının yanlış jestlərinin onu yönləndirdiyini qeyd etmiş, lakin bu halları təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Səlahiyyətli orqanın nümayəndəsi tərəfindən həmin inzibati xətanı əks etdirən video görüntü məhkəməyə təqdim edilmişdir. Videogörüntüdən görünür ki, şikayətçiyə məxsus avtomobil yolun əks istiqamətinə çıxaraq hərəkəti davam etdirir və yolu dönür. Həmin videogörüntüdə digər avtomobillərin öz yolu ilə davam etməsini və şikayətçinin avtomobilinin ardı ilə hər hansı digər avtomobilin yola davam etməməsini müşahidə etmək mümkündür. Şikayətçi polis əməkdaşı tərəfindən ona əks istiqamətə çıxmağa dair işarə verildiyini bildirsə də, təqdim edilmiş videogörüntüdə istinad olunan hala rast gəlinməmişdir. Belə ki, həmin yolda polis əməkdaşının olması videogörüntüdə görünmür. Məhkəmə qeyd edir ki, əgər yolda təmir-bərpa işləri aparılması nəticəsində hərəkət istiqaməti polis əməkdaşının göstərişi ilə dəyişdirilmiş olsaydı, digər avtomobillər də icazə verilən zolaqdan yolu davam etdirməz, şikayətçinin etdiyi kimi əks istiqamətə çıxmaqla hərəkəti davam etdirərdilər. Nə qədər ki, videogörüntüdən digər avtomobillərin icazə verilən hərəkət zolağında hərəkəti davam etdirməsi və yalnız şikayətçinin əks yolla hərəkət etməsi halı müəyyən edilir, məhkəmə hesab edir ki, şikayətçi qanun pozuntusuna yol vermiş, bu səbəbdən haqlı olaraq barəsində qərar tərtib edilərək cərimələnmişdir. Odur ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Akhundov Roiyanın şikayəti təmin edilməsin. Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-2255/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2255/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver