Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2271/2022 25.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-cıi Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X1 iştirakları ilə, xx.xx.1988-ci il təvəllüdlü Qubadlı rayonu, Xudular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 18 iyun 2022-ci il tarixində X4 yerləşən kafedə narkotik vasitə olan metanfetamin qəbul etmişdir. Şəxs 25 iyun 2022-ci il tarixində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2 tərəfindən yaşadığı evin qarşısında saxlanılmışdır. Daha sonra Şəxs Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərərfindən 35-ci polis bölməinə aparılmışdır. Bölmədə onunla söhbət aparılan zaman narkotik vasitə qəbul etdiyini etiraf etmşdir. Həmçinin Şəxs narkoloji dispanserə aparılmışdır və analiz nəticəsində narkotik vasitə istifadə etdiyi aşkar edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-cı Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X2 tərəfindən 25 iyun 2022-ci il tarixində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, əvvəllərdə narkotik vasitə istifadəçisi olmuşdur, son zamanlar istifadə etməmişdir. Lakin spn günlərdə yenidən istifadə etməyə başlamışdır. Hazırda törətdiyi əməldən peşmandır. Bir daha belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmədən onun barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2 protokolun məzmununa uyğun izahat verərək Şəxs AR İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq protokol tərtib olunduğunu, odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs psixotrop maddə metamfetamin qəbul etmişdir. Nəticədə vətəndaş Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2513 saylı aktı ilə təsdiq edilir. xx.xx.2022-ci il tarixli İnzibati Xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN № ******* nömrəli Qərardadın surətindən görünür ki, vətəndaş Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqında protokol və digər materialları baxılması üçün aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinin sədri cənab Rəşid Rzayeva göndərilsin. İş materiallarında olan 25 iyun 2022-ci il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il trixdə X4 yerləşən çayxanada NİV olan metanfetamin qəbul etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bu fakt Şəxs etirafedici izahatı ilə təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2513 saylı aktdan görünür ki, Şəxs sidiyində opiy qrupuna aid olan narkotik maddələr aşkar edildi, MOR-müsbət; AMR-müsbət aşkar edildi. THC-mənfi; COCmənfi; BZO-mənfi; MTD-mənfi; MDMA-mənfi; TCA-mənfi; TUC-mənfi aşkar edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 32.1-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №3(011)-2271/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2271/2022
25.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver