Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2309/2022 28.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhər BPİ-nin X8 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı Şəhər BPİ-nin X8 İdarəsindən daxil olmuş 24 iyun 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində sürücülük hüququ olmadan idarə etdiyi “Changan minik” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə X3 məxsus avtonəqliyyat vasitəsinə 4000 manat məbləğində maddi ziyan vurmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 24 iyun 2022-ci il tarixdə saat 10:36 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “Changan minik” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə prospektində hərəkətdə olarkən ara məsafəni düzgün seçmədiyi üçün “Opel Vectra minik” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuşdur. Hadisədən sonra dərhal avtomobilini irəlidə saxlayaraq zərərçəkmiş şəxsə yaxınlaşmışdır, xəsarət alan olmamışdır və onun avtomobilinə 200-400 manat arası maddi ziyan dəymişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini və barəsində inzibati cərimə növündə tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, 24 iyun 2022ci il tarixdə saat 10:36 radələrində Gəncə prospektində idarə etdiyi “Opel Vectra minik” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilini piyadaya yol vermək üçün saxladığı zaman arxadan gələn “Changan minik” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsini düzgün seçməyərək onun avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır, lakin onun avtomobilinə 4000 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhər BPİ-nin X8 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 ifadəsində göstərmişdir ki, Şəxs Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində sürücülük hüququ olmadan idarə etdiyi “Changan minik” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə X3 məxsus avtonəqliyyat vasitəsinə arxadan vurmaqla 4000 manat məbləğində maddi ziyan vurmuşdur. Bununlada, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24 iyun 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində sürücülük hüququ olmadan idarə etdiyi “Changan minik” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə X3 məxsus avtonəqliyyat vasitəsinə 4000 manat məbləğində maddi ziyan vurduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protokol tərtib edilmişdir; Bakı Şəhər BPİ-nin DYPİ-nin YNHÜŞ inspektoru, polis kapitanı E.Əsədov tərəfindən Şəxs və X2 iştirakları ilə tərtib edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində baş vermiş, “Changan minik” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsini düzgün seçəmədiyi üçün “Opel Vectra minik” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobillə arxadan toqquşmuşdur; zərərçəkmiş şəxs X2 Bakı Şəhər BPİ-nin DYPİ-də verdiyi izahatından aydın olur ki, 24 iyun 2022-ci il tarixdə saat 10:36 radələrində Gəncə prospektində idarə etdiyi “Opel Vectra minik” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilini piyadaya yol vermək üçün saxladığı zaman arxadan gələn “Changan minik” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsini düzgün seçməyərək onun avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır, lakin onun avtomobilinə 4000 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2309/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2309/2022
28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver