Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-231/2024 26.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X7 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 17 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir İnzibati xəta haqqında qərarın tərtib olunmasına səbəb kimi hüquqi şəxs Şəxs X4 ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müyyən işlərin yerinə yetirilməsinə cəlb edilmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 sənədlər təqdim edərək bildirmişdir ki, X4 xx.xx.2023-cü il tarixində işləmək üçün Şəxs-ə müraciət etmişdir. xx.xx.2023-cü il tarixi həftənin cümə günü olduğu üçün X4 ilə müvafiq olaraq iş şəraiti ilə tanış olması üçün sınaq müddəti müəyyən edilmiş, həmçinin həmin günü “ASAN” imza işləmədiyi üçün xx.xx.2023-cü il tarixində müvafiq olaraq əmək müqaviləsinin bildirişi imzalanmışdır. X2 işləmədiyi 28-30 aprel 2023-cü il tarixləri onun iş günü kimi götürülərək ona əmək haqqı verilmişdir. Məlumdur ki, 29-30 aprel 2023-cü il tarixləri həftənin qeyri-iş günlərinə düşür. Şəxs heç bir sosial və vergi ödənişlərindən yayınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin mahiyyəti ümumilikdə dövlət büdcəsinə ödənilməli olan vergi və sosial ödənişlərin yayınmasının qarşısını almaq məqsədi daşıyır. Daha sonra X2 hər ay maaşı verilmişdir. X1 Əmək Müfəttişliyinə əsassız olaraq Şəxs barəsində şikayət ünvanladıqdan sonra protokol tərtib edən orqan araşdırma apararaq verilmiş şikayət ilə əlaqədar heç bir tutarlı əsas müəyyən etmədiyindən, sadəcə formal olaraq 28 aprel tarixində Əhmədov Rəsulun işə gəlməsini, lakin əmək müqaviləsinin “ASAN imza” ilə imzalanmamasını əsas gətirərək Şəxs barəsində əssasız olaraq protokol tərtib etmişdir. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi hüquqi şəxs barəsində yüksək məbləğdə cərimə müəyyən etmişdir. Şəxs barəsində tərtib edilmiş 17 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli protokolda inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X9 protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs X4 ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müyyən işlərin yerinə yetirilməsinə cəlb edilmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinə ünvanladığı məktubdan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə 142/KX saylı əmrlə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. 648SU2A000400 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, X4 Şəxsndə xx.xx.2023-cü il tarixdə satış təmsilçisi vəzifəsinə qəbul edilmiş və onun xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanılmışdır. xx.xx.2023-cü il tarixli, 142/KX saylı əmrdən görünür ki, X4 xx.xx.2023-cü il tarixdən Kommersiya Departamenti, satış şöbəsinin satış təmsilçisi AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) əsasən tutduğu vəzifədən azad edilmiş və onunla xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək istifadə etmədiyi məzuniyyət günlərinin hesabına 13 (on üç) təqvim günü üçün pul əvəzinin ödənilməsi əmr edilmişdir. 648SU2A000400 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Qəbzlərin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək istifadə etmədiyi məzuniyyət günlərinin hesabına 13 (on üç) təqvim günü üçün pul əvəzi və aylıq əmək haqqı ödənilmişdir. X2 93097046 nömrəli, xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, sentyabr ayında əmək haqqını tamamilə tutmuşlar, şirkətə borcunun olmasını demişlər, işini itirməmək üçün sənədləri imzalamış,1700 manat borcu olmasını demişdirlər. 6 noyabrdan işdən azad edilməsi üçün ərizə yazmış, lakin şirkət 1700 manat borcu olması səbəbindən ərizəsi qəbul olunmamışdır. Ona maaş və məzuniyyət pulunun tutulacağı, 700 manat da borcunun qalmasını bildirmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs tərəfindən X4 ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi bağlamadan müyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində protokol tərtib olunmuş Şəxs MMC-nin nümayəndəsinin bildirdiyi kimi xx.xx.2023-cü il tarixi həftənin cümə günü olduğundan və növbəti günlər yəni, 29-30 aprel 2023-cü il tarixləri isə həftənin şənbə və bazar günləri, xx.xx.2023-cü il tarixi isə həftənin bazar ertəsi günü olduğundan və xx.xx.2023-cü il tarixində rəsmi olaraq bildiriş imzalandığından, Şəxs MMC əməlində inzibati xəta tərkibi müəyyən olunmamlıdır. Belə ki, X4 ilə “Xəzri TN" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi bağlanmış və müqavilə üzrə tərəflərin öhdəlikləri müəyyən edilmiş, hər ay xidmət haqqı ödənilmiş X4 şikayətində əmək bildirişinin gecikmə ilə imzalanması barədə heç bir nüans qeyd etmədiyi halda X3 Bakı şəhər İdarəsi hüquqi şəxs barəsində protokol tərtib etmişdir. Bununla da “Xəzri TN " Məhdud Məsuliyyətli Cəmiyyətinin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını, onun təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu, inzibati orqanın xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs “Xəzri TN" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-231/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-231/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver