Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2310/2021 10.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimovun, tələbkar X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Zəngilan rayonunun Dəlləkli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında faktiki olaraq yaşayan X9 İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 10 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X2 Rayon Məhkəməsinin 08.09.2017-ci il tarixli, 2(034)-561/2017 saylı icra sənədinə əsasən X11 20041 manat aliment borcunu X5 ödəməkdən boyun qaçırmışdır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu X10 yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, X11 Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs X3 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 08.09.2017-ci il tarixli, 2(034)-561/2017 saylı icra sənədini icra etməməyinin səbəbi hal-hazırda imkanının olmamasıdır, lakin əlinə düşdükcə hissə-hissə icra sənədini icra edəcəkdir. Əməlindən səmimi peşman olduğunu qeyd etmiş və qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X8 ərizə təqdim edərək, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş protokolla razılaşdığını və borclu barəsində inzibati cərimə cəzasının tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zəngilan Rayon Məhkəməsinin 08.09.2017-ci il tarixli, 2(034)-561/2017 saylı icra sənədindən görünür ki, 10 sentyabr 2000-ci il tarixdə doğulan X9, 25 fevral 2003-cü il tarixdə doğulan X6 və 26 aprel 2005-ci il tarixdə doğulan X1 üçün 20 aprel 2017-ci il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək iddiaçı Şəxs hər ay uşaqların saxlanması üçün 136 manat 60 qəpik, cəmi 409 manat 80 qəpik aliment tutularaq cavabdeh X5 ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında 09.10.2017-ci il tarixli qərarın surətindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin 08.09.2017-ci il tarixli, 2(034)-561/2017 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu X10 göndərilmişdir; X9 Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə verdiyi 10.06.2021-ci il tarixli izahatından görünür ki, E.Şəxs Zəngilan Rayon Məhkəməsinin 08.09.2017-ci il tarixli, 2(034)-561/2017 saylı icra sənədinin icrası ilə bağlı icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişi aldığını bildirərək, ona verilən suallara cavab olaraq göstərmişdir ki, 2017-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. Orada fəhlə kimi işləmişdir və imkanı çox zəif olmuşdur. 2021-ci ilin iyun ayının 9-u Sədərək keçid məntəqəsində saxlanılmışdır və iltizam alınaraq Zəngilan polisinə getməyi tapşırılmışdır. Bu vaxta qədər heç bir aliment ödəməmişdir, lakin əlinə düşdükcə oğlu Elgünə pul göndərmişdir. Aliment borcunu hissə-hissə ödəməyə hazırdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu X11 məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Zəngilan Rayon Məhkəməsinin 08.09.2017-ci il tarixli, 2(034)-561/2017 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, borclu X11 məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, X11 icra sənədi üzrə hər ay ümumilikdə 409 manat 80 qəpik aliment borcunu X5 ödəmədiyi üçün, hal-hazırda onun borcu 20041 manat təşkil edir. Bunlar, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. X9 Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2310/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2310/2021
10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver