Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2317/2024 14.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Bakı şəhəri Xətai rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş 06 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3757/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi borclu hüquqi şəxs Şəxs MMC tərəfindən icra edilmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs MMC-yə yazılı və şifahi xəbərdarlıq edilərək qətnamələrin icraları tələb olunmuşdur. Borclu, Şəxs MMC Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icrasını təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu hüquqi şəxs Şəxs MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtiib edilmişdir. Beləliklə o, hüquqi şəxs Şəxs MMC-nin barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X7 icra məmuru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Şəxs MMC ilə X5 arasında bağlanmış ünvan 1 ünvanda yerləşən hündür mərtəbəli binanın 4-cü korpusu, 5-ci girişi, 7-ci mərtəbəsində yerləşən 134.6 kv.m. 3 otaqlı 239 saylı mənzil və həmin binanın 1-ci korpusunun 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən 100 kv.m. qeyri-yaşayış sahəsi binanın tikintisi ilə bağlı Şəxs MMC-nin təsisçisi mərhum Ömərov Ələsgərə faiz olmaqla verdiyi pul vəsaitinin qarantı kimi bağlanmış müqavilələrdir. 22 iyun 2016-cı il tarixdə Nağı Abdullayev onun iştirakı ilə binada onun adına rəsmiləşmiş 239 saylı mənzili satmış və pul vəsaitini almışdır. Həmin zaman çərçivəsində Nağı Abdullayev binanın 1-ci mərtəbəsində yerləşən 100 kv.m. qeyri-yaşayış sahəsilə bağlı 105 min manat vəsaiti almış və bu səbəbdən 2016cı ildən Şəxs MMC ilə əlaqə saxlamamış və 105 min manat vəsaiti aldığı barədə qəbz yazmamış və o, öz tərəfindən bu qəbzi almaqda səhlənkarlıq göstərmişdir. Məlum qeyriyaşayış sahəsi öz növbəsində: X12 - 123 kv.m. 2. X13 - 150 kv.m. 3. X8 - 123 kv.m. 4. X4 - 49 kv.m. 5. X10 - 49 kv.m. adlı alıcılara satılmış və vicdanlı alıcılar tərəfindən rəsmi qaydada özəlləşdirilmişdir. X17 vəfat etmiş və onun adından İcra Şöbəsinə səlahiyyətini təsdiq edən sənəd olmadan özünü N.Abdullayevin qohumu kimi təqdim edən şəxs müraciət edir. Beləliklə o, göstərilənlərə əsasən barələrində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3757/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda Şəxs MMC tərəfindən inşa olunmuş yaşayış binasının 4-cü korpusunun 5-ci girişinin 7-ci mərtəbəsində sahəsi 134.6 m2 olan 239 saylı mənzilin X3 təhvil verilməsinin Şəxs MMCyə həvalə edilməsi, xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda Şəxs MMC tərəfindən inşa olunmuş yaşayış binasının 1-ci korpusunun 1-ci girişinin 1-ci mərtəbəsində sahəsi 100 m2 olan qeyri-yaşayış sahəsinin X3 təhvil verilməsinin Şəxs MMC-yə həvalə edilməsi qərara alınmışdır; icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3757/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmışdır; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktorunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs MMC məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəlikləri üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3757/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs MMC məhkəmə qərarında göstərildiyi qaydada icranı tam olaraq təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3757/2013 saylı, 04 dekabr 2013-cü il tarixli icra sənədinə əsasən xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda Şəxs MMC tərəfindən inşa olunmuş yaşayış binasının 4-cü korpusunun 5-ci girişinin 7-ci mərtəbəsində sahəsi 134.6 m2 olan 239 saylı mənzilin və xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda Şəxs MMC tərəfindən inşa olunmuş yaşayış binasının 1-ci korpusunun 1-ci girişinin 1-ci mərtəbəsində sahəsi 100 m2 olan qeyri-yaşayış sahəsinin X3 təhvil verilməsinin Şəxs MMC-yə həvalə edilməsi qət edilmişdir. Lakin borclu təşkilat tərəfindən aradan keçən uzun müddət ərzində icra sənədi üzrə olan tələb təmin edilmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası ilə bağlı borclu Şəxs MMC tərəfindən tələbin icra edilməməsi, icra sənədinin icra edilməməsinin hər hansı üzrlü səbəblə bağlı olmasını təsdiq edən heç bir sənəd təqdim etməməsi, bütün bunların nəticəsində icra sənədinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Şəxs MMC-nin dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə cəzası tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2317/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2317/2024
14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver