Məhkəmə qərarları › İş №3(011)-2319/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2319/2022

01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2319/2022 01.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 01 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2344/2020 saylı, xx.xx.2020-ci il, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8790/2019 saylı, xx.xx.2019-cu il və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9351/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədlərinə əsasən olan borc ödənilməmişdir. Borclu tələbi könüllü olaraq icra etməmişdir və icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X8 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2344/2020 saylı, xx.xx.2020-ci il, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8790/2019 saylı, xx.xx.2019-cu il və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9351/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədləri üzrə olan borcundan bugünədək müəyyən məbləğdə ödəniş etmişdir və hal-hazırda onun borcu 19000 manat təşkil edir. Borcunu ödəməkdən imtina etmir lakin heç bir yerdə işləmədiyindən hal-hazırda borcunu tam ödəmək iqtidarında deyil, hər ay hissə-hissə borcundan müvafiq ödənişlər edəcəkdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, maddi vəziyyətinin aşağı olduğunu bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2344/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, 28 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 30 oktyabr 2020-ci il tarixdən başlayaraq cavabdeh Şəxs iddiaçı X3 xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması, cavabdeh Şəxs 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq iddiaçı X4 ödənilməsi, əlavə olaraq dövlət rüsumunun kəsrini təşkil edən 10 (on) manat cavabdeh Şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2344/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8790/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, Şəxs 14200 (on dörd min iki yüz) manat əsas borc, 5502 (beş min beş yüz iki) manat 50 (əlli qəpik) məbləğində faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq X1 ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8790/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9351/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, Şəxs kredit müqaviləsi üzrə 34000 manat borcun tutularaq X7 ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9351/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmışdır; xx.xx.2022-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-358/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə inzibati xətanın xarakterini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, həmçinin əvvəldə barəsində cərimə tənbeh tədbirinin tətbiq olunmasını və pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 01 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 01 iyul 2022-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati qaydada həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə və Bakı şəhəri Xətai RPİ-nin 37-ci PB-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar