Məhkəmə qərarları › İş №3(011)-2306/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2306/2021

01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2306/2021 01.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X3, şikayətçi X23 oğlunun iştirakları ilə, X12 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 31.05.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X17 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 31.05.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X17 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, ********** saylı VÖEN-lə kiçik sahibkar kimi, vergi ödəyicisi kimi vergi uçotundadır. 19 may 2021-ci il tarixdə bir qrup şəxs “Şüşə təmizləmə” ilə məşğul olduğu sexə gələrək guya həmin sexdə xarici vətəndaşları işlətdiyini araşdırmağa gəldiklərini bildirmişlər. O, mühasibat sənədlərini onlara təqdim etmişdir. Onlar sexdə olan şəxslərdən və hətta sexin giriş darvazasından kənarda olan şəxsləri də dəvət edərək onlardan izahat verməklərini tələb etmişlər. Baxmayaraq ki, həmin şəxslər orada işləmədiklərini bildirmişlər, faydası olmamışdır. Orada olan şəxslər Azərbaycan Respublikasının vətəndaşları idilər. Onlar Respublikanın müxtəlif rayonlarından gəlmişdilər. Gürcüstan vətəndaşlarının pasportları üstlərində olmadığı halda onları vergi işçiləri məcbur etmişlər ki, gedib şəxsiyyətlərini təsdiq edən sənədlərini gətirsinlər. Onlar da gedib evlərindən gətirmişlər. Vergi əməkdaşları da bu barədə protokol tərtib etmişlər. 31 may 2021-ci il tarixdə onu Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə çağırıb bildirmişlər ki, 3 nəfər xarici vətəndaşı iş icazəsi olmadan “şüşə qəbulu anbarı” adlanan obyektdə şüşə qablarının yuyulması işinə qəbul etdiyi üçün 5000 manat inzibati cərimə edilməsini bildirmişlər. O, onlarla razılaşmayaraq mübahisə etdikdə ona barəsində tərtib olunan qərarı təqdim etmişlər. O isə öz onlara məhkəməyə müraciət edərək həmin qərardan şikayət verəcəyini bildirmişdir. Beləliklə göstərilənlərə əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 31.05.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X23 oğlu şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu Bakubus-ın yaxınlığı ünvanında yerləşən “Şüşə qəbulu anbarı” adlı obyektdə əmək müqaviləsinin rəsmiləşdirilməsi məsələsi üzrə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Gürcüstan Respublikasının vətəndaşları X14, X5, X15 və X7 əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunmuşdur. Həmçinin qeyd olunan şəxslərin hazırda yaşamaq və iş icazəsinin olmadığı müəyyən edilmişdir. Bununla da, şikayətçi X12 barəsində Azərbaycan Respublikası İXM-nin 578.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və 5000 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Beləliklə o, şikayətçi X17 tərəfindən verilmiş şikayət ərizəsinin rədd edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş 31.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X17 tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan üç və ya daha çox əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş 31.05.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X17 3 (üç) nəfər Gürcüstan vətəndaşını iş icazəsi olmadan “Şüşə qəbulu anbarı” adlı obyektdə şüşə qablarının yuyulması işinə cəlb edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyindən barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş 31.05.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında və əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi haqqında qərarların surətlərindən görünür ki, Nazila Nabievaya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyindən 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmiş və inzibati cərimə ödənilənədək onun Azərbaycan Respublikasına gəlişinə qadağa qoyulmuşdur; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş 31.05.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında və əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi haqqında qərarların surətlərindən görünür ki, Rakhida Shabanovaya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyindən 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmiş və inzibati cərimə ödənilənədək onun Azərbaycan Respublikasına gəlişinə qadağa qoyulmuşdur; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş 31.05.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında və əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi haqqında qərarların surətlərindən görünür ki, Ramila Kurbanovaya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyindən 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmiş və inzibati cərimə ödənilənədək onun Azərbaycan Respublikasına gəlişinə qadağa qoyulmuşdur; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzrə Baş İdarəsində Nazila Nabievanın, Rakhida Shabanovanın, Ramila Kurbanovanın verdiyi 19 05.2021-ci il tarixli izahatlarından görünür ki, onlar ifadələrində Vüqar Məmmədova məxsus “Butulka qəbulu anbarında” şüşə yuyan vəzifəsində işlədiklərini bildirmişlər; X8 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində verdiyi 31.05.2021-ci il tarixli izahatından görünür ki, 18.05.2021-ci il tarixdə həmin şüşə qəbulu ambarında şüşə yuyan vəzifəsində işə başlamışdır. İş saatı səhər 08:00-da başlayırdı və axşam saat 17:00-da bitirdi. Hər gün gördüyü işin müqabilində 5-6 manat pul alırdı və təxminən bir aya yaxın Vüqar Məmmədova məxsus şüşə anbarında çalışmışdır. 19.05.2021-ci il tarixdə vergi əməkdaşları tərəfindən işlədiyi anbarda yoxlama keçirilmişdir. Yoxlamadan sonra müdirləri onu və digər Gürcüstan vətəndaşlarını işdən çıxartmışdır. Onun orada işləmək üçün iş icazəsi olmamışdır, qanunvericilik barədə məlumatı yoxdur, şüşə qəbulu anbarının rəhbəri ona bu barədə heç bir məlumat verməmişdir; X6 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində verdiyi 31.05.2021-ci il tarixli izahatından görünür ki, 18.05.2021-ci il tarixdə həmin şüşə qəbulu ambarında şüşə yuyan vəzifəsində işə başlamışdır. İş saatı səhər 08:00-da başlayırdı və axşam saat 17:00-da bitirdi. Hər gün gördüyü işin müqabilində 5 manat pul alırdı və təxminən bir aya yaxın Vüqar Məmmədova məxsus şüşə anbarında çalışmışdır. 19.05.2021-ci il tarixdə vergi əməkdaşları tərəfindən işlədiyi anbarda yoxlama keçirilmişdir. Yoxlamadan sonra müdirləri onu və digər Gürcüstan vətəndaşlarını işdən çıxartmışdır. Onun orada işləmək üçün iş icazəsi olmamışdır, qanunvericilik barədə məlumatı yoxdur, şüşə qəbulu anbarının rəhbəri ona bu barədə heç bir məlumat verməmişdir; X9 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində verdiyi 31.05.2021-ci il tarixli izahatından görünür ki, 18.05.2021-ci il tarixdə həmin şüşə qəbulu ambarında şüşə yuyan vəzifəsində işə başlamışdır. İş saatı səhər 08:00-da başlayırdı və axşam saat 17:00-da bitirdi. Hər gün gördüyü işin müqabilində 6-7 manat pul alırdı və təxminən bir aya yaxın Vüqar Məmmədova məxsus şüşə anbarında çalışmışdır. 19.05.2021-ci il tarixdə vergi əməkdaşları tərəfindən işlədiyi anbarda yoxlama keçirilmişdir. Yoxlamadan sonra müdirləri onu və digər Gürcüstan vətəndaşlarını işdən çıxartmışdır. Onun orada işləmək üçün iş icazəsi olmamışdır, qanunvericilik barədə məlumatı yoxdur, şüşə qəbulu anbarının rəhbəri ona bu barədə heç bir məlumat verməmişdir; X12 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində verdiyi 31.05.2021-ci il tarixli izahatından görünür ki, bir ildən çoxdur ki, Zığ-Hövsan şosesi Bakubus avtobusunun axırıncı dayanacağının yaxınlığında yerləşən şüşə qəbulu anbarında işləyir. Anbarda 14 işçisi var və hamısı hazırda Azərbaycan vətəndaşlarıdır. Vergi əməkdaşları tərəfindən 19.05.2021-ci il tarixində anbarda yoxlama keçirilən zaman 10 Azərbaycan, 4 Gürcüstan vətəndaşı işləyirdi. Onlar həmin anbara yaxın ərazidə yaşayırdılar, özləri işləmək üçün müraciət etmişdilər və orada yoxlama zamanı bir aya yaxın idi ki çalışırdılar. Onların hər birinə 6-7 manat pul verirdi, təxminən aylıq 200-250 manat pul ödəmişdir. Qanunvericilik barədə məlumatı yox idi, əcnəbilərə iş icazəsi alınması lazım olduğunu bilmirdi; 10AB86300, 16AA98227, 15BA93889 və 18AA39818 seriyalı pasportların surətlərindən görünür ki, X14, X5 və X1 vətəndaşlarıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 575.1.4-ci maddəsinə əsasən iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. 578.2-ci maddəsinə əsasən eyni xəta üç və ya daha çox əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində törədildikdə - vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər otuz min manatdan otuz beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi: 51.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. 51.2-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. 51.3-cü maddəsinə əsasən iş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir. 51.4-cü maddəsinə əsasən iş icazəsi bu Məcəllə ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 51.5-ci maddəsinə əsasən iş icazəsinin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əmək miqrasiyası kvotası çərçivəsində həyata keçirilir. 51.6-cı maddəsinə əsasən kvota yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və əmək miqrasiyası proseslərinin tənzimlənməsi sahəsindəki işlərin effektivliyinin artırılması məqsədi ilə tətbiq edilir. Kvota daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanlarının işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı, habelə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi nəzərə alınmaqla müəyyən edilir. 51.7-ci maddəsinə əsasən əmək miqrasiyası kvotasının müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 51.8-ci maddəsinə əsasən iş icazəsi blankının ciddi hesabat sənədi kimi qeydiyyat seriyası və nömrəsi, habelə qiymətli kağızların səviyyəsində qoruyucu nişanları olmalıdır. İş icazəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X17 3 (üç) nəfər Gürcüstan vətəndaşını iş icazəsi olmadan “Şüşə qəbulu anbarı” adlı obyektdə şüşə qablarının yuyulması işinə cəlb edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.2ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyindən barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X17 şikayət ərizəsində qeyd edilmişdir ki, sexdə xarici vətəndaşlar işləməmişlər, lakin X14, X5 və X9 iş materiallarında olan izahatlarından görünür ki, həmin şəxslər X2 işləmişlər və bunu öz izahatları və imzaları ilə təsdiq etmişlər. Bundan əlavə X17 özü də lkin izahatlarında X14, X5 və X10 öz müəssisəsində işlətdiyini bildirmişdir. Beləliklə, 19.05.2021-ci il tarixdə inzibati xətanın törədildiyi zaman X17 3 (üç) nəfər Gürcüstan vətəndaşını iş icazəsi olmadan “Şüşə qəbulu anbarı” adlı obyektdə şüşə qablarının yuyulması işinə cəlb etdiyinə görə barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olmuşdur. X12 İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinə dair səlahiyyətli orqanın gəldiyi nəticə qanuni olmuş, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X23 oğlunun Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 31.05.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X23 oğlunun Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş 31.05.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar