Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2319/2021 14.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X1 iştirakları ilə, xx.xx.2000-ci il tarixdədə Masallı rayonunda oğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs 14 iyun 2021-ci il tarixdə Xətai rayonu ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, son zənglə bağlı 98 saylı məktəbdə səs sistemləri quraşdıran zaman son zəng təşkilatçısı anası son zəngin keçirildiyi əraziyə daxil olan zaman polis təzyiqinə məruz qalaraq uzaqlaşdırılmışdır. Bu hadisəni görüb polis əməkdaşlarına yaxınlaşmış, təşkilatçı olduğunu demiş, lakin ona məhəl qoyulmamışdır. Anası oradan uzaqlaşdırıldığından bu hal ona pis təsir etmiş, bu səbəbdən orada uca səslə danışmış və polis əməkdaşı ilə mübahisə etmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, hadisə zamanı özündə olmamasını və həyacanlı olmasını nəzərə alınaraq barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X2 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X4 izahatında göstərdi ki, 98 saylı məktəbdə son zəng tədbiri olduğundan pandemiya ilə bağlı həmin məktəbə cəlb edilmişdir. Pandemiya ilə bağlı məzunların toplaşdığı yerə valideyn və figər vətəndaşların girişi qadağan edilmişdir. Gələn valideyn və vətəndaşlara vəziyyət izah edilmiş, onlar üçün ayrılmış yerlərdə dayanmaları xahiş edilmişdir. Tədbirin açılığı zamanı Azərbaycan Respublikasının Himni səsləndirilən vaxt hərbi salam verərək farağat komandasında dayanmış, bu zaman adını bilmədiyi bir xanım yanlarından keçib məzunlar üçün ayrılmış yerə daxil olmuşdur. Dövlət Himni yekunşadıqdan sonra həmin xanıma yaxınlaşmış, həmin ərazidən çıxmasını tələb etmişdir. Həmin xanım onlarla aqressiv danışmış və təşkilatçı olduğunu demişdir. Bu zaman bir nəfər gənc oğlan kənardan qışqıra-qışqıra onlara yaxınlaşıb əl-qol hərəkətləri ilə yüksək səslə danışmağa başlamışdır. Həmin şəxsi sakitliyə dəvət etsələr də, nəticəsi olmamışdır. Həmin şəxs daha da yüksək səslə qışqırıb danışmağa başlamış, aqressivlik göstəmiş, bütün vətəndaşların diqqətini onlara cəlb etmiş, polisin və dövlətin ünvanına xoşagəlməz sözlər işlətmiş, heç kimdən qorxmadığını demişdir. Məcbur olub əməliyyat qurpu çağırmış və həmin şəxs polis bölməsinə dəvət edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməliyyat müvəkkili X4 tərəfindən Bakı şəhər Xətai RPİ-nin 35-ci Polis Bölməsinə ünvanlanmış raportdan görünür ki, 98 saylı məktəbdə son zəng tədbiri olduğundan pandemiya ilə bağlı həmin məktəbə cəlb edilmişdir. Pandemiya ilə bağlı məzunların toplaşdığı yerə valideyn və figər vətəndaşların girişi qadağan edilmişdir. Gələn valideyn və vətəndaşlara vəziyyət izah edilmiş, onlar üçün ayrılmış yerlərdə dayanmaları xahiş edilmişdir. Tədbirin açılığı zamanı Azərbaycan Respublikasının Himni səsləndirilən vaxt hərbi salam verərək farağat komandasında dayanmış, bu zaman adını bilmədiyi bir xanım yanlarından keçib məzunlar üçün ayrılmış yerə daxil olmuşdur. Dövlət Himni yekunşadıqdan sonra həmin xanıma yaxınlaşmış, həmin ərazidən çıxmasını tələb etmişdir. Həmin xanım onlarla aqressiv danışmış və təşkilatçı olduğunu demişdir. Bu zaman bir nəfər gənc oğlan kənardan qışqıra-qışqıra onlara yaxınlaşıb əl-qol hərəkətləri ilə yüksək səslə danışmağa başlamışdır. Həmin şəxsi sakitliyə dəvət etsələr də, nəticəsi olmamışdır. Həmin şəxs daha da yüksək səslə qışqırıb danışmağa başlamış, aqressivlik göstəmiş, bütün vətəndaşların diqqətini onlara cəlb etmiş, polisin və dövlətin ünvanına xoşagəlməz sözlər işlətmiş, heç kimdən qorxmadığını demişdir. Məcbur olub əməliyyat qurpu çağırmış və həmin şəxs polis bölməsinə dəvət edilmişdir; 14 iyun 2021-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs 14 iyun 2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində polis əməkdaşlarının ictimai qaydanı pozmamaq barədə qanuni tələblərinə tabe olmadığından barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdi;. inzibati qaydada tutma haqqında 14.06.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə 12:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 14 iyun 2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində polis əməkdaşlarının ictimai qaydanı pozmaması barədə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-2319/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2319/2021
14.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver