Məhkəmə qərarları › İş №3(011)-2312/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2312/2021

11.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2312/2021 11.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs X5 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “xxxx” MMC-də baş mütəxəssis vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardan görünür ki, 14.05.2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X1 yaşadığı mənzilin qonşuluğunda yaşayan Xəyalə adlı qadın ilə liftdə rastlaşdığını, sonuncunun onun ünvanına xoşagəlməz ifadələr işlədərək, saçından tutub yolduğunu və onun sağlamlığına zərər vurmayan xəsarət yetirməsi barədə məlumat vermişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə barəsində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə rəisi polis kapitanı Rauf Ağayev tərəfindən 29 may 2021-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar qəbul edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X9 izahatında bildirmişdir ki, 14.05.2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X1 yaşadığı mənzilin qonşuluğunda yaşayan Xəyalə adlı qadın ilə liftdə rastlaşdığını, sonuncunun onun ünvanına xoşagəlməz ifadələr işlədərək, saçından tutub yolduğunu və onun sağlamlığına zərər vurmayan xəsarət yetirməsi barədə məlumat vermişdir. Təhqiqat zamanı X2 və X6 izahatları alınarkən onlar 14.05.2021-ci il tarixdə Xətai rayonu, M.Hadi küçəsi, 141 saylı binanın 1-ci mərtəbəsinin liftinin qarşısında aralarında yaranan mübahisə zəmnində Cəhanə Məmmədovanın və Şəxs qarşılıqlı şəkildə bir-birilərinin saçlarını yolmaları daha sonra biri-birilərini yerə sərərək dava-dalaş etmələrinin şahidi olmalarını qeyd etmişdirlər. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 14.05.2021-ci il tarixində qonşuluqda yaşayan sonradan ona adı məlum olan X8 ilə liftdə rastlaşmışlar və o, ona heç bir səbəb gətirmədən nalayiq ifadələr işlətməyə başlamış və onun yoldaşı Pərviz Hüseynovun ünvanına nalayiq ifadələrlə söyüb təhqir etməyə başlamışdır. O, irad bildirdikdə Cəhanə dəfələrlə onun çiyninə toxunaraq hədə-qorxu gələrək başına oyun açacağını bildirmiş və ailəsini söyüb təhqir etməyə davam etmişdir. O, Cəhanəyə ona toxunmamasını bildirdikdə o, onun əlindən tutaraq üz nahiyəsindən və saçından tutmağa başlamışdır. Həmin vaxt əlində olan 2 bazarlıq torbasını yerə qoyaraq özünü müdafiə etmək məcburiyyətində qalmışdır. Onların arasında əlbəyaxa dava dalaş başladığı üçün özünü müdafiə etmişdir, çünki Cəhanə onu saçlarından tutaraq yerə yıxmış, üzünü cırmaq-cırmaq etmiş, əlini ağzına salaraq üzünü cırmağa çalışmış və əli ilə boğazından tutaraq boğmağa çalışmışdır. Onların dava-dalaşına tanımadığı qonşusu Samir və binanın mühafizəçisi olan Özcan adlı şəxslər gəlmişlər və onları aralamağa çalışmışlar. Beləliklə o, özünü müdafiə etdiyini bildirərək məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxsin müdafiəçisi Vəkil izahatında Şəxs qeyd etdiyi xüsusatları təsdiqləyərək, onun hərəkətlərinin özünü müdafiə xarakteri daşıdığını bildirmiş və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahat verərək bildirmişdir ki, kiçik bir mübahisə zəmnində yaranmış hadisənin böyüməsinə səbəb qonşusunun həyat yoldaşı olmuşdur. Həyətdə oturduğu zaman X15 evlərinə qalxarkən onun ünvanına nalayiq söyüşlər istifadə etmişlər. 14.05.2021-ci il tarixdə o, övladı ilə birlikdə liftə daxil olarkən Xəyalə ilə rastlaşmış, heç kimin olmamasından istifadə edərək ona atmacalı sözlər işlətməyə və yoldaşının vəzifəsi ilə hədələməyə başlamışdır. Müvafiq orqanlara şikayət edəcəyini bildirdikdə isə o, onun saçından tutaraq onlara baş qoşmamasını, onu məhv edəcəklərini bildirmiş və sonra döyməyə başlamışdır. O, azyaşlı uşağını kömək çağırmağa yollamış və həyət sakinləri X16 tərəfindən onun əlindən alınmışdır. Döyülməyinə baxmayaraq X11 evinə gələrək qapını təpikləmişlər və nalayiq ifadələr istifadə etmişlər, həmçinin onun yaşadığı evin sahibini taparaq onu evdən çıxartmağını tələb etmişlər. Halhazırda azyaşlı övladı ilə birlikdə çıxılmaz vəziyyətdədir və azyaşlı övladı bu hadisədən travma almışdır. Odur ki o, Şəxs bağışlamadığını bildirmiş və məhkəmədən onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X3 18 may 2021-ci il tarixli, 391 saylı ekspert rəyindən görünür ki, X7 başın ənsə nahiyəsinin qançırı, burun əsasının, sol bazunun xətt şəkilli sıyrıqları, sağ və sol kürəküstü nahiyələrin, sağ dirsək oynağı nahiyəsinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 14.05.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 may 2021-ci il tarixli qərardan görünür ki, hadisəni törətmiş vətəndaşlar Şəxs və X5 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri yarandığından barələrində inzibati tənbeh tədbirlərinin görülməsi üçün materialın aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan çıxarışdan görünür ki, Şəxs 14 iyun 2015-ci il tarixdə anadan olmuş bir azyaşlı uşaqı var. Beləliklə, Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, zərərçəkmiş şəxsin məhkəmə iclasında və təhqiqat zamanı verdikləri izahatları ilə və digər iş materialları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi izahatında Cəhanənin əlindən qurtulmaq üçün əl-qol hərəkətləri ilə özündən uzaqlaşdırmağa çalışdığını, özünü müdafiə etmək üçün Cəhanəyə qarşılıq verdiyini qeyd etsə də, həmin izahat həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs bu izahatı inzibati məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 32.1.3-cü maddəsinə əsasən inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab olunur. Beləliklə, məhkəmə tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən Şəxs himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar