Məhkəmə qərarları › İş №3(011)-2260/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2260/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2260/2023 12.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən Şəxs barəsində 30 may 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən tərtib olunmuş 30 may 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərarda göstərilmişdir ki, Şəxs Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A, blok 3 ünvanında yerləşən "Araz" marketin daxilində hər kəsin təyin olunmuş ixtisas və dərəcəsi üzrə, öz iş yerində işləməsini və iş prosesi zamanı işçilər tərəfindən təhlükəsizlik texnikası üzrə təlimatların bütün tələblərinə riayət etmələrinə daim nəzarətin həvalə olunduğu halda, həmin marketin işçisi X1 xx.xx.2022-ci il tarixdə saat 08:10 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A, blok 3 ünvanında yerləşən "Araz" marketin anbarında yıxılaraq xəsarət alması, yəni texniki-təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, xx.xx.2022-ci ildə gecə növbəsi olaraq saat 23:00-da mağazanı təhvil almış və işinə başlamışdır. Saat 08:00-da X1 işə gələrək əynini dəyişdikdən sonra tərəfindən təlimatlandırılmış və işə başlamışdır. Saat 08:13-də anbardan qışqırıq səsləri eşitdikdən sonra dərhal hadisə yerinə getmişdir. Orada Ağabalanı yerdə uzanan vəziyyətdə görmüş və bu barədə SƏTƏM şöbəsinin əməkdaşı Fuad Rəhimova məlumat vermişdir. Onlar Ağabalaya yardım etmək istəsə də sonuncu mane olaraq təcili tibbi yardım xidmətinin həkim briqadasını çağırmalarını bildirmişdir. Fəhlə işləyən Mübariz Əmirovla birgə Ağabalaya ilkin tibbi yardım etmişdirlər. Saat 09:13də təcili tibbi yardım xidmətinin həkim briqadası hadisə yerinə gəlmiş və Ağabalaya ilkin tibbi yardım göstərilmişdir. Daha sonra sonuncu “Funda Hospital”-da əməliyyat olunmuşdur. Əməliyyat olunduqdan sonra dəfələrlə tərəfindən ziyarət olunmuşdur. Beləliklə o, tərəfindən texniki-təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi qaydalarının pozulduğunu etiraf edərək, əməlindən peşmançılıq çəkdiyini və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən tərtib olunmuş 30 may 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərardan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A, blok 3 ünvanında yerləşən "Araz" marketin daxilində hər kəsin təyin olunmuş ixtisas və dərəcəsi üzrə öz iş yerində işləməsini və iş prosesi zamanı işçilər tərəfindən təhlükəsizlik texnikası üzrə təlimatların bütün tələblərinə riayət etmələrinə daim nəzarət etmədiyinə görə vəzifə təlimatının 1.13 bəndinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 12-ci bəndinin hadisə ərəfəsində mağaza müdiri vəzifəsini icra etmiş Şəxs tərəfindən pozulması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə — min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərar və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri, Xətai rayonu. Zığ yolu 31 A, blok 3 ünvanında yerləşən "Araz" marketin daxilində hər kəsin təyin olunmuş ixtisas və dərəcəsi üzrə, öz iş yerində işləməsini və iş prosesi zamanı işçilər tərəfindən təhlükəsizlik texnikası üzrə təlimatların bütün tələblərinə riayət etmələrinə daim nəzarətin həvalə olunduğu halda, həmin marketin işçisi X1 xx.xx.2022-ci il tarixdə saat 08.10 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31 A, blok 3 ünvanında yerləşən "Araz" marketin anbarında yıxılaraq xəsarət almışdır. Bununla da, Şəxs tərəfindən «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 12-ci bəndinin və "xxxx" MMC-də "Mağaza müdiri"nin vəzifə təlimatının 1.13 bəndinin tələbləri pozulmuşdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi onun əməlindən səmimi peşmançılıq çəkməsini (İXM-32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar