Məhkəmə qərarları › İş №3(011)-2287/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2287/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2287/2024 27.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 01 fevral 2024-cü il tarixli, 00100-00292/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına idxal edilən, 27 dekabr 2023-cü il tarixdə Bakı Baş Gömrük İdarəsində **********7630 və **********7709 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilən, Rusiya Federasiyasında fəaliyyət göstərən “AO TAQMET” şirkətindən 56172687 və 63652622 nömrəli vaqonlarla göndərilmiş mallar üzrə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-cı yarımbəndinin tələblərinə əsasən, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən ən azı 1 (bir) saat əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməli olduğu halda, Şəxs MMC 63652622 nömrəli nəqliyyat vasitəsi ilə 25 dekabr 2023-cü il tarixdə, saat 05:09-da Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş yüklərə dair **********0207 sorğu nömrəli qısa idxal bəyannaməsini mallar ölkə ərazisinə idxal edildikdən sonra, yəni 26 dekabr 2023-cü il tarixdə, saat 12:04-də və 56172687 nömrəli nəqliyyat vasitəsi ilə 25 dekabr 2023-cü il tarixdə, saat 05:15-də Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş yüklərə dair **********0186 sorğu nömrəli qısa idxal bəyannaməsini isə mallar ölkə ərazisinə idxal edildikdən sonra, yəni 26 dekabr 2023-cü il tarixdə, saat 12:07-də gömrük orqanına təqdim etməklə, həmin mallara dair qısa idxal bəyannaməsini qabaqcadan gömrük orqanına verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; “Gömrük xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemindən” əldə olunmuş “malların çatdırılması və boşaldılması” barədə çıxarışlardan, xx.xx.2023-cü il tarixli, **********7630 sorğu nömrəli və xx.xx.2023-cü il tarixli, **********7709 sorğu nömrəli gömrük bəyannamələrindən görünür ki, Şəxs ünvanına 56172687 və 63652622 nömrəli vaqonlar ilə gələn mallar ölkə ərazisinə 25 dekabr 2023-cü il tarixdə, saat 05:09-05:15 radələrində “Yalama” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, həmin mallara dair elektron formada qısa idxal bəyannamələri gecikmə ilə təqdim edilmişdir; gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, Şəxs ünvanına daxil olmuş yüklərə dair elektron formada xx.xx.2023-cü il tarixli, **********0207 nömrəli qısa idxal bəyannaməsi gömrük orqanına gecikmə ilə xx.xx.2023-cü il tarixdə, saat 12:04-də verilmişdir; gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, Şəxs ünvanına daxil olmuş yüklərə dair elektron formada xx.xx.2023-cü il tarixli, **********0186 nömrəli qısa idxal bəyannaməsi gömrük orqanına gecikmə ilə xx.xx.2023-cü il tarixdə, saat 12:07-də verilmişdir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X3 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 01 fevral 2024-cü il tarixli, 00100-00292/24 nömrəli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli, **********7630 və **********7709 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş mallar 016/2020 və 025/2022 nömrəli müqavilə əsasında Rusiya Federasiyasında qeydiyyatda olan “Taqmet” şirkətindən 2305 nömrəli qatara qoşulan 56172687 və 63652622 nömrəli vaqonlar ilə 25 dekabr 2023-cü il tarixdə, saat 05:09-05:15 radələrində “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmiş, lakin xx.xx.2023-cü il tarixli **********7630 və **********7709 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş mallara dair tərtib edilmiş **********0186 və **********0207 sorğu nömrəli qısa idxal bəyannamələri mallar gömrük ərazisinə daxil olduqdan sonra xx.xx.2023-cü il tarixdə, saat 12:04-12:07 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir; Hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində verdiyi izahatında göstərmişdir ki, Rusiya Federasiyasından göndərilmiş, 63652622 və 56172687 nömrəli vaqonlarla xx.xx.2023-cü il tarixdə gömrük ərazisinə gətirilmiş mallara dair qısa idxal bəyannamələri gec verilmişdir. Buna səbəb göndərən şirkətin idxal edilmiş mallara dair sənədləri vaxtında təqdim etməməsi olmuş, buna görə də, qısa idxal bəyannaməsini vaxtında təqdim edə bilməmişdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs ünvanına 56172687 və 63652622 nömrəli vaqonlar ilə gələn mallar ölkə ərazisinə 25 dekabr 2023-cü il tarixdə, saat 05:09-05:15 radələrində “Yalama” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, həmin mallara dair elektron formada qısa idxal bəyannamələri gecikmə ilə xx.xx.2023-cü il tarixdə, saat 12:04-12:07 radələrində təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar