Məhkəmə qərarları › İş №3(011)-23/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-23/2024

19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-23/2024 19.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsini xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti (bundan sonra Cavabdeh və ya DƏMX adlandırılacaq) tərəfindən "Caspian Marine Services B.V." şirkətinin Azərbaycan Respublikasındakı Filialının (bundan sonra CMS adlandırılacaq) Baş icraçı direktoru X8 (bundan sonra Ərizəçi adlandırılacaq) adına ünvanlanmış 4 noyabr 2023-cü il tarixli 3-17- 5/2-Q-44507/2023 nömrəli məktubunda (Əlavə 1) qeyd olunanlara əsasən, iddiaçının inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə dair yuxarı səlahiyyətli orqan qismində çıxış edən DƏMX-ə ünvanladığı şikayət (Əlavə 2) təmin edilməmiş və 30 oktyabr 2023-cü il tarixli 3-17-5/3-1-13172/2023 nömrəli Qərara (Əlavə 3) əsasən, DƏMX-in Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN1291074 nömrəli inzibati tənbeh vermə haqqında Qərarı (Əlavə 4) dəyişdirilmədən qüvvədə saxlanılmışdır CMS dənizdə neft-qaz kəşfiyyatı və hasilatı sənayesinə xidmət edən dəstək gəmilərindən ibarət donanmanı idarə edir. Bu istehsalat fəaliyyəti çərçivəsində xx.xx.2023-cü il tarixdə CMS-in əməkdaşı, motorçu vəzifəsində çalışan X2 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. Hadisə baş verdikdən sonra qanunvericiliyin tələblərinə uyğun olaraq bütün addımlar atılmış, o cümlədən, DƏMX-ə müvafiq qaydada müraciət olunmuşdur. DƏMX öz növbəsində hadisənin hərtərəfli araşdırılması üçün üç nəfərdən ibarət təhqiqat komissiyası yaradılması barədə müvafiq əmr imzalamışdır (Əlavə 5). Əmrə əsasən, Təhqiqat komissiyası aşağıdakı tərkibdə yaradılmışdır: -Sədr: X1 (DƏMX-in Bakı şəhər idarəsinin əməkdaşı) -Üzv: X9 (CMS-in əməkdaşı) -Üzv: X5 (CMS-in əməkdaşı). Yaradılmış təhqiqat komissiyasına müvafiq araşdırmanın aparılması üçün tam olaraq şərait yaradılmış və nəticədə müvafiq təhqiqat aktı tərtib edilmişdir (Əlavə 6). Təhqiqat aktının müvafiq bəndi ilə razılaşmayan üzvlər F.Səmədov və C.Haqverdiyev təhqiqat aktını imzalamaqdan imtina etmişlər və imtina səbəblərini müvafiq rəydə qeyd etmişlər. Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilmiş və bir nüsxəsi DƏMX-in Bakı şəhər idarəsinə, o cümlədən, işçiyə təqdim edilmişdir (Əlavə 7). Bir müddət sonra istehsalatda baş vermiş bədbəxt hadisənin araşdırılması barədə CMS tərəfindən müvafiq İZ formalı aktı tərtib etməkdən boyun qaçırılması əsas gətirilərək CMS-in Baş icraçı direktoru X8 DƏMX-in Bakı şəhər idarəsinin 14 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalara Məcəlləsinin (bundan sonra İXM adlandırılacaq) 555.3-cü maddəsinə əsasən, 1800 manat məbləğində inzibati cərimə edilmişdir. DƏMX tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 vəkili Vəkil şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhəri İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə işə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhəri İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən X4 barəsində tərtib edilmiş 14 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, işəgötürən X8 tərəfindən X2 xx.xx.2023-cü il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisənin aparılan araşdırması barədə tərtib edilmiş aktına uyğun müvafiq aktın düzgün tərtib etməkdən boyun qaçırmışdır. Nəticədə X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1800 (bir min səkkiz yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 30 oktyabr 2023-cü il tarixli 3-17-5/3-1- 13172/2023 saylı inzibati xəta haqqında iş üzrə Qərardan verilən şikayətə baxılma haqqında qərardan görünür ki, qanunvericiliyin müddəalarına baxıldığı zaman müəyyən edilir ki, istehsalatda baş vermiş bədbəxt hadisə Xidmətin əmri əsasında təhqiqat komissiyası tərəfindən araşdırılır və yekunda təhqiqat aktı tərtib edilir. Həmin akt sədr və komissiya üzvləri tərəfindən imzalanmalı və müvafiq rəylər yazılı formada təqdim edilməlidir. Təhqiqat aktı tərtib edildikdən sonra 1 gün müddətində işəgötürən tərəfindən müvafiq İZ aktı verilməli və həmin İZ aktının düzgün olmasına nəzarəti məhz təhqiqat komissiyası həyata keçirir. Yəni, İZ aktının verilməsi işəgötürənin vəzifəsi olsa da, bədbəxt hadisənin səbəbləri məhz təhqiqat aktı əsasında müəyyən edilir və yalnız təhqiqat başa çatdıqdan sonra İZ aktı tərtib edilə bilər və təhqiqat aktı olmadan İZ aktının heç bir mahiyyəti yoxdur. Eyni zamanda qanunvericiliyin tələblərindən müəyyən edilir ki, işəgötürənin vəzifəsi yalnız İZ aktını tərtib etməkdən ibarət deyil, Qaydalarda müəyyən edilmiş proseduralar bir biri ilə əlaqəlidir, mərhələli şəkildə aparılır və yekunda qəbul edilən aktlar fərqli ola bilməz, hər bir mərhələ bir əvvəlki mərhələnin davamı kimi qəbul edilməlidir. Eynilə İZ aktı da təhqiqat aktından sonra tərtib edilməli və ona uyğun olmalıdır. Əks təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə inzibati xətanın tərkib əlamətləri yaranmış olur. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının baş icraçı direktoru X8 tərəfindən Xidmətin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarının ləğv edilməsinə dair verilmiş şikayət təmin edilməmişdir. İş materiallarında olan “İstehsalatda bədbəxt hadisə haqqında” 4№-li aktdan görünür ki, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus "CSD-500" qurğusunun komanda heyəti planlaşdırılmış iş qrafikinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə qurğuda növbədə olmuşlar. X7 və X12 "CSD-500" qurğusunun kapitanı X3 iş tapşırığı, iş öncəsi təlimat almış və bu barədə müvafiq sənədə imza etdikdən sonra saat 08:00 radələrində cari işlərin görülməsi ilə məşğul olmuşlar. Kapitan E.Əliyev dənizdə hava şəraitinin pisləşəməsi xəbərdarlığını aldıqdan sonra "CSD-500" qurğusunun təhlükəsiz liman ərazisinə yerləşdirilməsi və dənizdə yerdəyişmə etməsi üçün saat 09:05 radələrində "CMS-2" yedəkləmə gəmisinin kapitanına məlumat vermişdir. Saat 09:15 radələrində "CMS-2" yedəkləmə gəmisi yedəkləmə əməliyyatının aparılması üçün "CSD-500" qurğusuna yaxınlaşmışdır. "CSD-500" qurğusunun göyərtəsində olan N.Əliyev kapitan E.Əliyevin tarpşırığına əsasən qurğunun sol bortunda "CMS-2" yedək gəmisindən yedək kəndirini götürərək 2-ci yedək dirəyinə (knext - boru şəkilli polad hissələr) bağlanmasını həyata keçirmişdir. Yedəkləmə prossesi təxminən saat 09:15-də başlamışdır. Saat 09:45də qurğunun sol bortundan "CMS-2" yedək gəmisinə birləşdirilmiş sintetik yedək kəndiri gəmi hərəkət etdikdə təzyiq altında sıxılaraq, "CSD-500" qurğusunun göyərtəsində olan məhəccəri qıraraq matros N.Əliyevin sağ ayaq nahiyəsinə dəymiş və xəsarət yetirmişdir. Hadisədən sonra kapitan E.Əliyev, motorçu Ş.Nağıyev dərhal motorçu N.Əliyevə yaxınlaşaraq ona ilkin yardım göstərmişlər. Bundan sonra iş yoldaşları matros N.Əliyevi "CSD-500" qurğusundan "CMS-2" yedək gəmisinə keçirərək sahildə yerləşən liman ərazisinə gətirmişlər. O, saat 10:00-da hadisə yerinə çağrılmış təcili tibbi yardım briqadası ilə "xxxx" MMC-yə aparılmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli MS-106 nömrəli məktubunda X2 xx.xx.2023-cü il tarixdə Hospitala müraciət etdiyi, müayinədən keçərək "Sağ aşağı ətrafın cırılmış travması" diaqnozunun qoyulduğu və "Zədələnmiş toxumaların və damarların bərpası" əməliyyatının aparıldığı qeyd edilmişdir. 11.1. Bədbəxt hadisənin səbəbi: 1) "Caspian Marine Services B.V." şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə X7 arasında bağlanmış əmək müqaviləsinin 4.7-ci bəndinin (İşçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur) tələbinin pozulması. 12.Əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər: X2 ehtiyatsızlığı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsinə əsasən, bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X8 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X8 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar