Məhkəmə qərarları › İş №3(011)-2316/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2316/2021

12.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2316/2021 12.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4, Zərərçəkmiş şəxs X2, Xətai rayonu 34-cü PŞ-nin sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, xx.xx.1970-ci ildə Ermənistan, Yerəvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi işlə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 21 B ünvanında yaşayan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, X9 13.04.2021-ci il tarixdə ünvan 3 ünvanında qonşusu X7 ilə mübahisə etmişdir və mübahisə zamanı sonuncuya xəsarət yetirməklə sağlamlığına dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü PB-nin təhqiqatçısı, polis kapitanı Murad Abbasov tərəfindən 25.04.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə barəsində Bakı şəhəri Xətai rayon 34-cü PŞ-nin sahə rəisi Emin Qəhrəmanov tərəfindən 12 iyun 2021-ci il tarixdə, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati icraat aparılan şəxs X9 məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Neft Emalı zavodunda işləyir, 2 övladı var. O, 2004-cü ildən həmin evdə yaşayır. 13.04.2021-ci il tarixdə onun qonşusu Vəfa Nəsibova ilə arasında mübahisə yaranmışdır. Belə ki, Vəfa Nəsibova paltar ipini kəsmiş, o, qonşusuna irad bildirmişdir. Onların arasında sözlə mübahisə başlamışdır. O, qonşusu Vəfa Nəsibovaya hər hansı xəsarət yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək göstərmişdir ki, 13.04.2021ci il tarixdə axşam radələrində Xətai rayonunda yaşadığı evin qonşuluğunda Abbas adlı şəxs tikinti işləri görərkən yaşadığı evin damına doğru öz çardağını uzatmaq istəmiş, ona məxsus peyk antenanı sökərək yerə atmış, buna mane olanda həmin şəxs onu söyüb təhqir etmiş, saçını yolmuş, əl və təpiklə vurmuş, qolundan tutub dartaraq yerə yıxmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 20 aprel 2021-ci il tarixli, 292 saylı ekspert rəyindən görünür ki, X3 başın sağ gicgah nahiyəsinin, sağ bazunun və sağ budun qançırları, sağ saidin və sağ əlin 2-ci barmağının xətt şəkilli sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş 13.04.2021-ci il tarixdə və şəraitdə törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Beləliklə, X9 özünü inzibati xətanı törətməkdə təqsirli bilməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, zərərçəkmiş şəxsin məhkəmə iclasında və təhqiqat zamanı verdikləri izahatları ilə və digər iş materialları ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirildi. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü, məsuliyyətini ağırlaşdıran halların olmamasını və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki X4 barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati tənbeh cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar